Məhkəmə qərarları › İş №3-1(092)-147/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-147/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-147/2025 20.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Axundova Nərmin Fərəməz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan Şəhər Vəkili Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 2003-cü ildə Şahbuz rayonunun Biçənək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, (Fin xxxxxxx), orta təhsilli, subay, Şahbuz rayonunun Biçənək kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Müdafiə Nazirliyinin N saylı hərbi hissədə xidmət etmiş sabiq MAHHXHQ-su əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair N saylı hərbi hissədən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: N nömrəli hərbi hissənin sabiq MAHHXHQ-su əsgər Şəxs 21 oktyabr 2025-ci il tarixdə saat 08:45-də xidmət etdiyi Şahbuz rayonunda yerləşən 3-cü tank taborunu özbaşına tərk etmiş, 25 oktyabr 2025-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Faktla bağlı sabiq MAHHXHQ-su əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün 20 noyabr 2025-ci il tarixdə N nömrəli hərbi hissənin komandiri polkovnik Yaşar Qulamov tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 21 oktyabr 2025-ci il tarixdə saat 08:45-də xidmət yerini özbaşına tərk etdiyini, 25 oktyabr 2025-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtdığını, bu barədə qabaqcadan heç kimə məlumat vermədiyini, törətdiyi əməldən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında MAHHXHQ-su əsgər Şəxs 21 oktyabr 2025-ci il tarixdə saat 08:45-də xidmət yerini özbaşına tərk etdiyini, 25 oktyabr 2025-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtdığını göstərdi. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilən xüsusatlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs izahatları ilə yanaşı Şahid izahatı, N №-li hərbi hissə komandirinin əmrlərindən çıxarışlar və digər sənədlərlə təsdiq olunur. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə Şəxs mənfi xarakterizə olunmuşdur. N №-li hərbi hissə komandirinin N №-li əmri ilə MAHHXHQ əsgər Şəxs 13 noyabr 2025-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsində qeyd edilir ki, hərbi qulluqçular üçün həftədə 41 saatdan çox olmayan xidmət vaxtı müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs üzrlü səbəblər olmadan 3 (üç) gündən artıq, lakin 10 (on) gündən çox olmayan müddətə xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N nömrəli hərbi hissənin sabiq MAHHXHQsu əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində Şəxs yuxarıda göstərilən əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin üç gündən çox olmayaraq törədildikdə iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-cü maddəsinə əsasən Şəxs səmimi peşmançılığını və ilk dəfə inzibati xəta törətməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konistitutsiya Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, lakin hərbi xidmətdən tərxis olunduğuna görə hərbi qulluqçu statusunu itirən şəxsin hauptvaxtda saxlanılması bu Məcəllənin 156.2-ci maddəsinin hüquqi mahiyyətinə və məqsədinə uyğun olmadığından, onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, Şəxs ordu sıralarından tərxis olunduğundan qərarın icrası Naxçıvan Muxtar Respublikası DİN-nin Müvəqqəti saxlama yerinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 7 (yeddi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərar dərhal icra edilsin.

3. İnzibati xəta törətmiş şəxs Şəxs Müvəqqəti saxlama təcridxanasına təhvil verilməsini Naxçıvan şəhər Polis idarəsinə həvalə edilsin.

4. Qərarın icrası Naxçıvan Muxtar Respublikası DİN-nin Müvəqqəti saxlama yerinə həvalə edilsin.

5. İş üzrə məhkəmə xərci Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar