Məhkəmə qərarları › İş №3-1(092)-150/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-150/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-150/2025 21.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim : Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi : Axundova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxxx N003-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN xxxxxxx),subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati xəta törətməmiş, Ağcabədi rayonunun, Avşar kəndində daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Naxçıvan şəhərində dislokasiya olunan idarəetmə və komanda məntəqələrinin təminatı bölüyünün N-ci taqımının 3-ci manqasında pulemyotçu-nizamlayıcı vəzifəsində xidmət Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əsgər Rəfiyev X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin Naxçıvan şəhərində dislokasiya olunan idarəetmə və komanda məntəqələrinin təminatı bölüyünün N-ci taqımının 3-ci manqasında pulemyotçu-nizamlayıcı vəzifəsində xidmət edərkən, 17 sentyabr N0N5-ci il tarixdə, saat N0:56-da X6 Qərargahının yanında olan bankomatdan pul çəkmək üçün patrul növbəsinə təyin olunan şəxsi heyətlə birlikdə getmək istəmiş, növbəni aparan MAHHXHQ çavuş Şahid1 icazə vermədiyinə görə əsgər Şəxs sırada səs-küy salması səbəbindən tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı əsgər Şəxs əsəbiləşərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birlərinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq əsgər R.X.Həsnlinin ünvanına nalayiq sözlər deyib onun şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Faktla bağlı əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün N1 noyabr N0N5-ci il tarixdə Naxçıvan Hərbi prokuroru vəzifəsini icra edən, Naxçıvan Hərbi prokurorunun müavini, ədliyyə polkovnikleytenantı Ramil Məmmədyarov tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunmuş, bununla bağlı qərar və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs 17 sentyabr N0N5-ci il tarixdə, saat N1:00 radələrində növbələrlə birlikdə N nömrəli hərbi hissənin yanına gedib, orada yerləşən bankomatdan pul çəkmək istədiyini, həmin gün bölük növbətçisi olan MAHHXHQ-su çavuş Şahid1 bu barədə icazə istədiyini, O, isə icazə verməyib “cavabdehin bilər” dediyini, həmin gün, saat N1:00-da növbələrin dəyişilmə vaxtı olduğunu, onun getmək istəməsinə görə MAHHXHQ-su çavuş Şahid1 posta gedən şəxsi heyətə komanda verib dayanmasını dediyini, əsgər Zərərçəkmiş şəxs ona “sənə görə posta gecikirik” dediyinə görə Zərərçəkmiş şəxs “sən qarışma, sakit dur növbənə get” dediyini, Əsgər Zərərçəkmiş şəxs ona “səni filan eləyəcəyəm” dediyini, həmin sözün cavabında “filan etməyənin” dediyini, bu zaman əsgər Zərərçəkmiş şəxs təpiklə onun sağ əlinə bir zərbə vurduğunu, MAHHXHQ çavuş Şahid1un onları ayırdığını, törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs üzr istədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında N0N5-ci il sentyabrın 17-də saat N1:00-dən N3:00-a qədər patrul növbəsinə təyin olunduğunu, təxminən saat N0:56 radələrində X6 Qərargahına postları dəyişməyə getdiyini, yolda əsgər Şəxs onları postu dəyişmək üçün aparan MAHHXHQ-su çavuş Şahid1 bankomatdan pul çəkmək üçün icazə istəsə də, MAHHXHQ-su çavuş Şahid1 ona icazə vermədiyini, lakin əsgər Şəxs özü gedəcəyini dediyini, MAHHXHQ-su çavuş Şahid1 isə onlara “geriyə dön”, “addımla marş” kimi bir sıra komandaları təkrarən verdiyini, həmin vaxt əsgər Şəxs “postlar gecikir, sənə görə əziyyət çəkirik” dedikdə Şəxs ona sakit durmasını dediyini, O, isə Şəxs “yeri get burdan, səni vurub filan eləyəcəyəm” dediyini, əsgər Şəxs isə “məni etməyənin var-yoxunu belə-belə edim” dediyini, onun həmin sözünə əsəbiləşib təpiklə Şəxs sağ əlinə bir zərbə vurduğunu, həmin vaxt MAHHXHQ-su çavuş Şahid1 onları ayırdığını və baş leytenant XN məruzə etdiyini, Şəxs bağışladığı, ondan şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş MAHHXHQ-su çavuş Şahid1 izahatında Şəxs N0N5-ci ilin sentyabr ayının 17-də saat N1:00 radələrində növbələrlə birlikdə N nömrəli hərbi hissənin yanında yerləşən bankomatın yanına gedib oradan pul çəkmək istədiyini, həmin gün bölük növbətçisi olduğuna görə ona icazə vermədiyini, saat N1:00 radələrində növbələri dəyişməyə gedərkən əsgər Şəxs ona pul çəkmək üçün getmək istədiyini dediyini, ona icazə vermədiyini dedikdə sırada olan digər əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs “sənə görə posta gecikirik” dediyini, əsgər Şəxs də ona “sən qarışma, sakit dur növbənə get” dediyini, Zərərçəkmiş şəxs Şəxs nalayiq sözlə “səni filan eləyəcəyəm” dediyini, həmin sözün cavabında əsgər Şəxs də “filan etməyənin var-yoxunu belə-belə edim cavabı” verdiyini, əsgər Zərərçəkmiş şəxs təpiklə Şəxs sağ əlinə bir zərbə vurğunu, bundan sonra onları ayırdığını və bu barədə baş leytenant XN məruzə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak etməyən izahatı tədqiq edilmiş ŞahidNda MAHHXHQ-su çavuş Şahid1 ilə oxşar məzmunlu izahat vermişdir. N nömrəli hərbi hissə komandirinin N yanvar N0N5-ci il tarixli 1 nömrəli və N5 iyun N0N5-ci il tarixli 180 nömrəli əmrlərindən edilmiş çıxarışlardan görünür ki, əsgər Şəxs hərbi hissənin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyünün N-ci komendant taqımının 3-cü komendant manqasının pulemyotçusu, əsgər Zərərçəkmiş şəxs həmin bölüyün 1-ci komendant taqımının N-ci komendant manqasının atıcı-nizamlayıcısı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs hərbi qulluqçu hesab olunurlar və onlar arasında tabelik münasibətləri yoxdur. Əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinədən keçirilmiş, xx.xx.N0N5-ci il tarixli 613 nömrəli ekspert rəyində onun bədən səthində xx.xx.N0N5-ci il tarixdə törənməyə uyğun gələn hər hansı xəsarət və xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs mənfi xarakterizə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - əsgər Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib onun şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1N-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.N-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.N-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin NN fevral N0N3-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N0N4-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin N3 fevral N0N3-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), N-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabdin qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədə uyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsini komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. İş üzrə məhkəmə xərci əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 1N8-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. N. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin. 3.İnzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.

4. Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinə həvalə edilsin.

5. İş üzrə məhkəmə xərci əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar