Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(092)-148/2025 20.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin sədri Həsənov Polad Vəli oğlu N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: N nömrəli hərbi hissənin komandiri, polkovnik-leytenant Rəşad Məmmədovun 20 noyabr 2025-ci il tarixli, 3-25216/2-2239/2025 №-li məktubu ilə N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 20 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığına və təqdim edilmiş materiallar natamam olduğuna görə onu tərtib etmiş orqana təkrarən geri qaytarılmalıdır. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən olunur ki, inzibati xəta haqqında materiallar ilk dəfə N oktyabr 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Həmin tarixdə inzibati xəta haqqında materiallar ona görə geri qaytarılmışdır ki, N nömrəli hərbi hissənin minaatan artilleriya batareyasının 2-ci taqımının 4-cü manqasının manqa komandiri vəzifəsində xidmət edən əsgər Şəxs istinad edilən inzibati xəta hadisəsi 21 avqust 2025-ci il tarixdə, saat 16:50 radələrində baş vermiş və həmin hadisə 22 avqust 2025-ci ildə aşkar olunaraq hərbi hissə komandirinə bu barədə raportla məlumat verilmişdir. Bunadan əlavə hadisə ilə bağlı tərtib olunmuş xülasə ilə də hərbi hissə komandirinə əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin olması səbəbindən inzibati xəta haqqında protokol tərtib olunması təklif olunmuşdur. Ancaq N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant Rəşad Məmmədov tərəfindən əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə protokol tərtib olunan zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin tələblərinə əməl olunmamış və inzibati xətanın törədilməsi faktı aşkar edildikdən 47 gün sonra, N oktyabr 2025-ci il tarixdə tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən sonra müvafiq prtokolun İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq dərhal deyil də, 47 gün sonra tərtib edilməsinin səbəblərini müəyyən etmək üçün zəruri sənədlər İnzibati xəta haqqında iş üzrə materiallara əlavə edilməmiş və bu səbəbdən inzibati xəta haqqında iş üzrə İnzibati Xətalar Məcəlləsinin 101.2 və 101.3-cü maddələrində nəzərdə tutlmuş halların mövcud olub-olmamasını, inzibati xəta haqqında iş üzrə inzibati araşdırma aparılıb-aparılmamasını müəyyən etmək mükün olmamışdır. İnzibati xəta haqqında materiallar təkrar məhkəməyə daxil olmuş və materialların öyrənilməsi zamanı müəyyən olunur ki, ilk dəfə inzibati xəta haqqında protokol tərtib olunan zaman yuxarıda göstərilən nöqsanlar aradan qaldırılmadan təkrarən məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan yuxarıda göstərilən nöqsanları aradan qaldırmaq yerinə eyni hadisə ilə bağlı inzibati xəta haqqında protokolun olduğunu nəzərə almayaraq 22 oktyabr 2025-ci il tarixdə yenidən inzibati araşdırmanın aparılması haqqında qərardad qəbul etmiş və 20 noyabr 2025-ci il tarixində MN № ******* nömrəli inzibati xəta haqqında ikinci protokol tərtib edərək məhkəməyə göndərmişdir. Halbuki, həmin inzibati xəta hadisəsi ilə bağlı artıq protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102.1-ci maddəsinə əsasən Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227ci, 232-1-ci, 300.1-ci, 302-ci, 304-cü, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Həmin məcəllənin 102.6-cı maddəsinə görə isə İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Göründüyü kimi inzibati araşdırma inzibati xəta haqqında protokol tərtib edilənədək aparılır. Artıq barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin barəsində inzibati araşdırma aparılması qanunvercilikdə nəzərdə tutulmamışdır. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən yuxarıda göstərilən natamamlıqları qanunvericilikdə nəzərdə tutulmayan qaydada aradan qaldırmağa çalışması onunla nəticələnmişdir ki, bir inzibati xəta hadisəsi ilə bağlı artıq tərtib olunmuş inzibati xəta haqqında protokol olduğu halda ikinci inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yəni eyni bir inzibati xəta hadisəsi ilə bağlı fərqli zamanlarda tərtib olunmuş iki inzibati xəta haqqında protokol mövcuddur. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, 20 noyabr 2025-ci il tarixində tərtib olunmuş MN № ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır və qanuna ziddir. Beləliklə də, məhkəmə belə qənaətə gəlir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış və qeyd olunanlar inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirilməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılması qeyri-mümkündür. Belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə N nömrəli hərbi hissədən daxil olmuş inzibati xəta haqqında protokol və digər sənədlər yuxarıda qeyd olunmuş çatışmamazlıqların aradan qaldırılması üçün həmin səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində qəbul edilmiş hazırki qərardadı məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Bu səbəbdən də, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi mümkündür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair N nömrəli hərbi hissədən daxil olmuş N oktyabr 2025ci il tarixli və 20 noyabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş materiallar düzgün tərtib olunmadığından və natamam olduğundan onu tərtib etmiş orqana-N nömrəli hərbi hissəyə təkrarən geri qaytarılsın. Sədrlik edən Polad Həsənov
Məhkəmə qərarları › İş №3-1(092)-148/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(092)-148/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver