Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-136/2025 06.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi : Zeynalov Əbəlfəz Kazım oğlunu katibliyi, 10-cu Təhqiqat bölmə rəisinin müavini-baş təhqiqatçı: X2 Zərərçəkmiş şəxs: X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.2007-ci ildə Sədərək rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati xəta törətməyən olmayan, Sədərək rayonu, Sədərək kəndində daimi qeydiyyatda olmaqla, N nömrəli hərbi hissənin əsgər yataqxanasında yaşayan, hazırda N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 3-cü taqım 2-ci manqasının qumbaraatan köməkçisi əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin 10-cu Təhqiqat bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əsgər Şəxs 30 sentyabr 2025-ci il tarixdə aralarında yaranmış mübahisə zəminində onunla tabelik münasibətlərində olmayan əsgər X4 qarşı nalayiq ifadə işlədib, onun şərəf və ləyaqətini alçaltmaqla və bir-birinin yaxasından tutaraq fiziki zor tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Faktla bağlı əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün 06 noyabr 2025-ci il tarixdə N nömrəli hərbi hissənin komandiri, polkovnik X6 tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs 26 mart 2025-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərildiyini, hərbi xidmət müddətində baş ağrıları ilə əlaqədar bir neçə dəfə hərbi hissənin tibb məntəqəsinə müraciət etdiyini, Bakı şəhərində yerləşən Baş Klinik Hospitalında baş ağrıları və psixoloji vəziyyəti ilə əlaqədar 2 dəfə müalicədə olduğunu, 30 sentyabr 2025-ci il tarixdə, saat 09:00 radələrində baş ağrıları ilə əlaqədar hərbi hissənin tibbi yardım avtomobili ilə 205 nömrəli hərbi hospitala göndərildiyini, tibbi yardım avtomobilində ondan başqa 5 nəfər əsgərin də hospitala göndərildiyini, tibb feldşeri gizir Şahid onlara başçılıq etdiyini, bundan başqa, hospitala hərbi hissədən “KAMAZ” markalı avtomobillə bir neçə nəfər gəldiyini, saat 13:00 radələrində hospitala gələn şəxsi heyətin kamaza və tibbi yardım avtomobilinə hərbi hissəyə qayıtmaq üçün minməyə başladığını, gizir Şahid ona gələnlərin əksəriyyətinin gənc əsgər olduğu üçün kamazın arxa hissəsində oturmasını, tibbi yardım avtomobilində yer olmadığını dediyini, kamazın arxasında yer olmadığını görüb gizir Şahid kamazda yer olmadığını dediyini, Şahid ona kamazın 24 nəfərlik olduğunu və kamazda 23 nəfərin oturduğunu deyərək, şəxsi heyəti kamazda yenidən əyləşdirmək üçün şəxsi heyətə kamazdan düşməsini dediyini, kamazın çıxışında oturan əsgərin oturduğunu deyərək yerə düşmədiyini, Şahid qışqıraraq yerə düşmələrini dediyini, həmin vaxt çıxışda oturan və digər əsgərlərin yerə düşməyə başladığını, adını bilmədiyi, lakin sonradan öyrəndiyinə görə adı Şahin Şıxəliyev olan, çıxışda oturan əsgər düşərkən “mən hansı var-yoxunu sikdiyimə görə yerə düşdüm” dediyini, Ş.Şıxəliyevdən söyüşü kimə ünvanladığını soruşduqda Ş.Şıxəliyevin ona ünvanladığını dediyini, bu zaman Ş.Şıxəliyevə “şərəfsiz” deyərək təpik atdığını, lakin gizir Şahid və digər orda olan əsgərlərin onları aralaşdırdığı üçün təpiyin Ş.Şıxəliyevə dəymədiyini, bundan sonra Ş.Şıxəliyevlə sözlü və ya əlbəyaxa mübahisəsinin olmadığını, kamaza və tibbi yardım maşınına şəxsi heyətin mindirilərək hərbi hissəyə getdiklərini, hərbi hissədə tibb məntəqə rəisi mayor Elvin Babayevin ona və əsgər Şahin Şıxəliyevə onları hərbi hissə komandirinin yanına apararaq məzurə edəcəyini dediyini, daha sonra saat 16:00 radələrində yeməkxananın birinci mərtəbəsində yerləşən əsgər çayxanasında olarkən MAHHXHQ kiçik çavuş Abdulla İbrahimovun ona yaxınlaşaraq “sən mənim əsgərimlə dalaşmısan?” deyə soruşduğunu, A.İbrahimova dalaşdığını dediyini, A.İbrahimovun ona “heç bir var-yoxunu sikdiyim mənim əsgərlərimə dəyə bilməz” dediyini, A.İbrahimova söyüşlə danışmamasını, çölə çıxaraq söhbətlərinə davam etmələrini dedikdə A.İbrahimovun ona “elə burda söhbət edəcəyik” dediyini, sonra biri-birlərinin üstünə qışqırdıqlarını, A.İbrahimovun hər iki əli ilə onun boğaz nahiyəsindən tutduğunu, A.İbrahimovu özündən kənarlaşdırmaq üçün onu iki əli ilə arxaya doğru itələdiyini, A.İbrahimovun kitelinin düyməsinin qırıldığını, sonra orda olan əsgərlərin onları ayırdıqlarını, əsgər həmin vaxt A.İbrahimovun və özünün heç bir xəsarət almadığını, heç bir fiziki ağrı hiss etmədiyini, əsgər çayxanasından ayrılarkən A.İbrahimovun ona “get, peysər, sənin başına oyun açacam, səni yandıracam” dediyini, həmin vaxt A.İbrahimova “peysər özünsən” deyərək əsəbiləşib, hirsini soyutmaq üçün əsgər çayxanasında olan qapının şüşəsinə sağ əli ilə bir dəfə yumruq zərbəsi vurduğunu, şüşənin qırıldığını, sağ əl nahiyəsinin şüşəyə dəyərək xəsarət aldığını, bundan sonra qərargaha tərəf qaçaraq komandirə bu barədə məruzə etmək üçün gedərkən xidmət etdiyi taborun qərargah rəisinin onu görərək hadisə barəsində öyrəndikdən sonra onu hərbi hissəin tibb məntəqəsinə apardığını, aidiyyəti üzrə bu barədə məruzə etdiyini, hərbi hissənin tibb məntəqəsində ona ilkin tibbi yardım göstərildikdən sonra 205 nömrəli hərbi hospitala təxliyyə edildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 30 sentyabr 2025-ci il tarixdə, aşpazlıq kursu ilə əlaqədar bölüyün şəxsi heyəti ilə müayinədən keçmək üçün kamazla hospitala getdiyini, hospitalda müayinədə olduqdan sonra saat 13:00 radələrində hərbi hissəyə qayıtmaq üçün gizir Şahid hospitala gələn şəxsi heyəti düzərək sıra sayı verməsini tələb etdiyini, bu zaman sıranın sonunda dayanan əsgər Şəxs şəxsi heyətə sakit olmaları üçün “soxun içinizə” dediyini, şəxsi heyətin sayıdlıqdan sonra kamaza minməyə başladığını, onlardan başqa hərbi hissədən tibbi yardım avtomobilinin də hospitala gəldiyini, heyət kamaza mindikdən sonra əsgər Şəxs gələrək kamaza qalxdığını, kənarda oturan əsgər İlvin Tağıyevə kənara çəkilməsini, özünün orada oturacağını dediyini, əsgər İlvin Tağıyevin Şəxs ürəyinin bulandığını dediyini, yerini dəyişmədiyini, Şəxs kamazdan düşərək tibbi yardım avtomobilinə tərəf getdiyini, gizir Şahid gələrək əsgər İlvin Tağıyevə kənara çəkilməsini və əsgər Şəxs də oturmasını dedikdə əsgər İlvin Tağıyevin çəkilmədiyini, daha sonra gizir Şahid kamazda əyləşən şəxsi heyətə kamazdan düşməsini dediyini, şəxsi heyətin kamazdan düşməyə başladığını, kamazdan düşərkən “məndən artıq oğlanın ağzına soxum” dediyini, gizir Şahid ona söyüş söyməməsini dediyini, daha sonra əsgər Şəxs ona yaxınlaşaraq təpik atdığını, təpiyin sinəsinin sol alt nahiyəsinə dəydiyini, həmin vaxt zərbənin təsiri güclü olmadığından heç bir xəsarət almadığını, bu zaman Şəxs əsgər İlvin Tağıyevə “sən də şərəfsizsən” dediyini, həmin vaxt gizir Şahid və digər əsgərlərin onları ayırdıqlarını, bundan sonra gizir Şahid onları kamaza yerləşdirdiyini, əsgər Şəxs də kamazda əyləşdiyini və hərbi hissəyə yola düşdüklərini, hərbi hissəyə gəldikdən sonra hərbi hissənin tibb məntəqə rəisinin onları yanına çağıraraq hadisə barədə soruşduğunu, sonra onları aidiyyəti üzrə məruzə edəcəyini dediyini, saat 16:00 radələrində bölüyün şəxsi heyəti ilə hərbi hissənin yeməkxanasına getdiyini, MAHHXHQ kiçik çavuş Abdulla İbrahimovun onları yeməyə apardıqdan sonra əsgər çayxanasına buraxdığını, əsgər Şəxs də orada olduğunu, MAHHXHQ kiçik çavuş A.İbrahimovun hadisənin necə baş verdiyini öyrənmək üçün əsgər Şəxs yanına çağırdığını, həmin vaxt A.İbrahimovun Şəxs nə üçün onlara təpik atdığını soruşduğunu, əsgər Şəxs A.İbrahimova söyüş söyüldüyü üçün təpik atdığını dediyini, bu zaman A.İbrahimovun əsgər İlvin Tağıyevlə ondan kimin söyüş söydüyünü soruşduğunu, Şəxs söyüş söydüyünü dediyini, həmin vaxt əsgər Şəxs MAHHXHQ kiçik çavuş A.İbrahimovun yaxasından tutaraq “sən lotusan burda söhbət həll edirsən?” dediyini, A.İbrahimovun Şəxs “əlini sal aşağıya, sən dirijor deyilsən” dediyini və Şəxs yaxasından tutduğunu, həmin vaxt Şəxs A.İbrahimovu geriyə doğru itələdiyini, A.İbrahimovun kitelinin düyməsinin qırıldığını, onları ayırdıqlarını, Şəxs onları ayırdıqdan sonra yeməkxananı tərk edən zaman sağ əli ilə bir dəfə yeməkxananın çıxışındakı qapının şüşəsinə yumruq vuraraq özünə xəsarət yetirdiyini, şüşənin qırıldığını, Şəxs sağ əlinin qanamağa başladığını, daha sonra A.İbrahimovun var-yoxunu söyə-söyə yeməkxananı tərk etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş gizir Şahid 30 sentyabr 2025-ci il tarixdə, saat 09:00 radələrində hərbi hospitala hərbi hissənin əsgərlərini müayinə və müalicə olunmaq üçün tibbi yardım avtomobili ilə aparırdığını, əsgər Şəxs baş ağrılarından şikayət etdiyi üçün onu da tibbi yardım avtomobili ilə hospitala aparmış, həmçinin, onlardan başqa kamazla 24 nəfər əsgər aşpazlıq üçün müayinədən keçməkdən ötrü hospitala aparılırdığını, saat 13:00 radələrində əsgərlər müayinədən keçdikdən sonra hərbi hissəyə qayıtmaq üçün hospitala gələn əsgərləri kamaza və tibbi yardım avtomobilinə mindirərkən əsgər Şəxs kamaza minməsini dediyini, o da ona kamazın arxasında yer olmadığını, o kamazın arxasında əyləşən əsgərlərə yerə düşmələrini dediyini, lakin əsgərlərin yerə düşmədiyini, 2-3 dəfə təkrarladıqdan sonra əsgərlərin yerə düşdüyünü, bu zaman kamazın arxasında, çıxışa yaxın yerdə əyləşən əsgər Şahin Şıxəliyev düşərkən nalayiq ifadə işlətdiyini, bu zaman əsgər Şəxs söyüşü kimə dediyii soruşduqda əsgər Ş.Şıxəliyev söyüşü ona aid etdiyini demiş, əsgər Şəxs Ş.Şıxəliyevə yaxınlaşaraq təpik vurduğunu, təpik onun sinə nahiyəsinə dəydiyini. onları aralaşdırdıqdan sonra əsgərləri düzərək yenidən kamaza yerləşdirdiyini, həmçinin MAHHXHQ əsgər Əli Tağızadəni də kamazın arxasına təlimatçı olaraq yerləşdirdiyini, kamazın hərbi hissəyə getdiyini, onun isə digər əsgərlərlə birlikdə hərbi hospitalda qaldığını bildirmişdir. Həmçinin, bu barədə hərbi hissənin tibb xidməti rəisi mayor Elvin Babayevə məruzə etdiyini, saat 17:00 radələrində hərbi hissəyə qayıtdığını və əsgər Şəxs özünə xəsarət yetirdiyini öyrəndiyini bildirmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, əsgər Şəxs ilə əsgər X7 hərbi qulluqçu hesab olunurlar və onlar arasında tabelik münasibətləri yoxdur. Əsgər Şəxs 30 sentyabr 2025-ci il tarixdə, saat 16:00 radələrində hərbi hissənin yeməkxanasında olarkən həmin hərbi hissənin maddi-texniki təminat bölüyünün mühafizə manqasının komandiri vəzifəsində xidmət edən MAHHXHQ kiçik çavuş X1 ilə mübahisə etdikdən sonra əsəbiləşərək yeməkxananın çıxış qapısının şüşəsinə sağ əli ilə bir dəfə yumruq vuraraq özünə “sağ əlin arxa səthinin çox saylı kəsilmiş, sıyrılmış yarası” diaqnozlu dərəcəsi təyin olunmayan xəsarət yetirmiş, özünə xəsarət yetirməklə hərbi xidmətdən boyun qaçırmaq niyyəti olmamış, əvvəllər də özünə xəsarət yetirməsi ilə nəticələnən “nevrotik reaksiya” xəstəliyi ilə şərtləndirilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs mənfi xarakterizə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidin izahatını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - əsgər Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs aralarında yaranmış mübahisə zəminində onunla tabelik münasibətlərində olmayan əsgər X4 qarşı nalayiq ifadə işlədib, onun şərəf və ləyaqətini alçaldaraq qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabdin qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədə uyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsini komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. İş üzrə məhkəmə məsrəfi əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin.
3. İnzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.
4. Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinə həvalə edilsin. 5.İş üzrə məhkəmə xərci əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.
6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Səxavət Hüseynov