Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(092)-16/2024 29.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi İbrahimov İlham Sadət oğlu N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan təkrar daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğunun 07 yanvar 2024-cü il tarixli, 3-3-14/1-92/2023 nömrəli inzibati material ilə N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 07 yanvar 2024-cü il tarixli, 01 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər təkrarən və göstərilən nöqsanlar aradan qalxmadan məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 07 yanvar 2024-cü il tarixli, 01 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxxxxx 2004-cü ildə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, Ağcabədi rayonunun Mehrablı kəndində daimi qeydiyyatda olan, N №-li hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 4-cü xüsusi təyinatlı qrupunun 1-ci yarımqrupunda kəşfiyyatçı-istehkamçı vəzifəsində xidmət edən əsgər Şəxs (hərbi bilet SX № 0711804) 06 noyabr 2023-cü il tarixdə, 12 radələrində bölüyün digər əsgəri Zərərçəkmiş şəxs səngərin içərisində güldüklərinə görə məşğələ rəhbəri leytenant X2 gülüş səsi eşidərək gülən şəxsi yanına çağırmış, həmin vaxt yalnız əsgər Şəxs onun yanına getmiş, leytenant R.H.Əzimov ona öz iradını bildirdikdən sonra səngərə qayıtmasını bildirmiş, əsgər Şəxs səngərə qayıtdıqdan sonra əsgər Zərərçəkmiş şəxs gülə-gülə “sən də gülürdün, niyə çıxmadın?, belə şeylər edənlərə boynuyoğun, peysər deyilir" demiş, əsgər Zərərçəkmiş şəxs ona “mənimlə belə zarafat etmə, mənimlə bir də belə zarafat edən peysərdi" deyə cavab vermiş, əsgər Zərərçəkmiş şəxs həmin gün saat 16:30 radələrində mübahisəni davam etdirmək məqsədi ilə əsgər Şəxs yanına çağırmış, orada məşğələ zamanı nə üçün ona nalayiq soz dediyini soruşduqda aralarında mübahisə yaranmış, mübahisə zamanı əsgər Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq əsgər Zərərçəkmiş şəxs sol gözündən və sifətinin sol tərəfindən yumruqla vurmaqla ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən “sol göz ətrafı nahiyyənin qançırı ilə müşayiət olunan qaşüstü nahiyənin sıyrığı” xəsarətini yetirmişdir. Baxılan inzibati xəta ilə Naxçıvan Hərbi Prokurorluq orqanı tərəfindən barəsində inzibati xəta törətmiş şəxsin, zərər çəkmiş səxsin, şahidin iştirakı təmin edilməmişdir. Məhkəmə inzibati xəta haqqında işə baxarkən “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 298-ci bəndinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə protokol daxil olduğu gün baxılmalı olduğundan məhkəmə iclas katibi (məsləhətçi) protokol tərtib etmiş orqanın əməkdaşlarının iştirakı ilə məhkəmə iclasına çağırılmalı olan şəxslərin həmin gün məhkəməyə gətirilmələrini təşkil etməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində olan inzibati xətalar haqqında işlərə baxılarkən malik olduğu hüquq və vəzifələr dəqiq və aydın şəkildə göstərilməsinə, o cümlədən hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs təqsirləndirildiyi İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında on gündən bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulmasına və bu səbəbdən də onun barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraatda iştirakının qanunvericiliyin tələblərinə əsasən məcburi olmasına baxmayaraq, Naxçıvan Hərbi Prokurorluğu tərəfindən 07 yanvar 2024-cü il tarixli, 01 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilərkən və iş materialları baxılması üçün məhkəməyə təqdim edilərkən qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə əsasən bu Məcəllənin 162-1, 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538- 1.4 - 538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594- 2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.5-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100cü maddəsində olan məlumatlar göstərilir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir, lakin inzibati xəta haqqında prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı tərtib etmiş orqan 07 yanvar 2024-cü il tarixdə tərtib etmiş olduğu həmin qərarı 29 yanvar 2024-cü il tarixdə məhkəməyə göndərmişdir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İş materialında inzibati xəta törətmiş şəxs Şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi göstərilsədə onun həmin hərbi hissədə hansı tarixdən, hansı vəzifədə xidmət etməsi barədə hərbi hissə komandirinin əmrindən çıxarış inzibati materiala əlavə edilməmişdir. X1 Məcəlləsinin 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. Bu baxımdan da məhkəmə hesab edir ki, Naxçıvan Hərbi Prokurorluğu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrinə, o cümlədən “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən protokol tərtib etmiş orqanın əməkdaşlarının iştirakı ilə məhkəmə iclasına çağırılmalı olan şəxslərin həmin gün məhkəməyə gətirilmələrini təşkil etməli olduğu halda onların iştirakını təmin etməmişdir. Beləliklə də, məhkəmə qeyd olunanları nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər protokol tərtib etmiş orqanın əməkdaşları məhkəmə iclasına çağırılmalı olan şəxslərin həmin gün məhkəməyə gətirilmələrini təşkil etmədiyindən həmin material geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar qəbul etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin qərarı tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Həmçinin Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan nöqsanlar yəni tərəflərin iştirakı təmin edildikdən sonra yenidən məhkəməyə müraciət edilməsi mümkündür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X3 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş 07 yanvar 2024-cü il tarixli, 01 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş materiallar onu tərtib etmiş orqana - Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılsın. Sədrlik edən İlham İbrahimov
Məhkəmə qərarları › İş №3-1(092)-16/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(092)-16/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver