Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-135/2025 06.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim : Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi : Axundova Nərmin Fərəməz qızının katibliyi, Təhqiqatçı: X2 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X3 Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxx 2002-ci ildə Ağsu rayonunun İlxıcı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN xxxxxxx), azərbaycanlı, subay, ali təhsilli, deməsinə görə əvvəllər məhkumluğu olmayan, Ağsu rayonu, İlxıcı kəndində daimi qeydiyyatda olmaqla yaşayan, 17 iyul 2025-ci il tarixdə SHXÇDX-nin Ağsu rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, hazırda N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün aşpazı vəzifəsində xidmət edən əsgər X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 10-cu Təhqiqat Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X1 30 sentyabr 2025-ci il tarixdə,saat 13:00 radələrində 205 nömrəli hərbi hospitalda olarkən əsgər Zərərçəkmiş şəxs söyərək onun şərəf və ləyaqətini alçaltmışdır. Faktla bağlı X1nun əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün 06 noyabr 2025-ci il tarixdə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 10-cu Təhqiqat Bölməsinin təhqiqatçısı ədliyyəleytenantı X8 tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 izahatında 30 sentyabr 2025-ci il tarixdə, aşpazlıq kursu ilə əlaqədar bölüyün şəxsi heyəti birlikdə müayinədən keçmək üçün kamazla hospitala getdiyini, hospitalda müayinədə olduqdan sonra saat 13:00 radələrində hərbi hissəyə qayıtmaq üçün gizir Ceyhun Məmmədov hospitala gələn şəxsi heyəti düzərək sıra sayı verməsini tələb etdiyini, bu zaman sıranın sonunda dayanan əsgər Zərərçəkmiş şəxs şəxsi heyətə sakit olmaları “soxun içinizə” dediyini, şəxsi heyətin sayılıqdan sonra kamaza minməyə başladığını, hərbi hissədən tibbi yardım avtomobilinin də gəldiyini, kamaza mindikdən sonra əsgər Zərərçəkmiş şəxs gələrək kamaza qalxaraq kənarda oturan əsgər Şahid kənara çəkilməsini və özünün orada oturacağını dediyini, Əsgər Şahid ürəyinin bulandığını dediyini və yerini dəyişmədiyini, kamazdan düşərək tibbi yardım avtomobilinə tərəf getdiyini, gizir Ceyhun Məmmədov əsgər Şahid kənara çəkilməsini və əsgər Zərərçəkmiş şəxs də oturmasını dedikdə əsgər Şahid çəkilmədidiyini, daha sonra gizir Ceyhun Məmmədov kamazda əyləşən şəxsi heyətə kamazdan düşməsini dediyini, o düşərkən “məndən artıq oğlanın ağzına soxum” dediyini, gizir Ceyhun Məmmədovun ona söyüş söyməməyimi dediyini, daha sonra əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşaraq təpik atdığını, təpiyin onun sinəsinin sol alt nahiyəsinə dəydiyini, Həmin vaxt gizir Ceyhun Məmmədov və digər əsgərlərin onları ayırdığını, bundan sonra gizir Ceyhun Məmmədovun onları kamaza yerləşdirdiyini, əsgər Zərərçəkmiş şəxs də kamazda əyləşdiyini və hərbi hissəyə yola düşdüklərini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs 15 yanvar 2025-ci il tarixdə SHXÇDX-nin Sədərək rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissədə gənc əsgər hazırlıq kursunu keçdikdən sonra xidmətini davam etdirmək üçün 26 mart 2025-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərildiyini, hərbi xidmət müddətində baş ağrıları ilə əlaqədar bir neçə dəfə hərbi hissənin tibb məntəqəsinə müraciət etdiyini, Bakı şəhərində yerləşən Baş Klinik Hospitalında baş ağrıları və psixoloji vəziyyəti ilə əlaqədar 2 dəfə müalicədə olduğunu, 30 sentyabr 2025-ci il tarixdə, saat 09:00 radələrində baş ağrıları ilə əlaqədar hərbi hissənin tibbi yardım avtomobili ilə 205 nömrəli hərbi hospitala göndərildiyini, tibbi yardım avtomobilində ondan başqa 5 nəfər əsgərin də hospitala göndərildiyini, tibb feldşeri gizir Ceyhun Məmmədovun onlara başçılıq etdiyini, bundan başqa, hospitala hərbi hissədən “KAMAZ” markalı avtomobillə bir neçə nəfər gəldiyini, saat 13:00 radələrində hospitala gələn şəxsi heyətin kamaza və tibbi yardım avtomobilinə hərbi hissəyə qayıtmaq üçün minməyə başladığını, gizir Ceyhun Məmmədovun ona gələnlərin əksəriyyətinin gənc əsgər olduğu üçün kamazın arxa hissəsində oturmasını, tibbi yardım avtomobilində yer olmadığını dediyini, kamazın arxasında yer olmadığını görüb gizir Ceyhun Məmmədova kamazda yer olmadığını dediyini, C.Məmmədovun ona kamazın 24 nəfərlik olduğunu və kamazda 23 nəfərin oturduğunu deyərək, şəxsi heyəti kamazda yenidən əyləşdirmək üçün şəxsi heyətə kamazdan düşməsini dediyini, kamazın çıxışında oturan əsgərin oturduğunu deyərək yerə düşmədiyini, C.Məmmədovun qışqıraraq yerə düşmələrini dediyini, həmin vaxt çıxışda oturan və digər əsgərlərin yerə düşməyə başladığını, adını bilmədiyi, lakin sonradan öyrəndiyinə görə adı Şahin Şıxəliyev olan, çıxışda oturan əsgər düşərkən ona qarşl nalayiq ifadə işlətdiyini,Ş.Şıxəliyevdən söyüşü kimə ünvanladığını soruşduqda Ş.Şıxəliyevin ona ünvanladığını dediyini, bu zaman Ş.Şıxəliyevə “şərəfsiz” deyərək təpik atdığını, lakin gizir Ceyhun Məmmədov və digər orda olan əsgərlərin onları aralaşdırdığı üçün təpiyin Ş.Şıxəliyevə dəymədiyini, bundan sonra Ş.Şıxəliyevlə sözlü və ya əlbəyaxa mübahisəsinin olmadığını, kamaza və tibbi yardım maşınına şəxsi heyətin mindirilərək hərbi hissəyə getdiklərini, X5 bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında, 25 iyul 2025-ci il tarixdə SHXÇDX-nin Babək rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissədə gənc əsgər hazırlıq kursunu keçdikdən sonra xidmətini davam etdirmək üçün 20 sentyabr 2025-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərildiyini, həmin tarixdən hərbi hissənin maddi-texniki təminat bölüyünün aşpazı vəzifəsində xidmət etdiyini, 30 sentyabr 2025-ci il tarixdə, aşpazlıq kursu ilə əlaqədar tibbi müayinədən keçmək üçün hərbi hissədən kamazla hərbi hospitala göndərildiyini, hospitalda şəxsi heyətin müayinə olunduqdan sonra saat 13:00 radələrində hərbi hissənin tibb məntəqəsinin giziri Ceyhun Məmmədovun onları hospitalın həyətində düzərək sıra sayı vermələri barədə göstəriş verdiyini, sıra sayı verilərkən əsgər Zərərçəkmiş şəxs şəxsi heyətə “soxun içinizə” və sıra sayını özünün başlayacağını dediyini, şəxsi heyətin yoxlanıldıqdan sonra kamaza minməyə başladığını, şəxsi heyət kamaza mindikdən sonra ürəyi bulandığı üçün kamazın çıxış hissəsində əyləşdiyini, sonda Zərərçəkmiş şəxs gələrək kamaza qalxdığını, ona kənara çəkilməsi, çıxışa yaxın olan hissədə özünün oturacağını dediyini, Zərərçəkmiş şəxs ürəyinin bulandığını və çəkilməyəcəyini dediyini, Zərərçəkmiş şəxs kamazdan düşərək getdiyini, gedərkən “bu içini sikdiyimdə mənə yer yoxdu” deyərək gedib tibbi yardım avtomobilinə əyləşdiyini, həmin vaxt gizir Ceyhun Məmmədovun Zərərçəkmiş şəxs kamaza əyləşməsini dediyini, Zərərçəkmiş şəxs əyləşmədiyini, C.Məmmədova ürəyinin bulandığını, yerini dəyişə bilməyəcəyini dediyini, C.Məmmədovun ona gedib o tərəfdə qusarsan dediyini, bundan sonra C.Məmmədovun kamazda olan bütün şəxsi heyətə yerə düşməsi barədə göstəriş verdiyini, şəxsi heyət kamazdan düşərkən yanında əyləşən əsgər Şahin Şıxəliyev “məndən artıq oğlanın ağzına soxum” dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs əsgər Şahin Şıxəliyevin sinə nahiyəsinə təpik atdığını, Zərərçəkmiş şəxs ona da “şərəfsiz” dediyini, həmin vaxt gizir C.Məmmədovun və digər əsgərlərin araya girdiyini, daha sonra gizir Ceyhun Məmmədovun onları yenidən kamaza mindirdiyini, kamazın ən arxa hissəsində oturduğunu, əsgər Zərərçəkmiş şəxs isə əyləşmək istədiyi yerdə, yəni çıxış hissədə əyləşdiyini, sonra hərbi hissəyə qayıtdıqlarını bildirdi. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, əsgər X7 ilə əsgər Zərərçəkmiş şəxs hərbi qulluqçu hesab olunurlar və onlar arasında tabelik münasibətləri yoxdur. Əsgər Zərərçəkmiş şəxs 08 oktyabr 2025-ci il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan həmin tarixli, 577 nömrəli ekspert rəyində göstərilmişdir ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət – sağ əlin arxa səthinin səthi kəsilmiş yaraları – iti kənarlı əşyanın (əşyaların) və ya kəsici alətin (alətlərin) təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə X1 müsbət xarakterizə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – X6 istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1na istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - X1nun təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X1 aralarında yaranmış mübahisə zəminində tabelik münasibətlərində olmadığı əsgər Zərərçəkmiş şəxs söyərək onun şərəf və ləyaqətini alçaltması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq X3 məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq X3 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabdin qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədə uyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər X7 barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər X3 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsini komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla əsgər X3 barəsində təyin ediləcək inzibati həbsin əvvəli əsgər X3 Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. İş üzrə məhkəmə xərci əsgər X3 hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X4 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Əsgər X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin. 3.İnzibati həbsin əvvəli əsgər X3 Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın. 4 X3 Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinə həvalə edilsin.
5. İş üzrə məhkəmə xərci X1nun hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X4 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.
6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Səxavət Hüseynov