Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-137/2025 07.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi : Axundova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: X4, Zərərçəkmiş şəxslər: X2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1999-cu ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı,(FİN xxxxxxx), ali hərbi təhsilli, subay, həmin ünvanda daimi qeydiyyatda olmaqla Şahbuz şəhərində kirayədə yaşayan, N №-li hərbi hissənin 2-ci motoatıcı taborunun, 6-cı bölüyünün, 1-ci taqımının komandiri vəzifəsində xidmət edən baş leytenant(MN № 0059575) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Baş leytenant Şəxs əsgər Zərərçəkmiş şəxs1 məzuniyyətdən qayıdarkən gətirdiyi mürəbbəni yeyib qurtarması səbəbindən 04 iyul 2025-ci il tarixdə, saat N radələrində hərbi hissənin “Ramazan” mövqeyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsində təsbit olunmuş “komandir, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir” tələblərini pozaraq əsgər Zərərçəkmiş şəxs1, 22 iyul 2025-ci il tarixdə, saat 16 radələrində döyüş növbətçiliyinə çıxarkən asta hərəkət etməsi səbəbindən silah otağında əsgər Zərərçəkmiş şəxs2, 2025-ci ilin iyul ayının sonlarında, saat 10 radələrində zibilin atılması ilə bağlı verdiyi tapşırığı tam icra etməməsinə görə yataqxananın yaxınlığında əsgər Zərərçəkmiş şəxs3, 2025-ci ilin avqust ayının ortalarında, saat 16 radələrində yataqxanada səbəbsiz olaraq əsgər Zərərçəkmiş şəxs6, 18 avqust 2025-ci il tarixdə, saat 14 radələrində yataqxanada çörək bişirən zaman çörəyin altını yandırdığı üçün əsgər Zərərçəkmiş şəxs5 və 19 avqust 2025-ci il tarixdə, saat 07 radələrində yataqxanada üzünü qırxan zaman güzgünü düz tutmadığı üçün əsgər Zərərçəkmiş şəxs4 qarşı nalayiq ifadələr işlətməklə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxslərin şərəf və ləyaqətini alçaltmışdır. Faktla bağlı əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün 07 noyabr 2025-ci il tarixdə Naxçıvan Hərbi prokuroru,ədliyyə polkovniki Aqil Axundov tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş, bununla bağlı qərar və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs izahatında 2025-ci ilin iyul və avqust aylarında yol verdikləri pozuntulara görə əsgərlər Zərərçəkmiş şəxs5, əsgər Zərərçəkmiş şəxs4, əsgər X5, əsgər Zərərçəkmiş şəxs2, əsgər Zərərçəkmiş şəxs1 və əsgər X6 qarşı nalayiq ifadələr işlətdiyini, törətdiyi əməldən peşman olduğunu,zərərçəkmiş şəxslərdən üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 izahatında 2025-ci ilin iyul ayının sonlarında, saat 10 radələrində zibilin atılması ilə bağlı verilmiş tapşırığı tam icra etməməsinə görə yataqxananın yaxınlığında baş leytenant Şəxs ona qarşı “gic-q, dal-b” sözlərini işlətdiyin, Şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında xx.xx.2025-ci ildə məzuniyyətdən qayıtdığını, baş leytenant Şəxs 04 iyul 2025ci il tarixdə, saat N radələrində hərbi hissənin “Ramazan” mövqeyində məzuniyyətdən gələrkən gətirdiyi mürəbbəni yeyib qurtarması səbəbindən ona “sənin vay-yoxunu beləbelə edim, sizdə tutulum” sözlərini işlədib onu təhqir etdiyini, Şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs4 izahatında baş leytenant Şəxs 19 avqust 2025-ci il tarixdə, saat 07 radələrində yataqxanada üzünü qırxan zaman güzgünü düz tutmadığı üçün ona “var-yoxunu belə-belə edim, güzgünü düz tut” sözlərini deyib təhqir etməsini, Şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs5 izahatında 18 avqust 2025-ci il tarixdə, saat 14 radələrində yataqxanada çörək bişirən zaman çörəyin altını yandırdığı üçün baş leytenant Şəxs ona “var-yoxunu belə-belə edim, çörəyin altını yandırma” sözlərini deyib onu təhqir etdiyini, Şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs2 izahatında 22 iyul 2025-ci il tarixdə, saat 16 radələrində silah otağında olub döyüş növbətçiliyinə çıxarkən baş leytenant Şəxs ona asta hərəkət etməsini irad tutub “peysər növbəyə niyə vaxtında hazırlaşmırsan” deyib onu təhqir etdiyini, Şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə iclasında ifadəsi təhqiq edilmiş Zərərçəkmiş şəxs6 fadəsində 2025-ci ilin avqust ayının ortalarında, saat 16 radələrində yataqxanada baş leytenant Şəxs səbəbsiz olaraq ona “var-yoxunu belə-belə edim” sözlərini deyib onu təhqir etdiyini göstərmişdir. Sabiq əsgər Zərərçəkmiş şəxs6 Şəmkir rayonundan Naxçıvan Hərbi Prokurorluğuna ünvanlandığı xx.xx.2025-ci il tarixli teleqramında baş leytenant Şəxs ona qarşı nalayiq söz işlətməsi ilə bağlı Naxçıvan Hərbi Prokurorluğunda ifadə verdiyini, inzibati xəta üzrə icraatla bağlı Naxçıvan Hərbi Prokurorluğuna və Naxçıvan Hərbi Məhkəməsinə gələ bilməyəcəyini, ifadəsini təsdiq etdiyini və Şəxs şikayətçi olduğunu göstərmişdir. N №-li hərbi hissədən verilmiş xx.xx.2025-ci il tarixli arayışda əsgər Zərərçəkmiş şəxs5, əsgər Zərərçəkmiş şəxs4, əsgər X3, əsgər Zərərçəkmiş şəxs2, əsgər Zərərçəkmiş şəxs1 və əsgər Zərərçəkmiş şəxs3 baş leytenant Şəxs tabeliyində olması göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən baş leytenant Şəxs mənfi xarakterizə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – baş leytenant Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan baş leytenant Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – baş leytenant Şəxs oğlunun təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, baş leytenant Şəxs nalayiq ifadələr işlətməklə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxslərin şərəf və ləyaqətini alçaltmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq baş leytenant Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq baş leytenant Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinə əsasən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması - on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabdin qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədə uyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, baş leytenant Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin baş leytenant Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsini komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla baş leytenant Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. İş üzrə məhkəmə xərci Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 qızının təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Baş leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin. 3.İnzibati həbsin əvvəli baş leytenant Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.
4. Baş leytenant Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinə həvalə edilsin.
5. İş üzrə məhkəmə xərci Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 qızının göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 qızının təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.
6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Səxavət Hüseynov