Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(092)-159/2025 10.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Hüseynov Səxavət Səməd oğlu N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğu tərəfindən N №-li hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 13 noyabr 2025-ci il tarixli, 67 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər 10 dekabr 2025-ci il tarixdə təkrarən məhkəməyə daxil olmuşdur. Material öyrənilərkən müəyyən edilmişdir ki, xx xxxxx 2006-cı ildə Şərur rayonunun Babəki kəndində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı,(FİN xxxxxxx) ,orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, həmin ünvanda daimi qeydiyyatda olmaqla N №-li hərbi hissənin əsgər yataqxanasında yaşayan, 2024-cü ilin iyul çağırışında SHXÇDX-in Şərur rayon şöbəsindən hərbi xidmətə çağırılmış, N №-li hərbi hissənin 1-ci reaktiv artilleriya divizionunun, 2-ci artilleriya batareyasının, 1-ci taqımının, 2-ci döyüş maşınının heyət nəfəri vəzifəsində xidmət edən əsgər Şəxs (hərbi bilet SX № 0798576) parkın gün növbətçisi olub xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində həmin hərbi hissənin avtomobil parkında ayaqyolunu və işıqlarını təhvil alarkən parkın ərazisindəki 5 №-li xidmət məntəqəsinin 2-ci mərtəbəsində yerləşən qapısı bağlı saxlanc otağının qapısına süngü bıçaqla müdaxilə edib açmaqla X1 Sanayi və Ticaret Anonim Şirkəti tərəfindən geri göndərilməmək şərti ilə təlimlə bağlı N №-li hərbi hissəyə verilmiş N ədədinin qiyməti 17 manat olan 4 ədəd “Roketsan” markalı telefon enerji doldurucusunu və qiyməti 5 manat olan 1 ədəd açar qolunu götürməklə, ümumilikdə özgəsinə məxsus dəyəri 73 manat olan əmlakları talamışdır. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material natamam olduğuna görə onu tərtib etmiş orqana təkrarən geri qaytarılmalıdır. Müəyyən olunur ki, N №-li hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 13 noyabr 2025-ci il tarixli, 67 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər ilk dəfə 17 noyabr 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, elə həmin gün işə baxan hakim (Səxavət Hüseynov) tərəfindən 17 noyabr 2025-ci il tarixli qərardad ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq təqdim edilmiş materialların natamam olması əsas gətirilərək, qeydə alınmış natamamlığın aradan qaldırılması üçün İnzibati Xətalara dair işin materialları Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmışdır. Lakin 10 dekabr 2025-ci il tarixdə məhkəmənin icraatına təkrarən daxil olmuş Naxçıvan Hərbi prokuroru ədliyyə polkovniki Aqil Axundov tərəfindən qəbul edilmiş 13 noyabr 2025-ci il tarixli, 67 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər işin baxılmağa hazırlanması zamanı araşdırılarkən müəyyən olunmuşdur ki, həmin inzibati xəta haqqında iş materiallarının Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmasına səbəb olan natamamlıqlar (məhkəmə iclasına çağırılmalı olan şəxslərin iştirakının məhkəmədə təmin edilməməsi) Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, 3-1(092)-142/2025 №-li qərardadında açıq və aydın şəkildə göstərilməsinə baxmayaraq, bu natamamlıqlar Naxçıvan Hərbi Prokurorluğu tərəfindən aradan qaldırılmamışdır. Şəxs iştirakı ilə bağlı N nömrəli hərbi hissəyə şifahi sorğu verilmiş, alınmış 10 dekabr 2025-ci il tarixli, 3-25-220/2-1239/2025 nömrəli cavab məktubunda Şəxs məzuniyyətdə olduğu üçün hal-hazırda hərbi hissədə olmadığı göstərilmişdir. Məhkəmə məsələ ilə bağlı əvvəlki mövqeyini təkrar edərək belə hesab edir ki, N №-li hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, 3-1(092)-142/2025 №-li qərardadında qeyd olunmuş natamamlıqlar aradan qaldırılmadan (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin iştirakı təmin edilmədən) işə mahiyyəti üzrə baxılması qeyri-mümkündür və bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş sənədlər qeydə alınmış çatışmamazlıqların aradan qaldırılması üçün təkrarən Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmalıdır. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Qeyd etmək lazımdır ki, inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində qəbul edilmiş qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X2 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: N №-li hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş 13 noyabr 2025-ci il tarixli, 67 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana- Naxçıvan Hərbi Prokurorluğuna təkrarən geri qaytarılsın. Hakim Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №3-1(092)-159/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(092)-159/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver