Məhkəmə qərarları › İş №3-1(092)-152/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-152/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-152/2025 26.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Sədr : Həsənov Polad Vəli oğlunun sədrliyi, Məhkəmə iclas katibi : Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Prokuror: X5, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxx 2006-ci il tarixdə Lerik rayonunun Noda kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN xxxxxxx), subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati xəta törətməmiş, Lənkəran şəhərinin İstisu qəsəbəsində qeydiyyatda olmaqla, “Naxçıvan” X2 çevik hərəkət taborunun 2-ci çevik hərəkət bölüyünün 3-cü taqımının minaatan heyətinin heyət nəfəri vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər (SX № 0840734) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: “Naxçıvan” X2 çevik hərəkət taborunun 2-ci çevik hərəkət bölüyünün 3-cü taqımının minaatan heyətinin heyət nəfəri vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Şəxs (SX № 0840734) həmin vəzifəsində xidmət edərkən, 21 avqust 2025-ci il tarixdə, saat 10:00 radələrində xidmət etdiyi bölüyün yuyunma otağında siqaret çəkərkən əsgər yoldaşı Zərərçəkmiş şəxs ona siqaret çəkməməsini deyib irad bildirmiş, bu zaman aralarında yaranmış mübahisə zəminində, qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib şərəf və ləyaqətini alçaltmaqla və ona qarşı zor tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Faktla bağlı əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün Naxçıvan Hərbi prokuroru vəzifəsini icra edən, Naxçıvan Hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Ramil Məmmədyarov tərəfindən onun barəsində 17 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qəbul olunmuş qərar və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, əsgər Şəxs ifadəsində, 16 iyul 2024-cü i! tarixdə SHXÇDX-in Lənkəran rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb “Naxçıvan" X4 göndərildiyini, gənc əsgər kursunu keçdikdən sonra 25 sentyabr 2024-cü il tarixdə xidmət yeri diviziyanın çevik hərəkət taborunun 2-ci çevik hərəkət bölüyünün 2-ci taqımının 1-ci manqasına dəyişdirilib atıcı vəzifəsinə təyin olunduğunu, əsgər Zərərçəkmiş şəxs “Naxçıvan” X3 xidmət etdiyi vaxtdan görüb tanıdığını, onunla arasında hər hansı qohumluq və ədavəti olmadığını, 21 avqust 2025-ci il tarixdə saat 10 radələrində yataqxanada yuxudan oyandığını, yuyunmaq uçun yuyunma otağına doğru getdiyini, həmçinin yuyunma otağında siqaret çəkmək istədiyini, bölüyün sinif otağının qarşısından keçərkən əsgər Zərərçəkmiş şəxs ondan hansı saatda xidmətdə olduğunu soruşduğunu, o, isə əsgər Zərərçəkmiş şəxs saat 15:00-dan saat 17:00-dək xidmətdə olduğunu dediyini, əsgər Zərərçəkmiş şəxs də ona “get istirahətini elə” dediyini, bundan sonra yuyunma otağına getdiyini, gedən zaman da əlində siqaret olduğunu, bu zaman əsgər Zərərçəkmiş şəxs də arxasınca yanına gəldiyini, O, yuyunma otağında siqareti yandırıb çəkərkən əsgər Zərərçəkmiş şəxs ona “burda siqaret çəkmə, icazə vermirlər” dediyini, o, da əsgər Zərərçəkmiş şəxs “həmişə çəkirikdə, problem olmaz, narahat olma” dedikdə əsgər Zərərçəkmiş şəxs ona nalayiq şəkildə söz deyib “etmə” dediyini, onunda həmin nalayiq ifadəni ona qarşı işlətdiyini, əsgər Zərərçəkmiş şəxs də ona “yekunlaşdır yanıma gəl” dediyini, o, siqareti ayaqyoluna atıb əsgər Zərərçəkmiş şəxs yanına gəldiyini və yuyunma otağının içəri tərəfdən girişində qapının ağzında üz-üzə dayanıb əsgər Zərərçəkmiş şəxs “sən kimsən mənə qarışırsan” dediyini və əsgər Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlətdiyi üçün əsəbi olduğundan sağ əli ilə boğazından tutub yuyunma otağının divarına sıxışdırdığını, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində 15 iyul 2024-cü il tarixdə SHXÇDX-in Abşeron rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb “Naxçıvan” X4 göndərildiyini, 10 gün müddətində gənc əsgər kursunu keçdikdən sonra xidmət yeri həmin diviziyanın çevik hərəkət taborunun 2-ci çevik hərəkət bölüyünün 3-cü taqımının minaatan heyətinə dəyişdirildiyini və heyət nəfəri vəzifəsinə təyin olunduğunu, hazırda da həmin vəzifədə və əsgər hərbi rütbəsində xidmətini davam etdirdiyini,əsgər Şəxs “Naxçıvan” X3 xidmət etdiyi vaxtdan görüb tanıdığını, aralarında hər hansı qohumluq və ədavəti olmadığını, 21 avqust 2025-ci il tarixdə saat 09 radələrində xidmət etdiyi bölük diviziyanın şəxsi heyəti ilə birlikdə təlim atışma getdiyini, xidmətə təyin olunmuş əsgərlərin isə diviziyada qaldığını, saat 10 radələrində gün növbətçisi üçün təyin olunmuş yerdə durduğu vaxt siqaret çəkmək istədiyi üçün bölüyün sinif otağına gedib əsgər Şahid onu 5 dəqiqə müddətinə əvəz etməsini dediyini, əsgər Şahid də getməyini və özünün gələcəyini dediyini, həmin vaxt əsgər Şəxs sinif otağın qarşısından keçərəkən əsgər Şəxs hansı saatda xidmətdə olduğunu soruşduğunu, əsgər Şəxs ona saat 15:00dan saat 17:00-dək xidmətdə olduğunu dediyini, o, da əsgər Şəxs “get istirahətini elə” dedikdə əsgər Şəxs yuyunub istiharətə gedəcəyini deyib getdiyini, əsgər Şəxs gedən zaman onun sol əlində bır ədəd siqaret və alışqan olduğunu gördüyünü və onun yuyunma otağında siqaret çəkəcəyini düşünüb əsgər Şəxs arxasınca getdiyini, kimsə yuyunma otağında siqaret çəkəndə gün növbətçilərinə bununla bağlı irad tutulduğunu, bu zaman əsgər Şəxs yuyunma otağına girdiyini, onunda əsgər Şəxs arxasınca yuyunma otağına daxil olduğunu, əsgər Şəxs yuyunma otağında siqareti yandırıb çəkərkən ona “burda siqaret çəkmə, icazə vermirlər’ dediyini, əsgər Şəxs də ona “həmişə çəkirik, problem olmaz, narahat olma” dediyini, o, əsgər Şəxs “xidmətdəsən, paltarını geyin, çıx çöldə çək” dedikdə əsgər Şəxs ona “mən burda çəkirəm” dediyini, o, da əsgər Şəxs onun sözünə məhəl qoymayıb siqaret çəkdiyini gördükdə əsəbiləşdiyindən ona nalayiq şəkildə “belə etmə, çıx çölə” dediyini, əsgər Şəxs də həmin nalayiq ifadəni ona qarşı işlətdiyini və çölə çıxmayacağını dediyini, oda, əsgər Şəxs “sən heç kimdən artıq deyilsən, burda zabit, gizirlər siqaret çəkmir” dedikdə əsgər Şəxs ona “gözlə gəlirəm” deyib əlindəki siqareti ayaqyoluna atıb yanına gəldiyini və yuyunma otağının içəri tərəfdən girişində qapının ağzında onunla üz-üzə dayanıb “sən kimsən mənə qarışırsan” dediyini, o, da əsgər Şəxs “sonra söhbət eliyərik” dedikdə həmin vaxt əsgər Şəxs sağ əli ilə onun boğazından tutub yuyunma otağının divarına sıxışdırdığını, həmin vaxt əsgər Şəxs onun boğazından möhkəm sıxdığını və boğulduğunu görüb müqavimət göstərib əsgər Şəxs əlindən vuraraq əlini aşağı salmaq istədiyini, Şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid ifadəsində, 21 avqust 2025-ci il tarixdə saat 15 radələrində bölükdə gün növbətçisi üçün təyin olunan yerdə xidmət apardığı vaxt əsgər Zərərçəkmiş şəxs onun yanına gəldiyini, Zərərçəkmiş şəxs əsgər Şəxslə hansı səbəbdən dava etdikiərini soruşduğunu, əsgər Zərərçəkmiş şəxs isə əsgər Şəxs yuyunma otağında siqaret çəkdiyini görüb ona siqaret çəkməməsini bildirdikdə aralarında mübahisə yarandığını, həmin vaxt əsgər Şəxs onun boğaz nahiyəsindən tutaraq divara söykədiyi üçün əsgər Şəxs sifət nahiyəsindən bir zərbə vurduğunu və əsgər Şəxs yerə yıxılaraq ayağa qalxmadığını dediyini, bundan sonrakı günlərdə hadisənin necə baş verməsi ilə maraqlanmadığını və əsgər Şəxs Bakı şəhərində yerləşən hospitala göndərildiyini öyrəndiyini bildirdi. “Naxçıvan” əlahiddə sərhəd diviziyası tərəfindən verilmiş əmrdən çıxarışdan görünür ki, əsgər Şəxs “Naxçıvan" X2 çevik hərəkət taborunun 2-ci çevik hərəkət bölüyünün 2-ci çevik hərəkət taqımının 1-ci çevik hərəkət manqasının atıcısı vəzifəsində xidmət edir. “Naxçıvan” X6 tərəfindən verilmiş arayışda çevik hərəkət taborunun 2-ci çevik hərəkət bölüyünün 3-cü taqımının minaatan heyətində heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə çevik hərəkət taborunun 2-ci çevik hərəkət bölüyünün 2ci taqımının 1-ci manqasında atıcı vəzifəsində xidmət edən əsgər Şəxs arasında heç bir tabelik münasibətinin olmadığı göstərilmişdir. X1 məhkəmə-tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 478 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs bədən səthində xx.xx.2025-ci il tarixdə törənməyə uyğun gələn hər hansı xəsarət və ya xəsarət İzlərinin aşkar edilmədiyi göstərilmişdir. “Naxçıvan” X6 tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs müsbət xarakterizə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – əsgər Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - əsgər Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs aralarında yaranmış mübahisə zəminində, qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib şərəf və ləyaqətini alçaltmaqla və ona qarşı zor tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq əsgər Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əsgər Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, müsbət xarakterizə olunmasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi “Naxçıvan” X2 komandanlığına göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məhkəmə xərci əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 30.2, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

1. Əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi “Naxçıvan” X2 komandanlığına göndərilsin.

2. İş üzrə məhkəmə xərci əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.

3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Polad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar