Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-14/2025 03.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxx 2005-ci ildə Şahbuz rayonunun Kolanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, həmin ünvanda, qeydiyyatda olmaqla N saylı hərbi hissənin, 3-cü taborunun, 5-ci bölüyünün, 1-ci taqımının 1-ci qrupunda kəşfiyyatçı istehkamçı vəzifəsində xidmət edən, N saylı hərbi hissənin əsgər yataqxanasında yaşayan əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (hərbi bilet SX No ********) N nömrəli hərbi hissənin 3-cü taborunun 5-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunda kəşfiyyatçı-istehkamçı vəzifəsində xidmət edərkən xx.xx.2025-ci il tarixdə, saat 06:45 radələrində ayaqyolunda aralarında tabelik münasibətləri olmayan, onunla eyni taqımda kəşfiyyatçı-radiotelefonçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə onun şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 06:45 radələrində ayaqyolunda təbii ehtiyacını ödəyən zaman həmin vaxt ayaqyolunu təmizləyən əsgər Zərərçəkmiş şəxs onun ayaqyolundan çıxmasını tələb edərək oranı təmizləyəcəyini bildirmiş, ona gözləməsini, bir azdan çıxacağını desə də, Zərərçəkmiş şəxs səbirsizlik edib ona bir neçə dəfə təkrar olaraq çıxmasını tələb etmişdir. Ona cavab olaraq nalayiq ifadə işlədərək təbii ehtiyacını ödədiyi yerdən çıxıb Zərərçəkmiş şəxs tərəf getmiş, Zərərçəkmiş şəxs ona etirazını bildirərək nə üçün onunla söyüşlə danışmasını soruşduqda ona yaxşı edib söyürəm demişdir. Zərərçəkmiş şəxs də ona nalayiq ifadə işlətdiyindən ona nalayiq ifadə ilə qarşılıq vermişdir və bundan sonra Zərərçəkmiş şəxs sağ əli ilə onun sol göz nahiyəsinə bir yumruq vurmuşdur. Yaxalaşmaq istəyən zaman ayaqyolunda olan əsgər Şahid2 gəlib onları sakitləşdirərək yaxalaşmalarına imkan verməmişdir. Törətdiyi əməldən peşimandır. Zərərçəkmiş şəxsdən üzr istəyib. Zərərçəkmiş şəxs də onu bağışlayıb. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadəsi alınmış əsgər Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saat 06:45 radələrində əsgər yataqxanasının sanitar qovşağını təmizləyərkən orada əsgər Şəxs təbii ehtiyacını ödədiyini görmüş, oranı tez təmizləyib yerbəyerə çatması üçün ondan sanitar qovşağı bir az tez tərk etməsini xahiş etmişdir. Şəxs ona ayaqyolunun çirkləndiyi halda özünün təmizləyəcəyini bildirdikdə Şəxs tez çıxmasını təkrar etmiş, Şəxs isə ona nalayiq ifadə işlətmişdir. Bundan sonra Şəxs “sənə söyüş söymədim, niyə mənimlə söyüşlə danışırsan” demiş, Şəxs yaxşı edirəm dedikdə sonuncunun ünvanına nalayiq ifadə işlətmişdir. əsgər Şəxs ondan üzr istəyib. Onu bağışlayıb. Ondan hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış əsgər Şahid2 və ifadəsi elan edilmiş şahid baş leytenant Şahid1 izahatlarında göstərilən xüsusatları təsdiq etdilər. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışda əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrlə əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs mənfi xarakterizə olunmuşdurlar. Əsgər Şəxs materiala əlavə edilmiş sənədlərdə (əmrdən çıxarış, xasiyyətnamələr, xidmət vərəqəsi, izahatlar və digər) soyadı Alməmmədov kimi qeyd olunsa da, şəxsiyyətini təsdiq edən hərbi biletində soyadı Alməmmədli kimi göstərildiyindən onun soyadı Alməmmədli kimi qəbul edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidlərin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Naxçıvan Qarnizonunun rəisi genral-mayor Kənan Seyidov tərəfindən Naxçıvan Muxtar Respublikası Hərbi məhkəməsinə ünvanlanmış 14 dekabr 2024-cü il tarixli 4306 saylı məktubdan görünür ki, X2 Daxili Xidmət Nizamnaməsinin tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əsgər Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, əsgər Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N №-li hərbi hissənin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 1.Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Səxavət Hüseynov