Məhkəmə qərarları › İş №3-1(092)-14/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-14/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-14/2024 24.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X9 oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi, ədliyyə baş leytenantı XN, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx N004-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (Hərbi Bilet SX № 07N6846), subay, orta ixtisas təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Cəbrayıl rayonu Hovuzlu kəndində qeydiyyatda olan, N №-li hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 1-ci taqımının 3-cü manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun N4 yanvar N0N4-cü il tarixli, 3-3-N50/N- 00N445/N0N4 №-li məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair N4 yanvar N0N4-cü il tarixli, 13 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan N4 yanvar N0N4-cü il tarixli, 13 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N №-li hərbi hissənin 3-cü tabor, 7-ci bölük, 1-ci taqım, 3-cü manqasında atıcı-qumbaratan köməkçisi vəzifəsində xidmət edən, əsgər Şəxs N9 noyabr N0N3-cü il tarixdə, saat 06 radələrində taborun şəxsi heyəti ilə birlikdə sırada təsərrüfat bazasına işləməyə gedərkən Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin qarşısında onunla tabelik münasibətlərində olmayan həmin taborun 8-ci bölük, 3-cü taqım, 3-cü manqasında pulemyotçu vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs sıranı doldurmadığından iradını bildirmiş, Zərərçəkmiş şəxs qarşılığında onun ünvanına nalayiq ifadə işlətmiş, bu səbəbdən aralarında yaranmış mübahisə zəminində Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs sol göz nahiyəsinə yumruq zərbəsi vurmaqla, ona qarşı zor tətbiq edib tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozumuşdur. Faktla bağlı N №-li hissədə xidmət edən əsgər Zərərçəkmiş şəxs barəsində olan ********* №-li cinayət işindən ayrılmış materiallar Naxçıvan Hərbi Prokurorluğunda öyrənilərkən əsgər Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində N4 yanvar N0N4-cü il tarixdə Naxçıvan Hərbi prokuroru vəzifəsini icra edən, Naxçıvan Hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Ramil Məmmədyarov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o N9 noyabr N0N3-cü il tarixdə, saat 06 radələrində təsərrüfat işlərinə ayrılmış şəxsi heyətlə birlikdə “Baza” adlanan yerə getmək üçün N nömrəli hərbi hissənin yaxınlığından keçən avtomobil yolunun kənarına gəlmiş, həmin yolu keçmək üçün yolun kənarında şəxsi heyətlə birgə düzülmüşlər. Bu zaman ondan öndə sırada duran əsgər X3 “ya kalona keç, ya da imkan ver, biz kalonu dolduraq” demiş, bu zaman Zərərçəkmiş şəxs cavabında ona nalayiq ifadə işlədib “işinlə məşğul ol, sən mənə irad tutan şəxs deyilsən” demişdir. Həmin vaxt ona heç nə deməyərək şəxsi heyətlə birlikdə avtomobil yolunu keçmiş, yolu keçdikdən sonra sıranın arxasında hərəkət edən Zərərçəkmiş şəxs yaxınlaşıb “mənim tərxis vaxtıma az qalıb, mərdimazarçılıq eləmə” demiş, bu zaman Zərərçəkmiş şəxs “bir var-yoxunu belə-belə etdiyim məni vura bilməz” demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onunla söyüşlə danışmasına dözə bilməyib əsəbiləşmiş və sağ əli ilə onun sifətinə bir dəfə yumruq atmış, yumruğu Zərərçəkmiş şəxs sol gözündən dəymişdir. Bu zaman Zərərçəkmiş şəxs isə sol əli ilə onun burun nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Şahid və Elmin Əsədov onları aralamış, sıraya durmuşlar, həmin vaxt burnundan bir az qan gəlmişdir. Sonra şəxsi heyətlə birlikdə “Baza” adlanan yerə getmişlər, orada Zərərçəkmiş şəxs ona yaxınlaşıb üzr istəmiş, o, da Zərərçəkmiş şəxs bağışlamışdır. 01 dekabr N0N3-cü il tarixdə, saat 18 radələrində parkın ərazisində təsərrüfat işlərini görərkən üzərlərinə yeni böyük təyin edilmiş MAHHXHQ-su əsgər Eltun Abdullayev onun gözünün altının qaralmasını görmüş, bu barədə soruşanda Eltun Abdullayevə yalan danışaraq həmin gün səhər yuyunmaq üçün ləvazimatlarını götürərkən gözünün dolaba dəydiyini bildirmişdir. Eltun Abdullayev ona inanmayaraq bu barədə telefonla məruzə etmiş, həmin gün axşam hərbi hissəyə qayıtdıqdan sonra bölük komandiri kapitan Mirseyid Şirinov onu yanına çağıraraq bu barədə soruşanda ona bir əsgərlə dalaşdığını etiraf etmiş, daha sonra tabor komandiri mayor Amil Tağıyev ondan kiminlə dalaşdığını soruşduqda həmin vaxt Zərərçəkmiş şəxs ad-soyadını bilmədiyi üçün ona həmin əsgəri tanımadığını bildirmişdir. Daha sonra mayor Amil Tağıyev 3-cü taborun şəxsi heyətini düzüb onunla Zərərçəkmiş şəxs mübahisə edib dalaşmasını müəyyənləşdirmiş, bu barədə hərbi hissə komandanlığına məruzə edildikdən sonra barələrində araşdırma başlanmışdır. Həmçinin əsgər Şəxs izahatında əsgər yoldaşına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, o, N9 noyabr N0N3-cü il tarixdə, saat 06 radələrində “Baza” deyilən yerə təsərrüfat işləri görmək üçün şəxsi heyətlə birlikdə N nömrəli hərbi hissənin yaxınlığında yerləşən avtomobil yolunun kənarına gəlmiş, yolu keçmək üçün yolun kənarında düzülüb gözləmişlər. Həmin vaxt ondan arxada duran əsgər Şəxs ona “ya kalona keç, ya da imkan ver, biz kalonu dolduraq” demiş, o isə həmin vaxt ona nalayiq ifadə işlədib “işinlə məşğul ol, sən mənə irad tutan şəxs deyilsən” demişdir. Sonra şəxsi heyət avtomobil yolunu keçib, sırada gedərkən Şəxs həmin vaxt ona “mənim vaxtıma az qalıb, mərdimazarçılıq eləmə” demiş, o isə Şəxs “bir var-yoxunu belə-belə etdiyim məni vura bilməz” demişdir. Həmin vaxt Şəxs onun sol göz nahiyəsinə bir dəfə yumruqla vurmuş, qarşılığında o, da əsəbiləşib sol əli ilə Şəxs burun nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxt əsgərlər Şahidla Elmin Əsədov araya girib onları aralamış, sonra sıraya keçərək MAHHXHQ-su kiçik çavuş Elçin Quliyevin rəhbərliyi ilə bazaya doğru hərəkət etməyə başlamışlar. “Baza” adlanan yerə çatdıqdan sonra o, Şəxs yaxınlaşıb ondan üzr istəmiş və barışmışlar. Mübahisə edib dalaşmaları barədə heç kimə bildirməmişlər, 01 dekabr N0N3-cü il tarixdə Şəxs gözünün altında qaraltı aşkarlandığı üçün həmin gün axşam təsərrüfat bazasından gəldikdən sonra tabor komandiri mayor Amil Tağıyev taborun şəxsi heyətini düzmüş, Şəxslə kimin mübahisə etdiyini soruşduqda sıradan çıxaraq Şəxslə mübahisə edib yumruqla vurduğunu etiraf etmişdir. Bu barədə hərbi hissə komandanlığına məruzə edilmiş, hərbi hissədə araşdırma başlanmış, sonra Təhqiqat Xidmətində araşdırma aparılaraq izahatı alınmışdır. Hərbi Hospitalda həkim müayinəsindən keçirilən zaman Şəxs burnunda sınıqlar aşkar edilmiş, onda isə hər hansı xəsarət aşkar edilməmişdir. Sonrakı günlərdə Şəxs zor tətbiq edib vurduğuna görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmçinin əsgər Zərərçəkmiş şəxs izahatında əsgər Şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla, onunla barışdığını bildirərək, əsgər Şəxs barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid verdiyi izahatında göstərmişdir ki, N9 noyabr N0N3-cü il tarixdə, saat 06 radələrində “Baza” deyilən yerə getmək üçün şəxsi heyətlə birlikdə N nömrəli hərbi hissənin yaxınlığında yerləşən avtomobil yolununun kənarına gəlmiş, yolu keçmək üçün yolun kənarında şəxsi heyətlə birgə düzülmüşlər. Yolu keçdikdən sonra sıranın arxasında gedərkən Ağır Cinayətlər məhkəməsinin qarşısında dayanıb düzülən zaman əsgərlər Şəxs və Zərərçəkmiş şəxs sözlü mübahisə etmələrini görmüş, həmin vaxt əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs sifətinə sağ əli ilə bir yumruq vurmuş, Zərərçəkmiş şəxs də Şəxs burun nahiyəsinə əli ilə bir yumruq vurmuşdur. Dərhal onların yanına gedib, Zərərçəkmiş şəxs qoluna girib kənara çəkmiş, həmin vaxt onların nə səbəbə dalaşmalarını bilməmişdir. Daha sonra sıraya düzülərək “Baza” adlanan yerə getmiş, bu barədə heç kimə məlumat verməmişdir. 01 dekabr N0N3-cü il tarixdə MAHHXHQ-su əsgər X8 Quliyevin gözünün altının qaralmasını görüb bu barədə hərbi hissəyə məruzə etmiş, buna görə Şəxs Zərərçəkmiş şəxslə mübahisə etmələri aşkar edilmişdir. Daha sonra Şəxs qaraltı ilə bağlı hərbi hospitala göndərilmiş, burnunda sınıq olması aşkar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N №-li hərbi hissə komandirinin N noyabr N0N3-cü il tarixli, 335 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Şəxs N №-li hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 1-ci taqımının 3-cü manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs isə hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 3-cü taqımının 3-cü manqasının pulemyotçusu vəzifəsinə təyin edilmişlər. X5 “Məhkəmə-Tibbi Ekspertizası”nın 14 dekabr N0N3-cü il tarixli, 433 №-li ekspert rəyindən belə müəyyən olunur ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.N0N3-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, ekspert rəyində əsgər Zərərçəkmiş şəxs bədən səthində xx.xx.N0N3-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı, “Küt travma” ümumi tibbi məfhum olub obyektiv kriteriyaları olmadığından məhkəmə-tibbi nöqteyi nəzərdən xəsarət kimi qiymətləndirilmədiyi göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 04 dekabr N0N3-cü il tarixli, 496 №-li arayışdan görünür ki, əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. N15 nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan 04 dekabr N0N3-cü il tarixli xidməti xasiyyətnamələrdə əsgər Şəxs və Zərərçəkmiş şəxs mənfi xarakterizə olunmuşlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə- on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1N-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.N-ci maddələrinin həmin Məcəllənin 30.N, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” NN dekabr N0N1-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati Xətalar Məcəlləsinin 43.1 və 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara görə hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.N-ci maddələrinin həmin Məcəllənin 30.N, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” NN dekabr N0N1-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hərbi qulluqçulara münasibətdə inzibati tənbehin tətbiq edilməsi preventiv və mühafizə məqsədləri daşıyır. Preventiv məqsəd hərbi qulluqçular tərəfindən inzibati hüquq pozuntularının törədilməsinin qarşısının alınmasında, mühafizə məqsədi isə hərbi-hüquq münasibətlərinin subyektlərinin hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin mühafizəsinin və müdafiəsinin, hərbi qulluqçuların hərbi xidmətkeçmə qaydalarının təmin olunmasında ifadə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.N-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinin müddəalarına müvafiq olaraq əsgər Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.N-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin NN fevral N0N3-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 1N8-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərar dərhal icra olunsun.

3. İnzibati həbsin əvvəli N4 yanvar N0N4-cü il tarixdən hesablansın.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına həvalə edilsin.

5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar