Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-16/2025 03.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X1, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxx 2006-cı ildə Şəmkir rayonunun Posanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, tam orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şəmkir rayonunun Posanlı kəndində qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün pulemyot manqasında heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən (hərbi bilet SX № 0812919) İSMAYİLOV CƏLİL BAYRAM OĞLUNUN Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 03 fevral 2025-ci il tarixli, 3-3-250/2-34/2025 №-li məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirləndirilməsinə dair 03 fevral 2025-ci il tarixli, 13 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 03 fevral 2025-ci il tarixli, 13 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs N nömrəli hərbi hissənin N -ci taborunun 3-cü bölüyünün pulemyot manqasında heyət nəfəri vəzifəsində, şərti olaraq “Qaya” adlanan mövqedə xidmət edərkən mövqe başçısı baş leytenant X5 tərəfindən həmin mövqedə xidmət edən digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının üzərində böyük təyin edilmiş, bundan sonra o, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı faktiki olaraq rəis funksiyalarını icra edərkən 2024-cü ilin noyabr ayının əvvələrində, saat 14 radələrində əsgər Zərərçəkmiş şəxs2 döyüş növbəsindən çıxıb ərazini təmizləməməsi səbəbindən, 2024-cü ilin noyabr ayının ortalarında, saat 17 radələrində əsgər Zərərçəkmiş şəxs3 qabları yumaması səbəbindən və 06 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində əsgər Zərərçəkmiş şəxs1 ayaqyolundan gec çıxması səbəbindən onların ünvanına nalayiq ifadələr işlədib şərəf və ləyaqətlərini alçaltmışdır. Faktla bağlı X2 Xidməti tərəfindən ilkin araşdırma aparılaraq, toplanmış araşdırma materialları hüquqi qiymət verilməsi üçün Naxçıvan Hərbi Prokurorluğuna göndərilmiş, əsgər Şəxs əməllərində cinayət tərkibi olmadığından 22 yanvar 2025-ci il tarixdə Naxçıvan Hərbi Prokurorluğun onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmçinin əsgər Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 03 fevral 2025-ci il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnikleytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, “Qaya” mövqeyində olarkən baş leytenant Coşqun Əliyev onun xidmətini bəyənərək 2024-cü ilin noyabr ayının əvvələri şəxsi heyətin üzərinə böyük təyin etməsini mövqenin digər əsgərlərinə elan edib bildirmişdir ki, “Cəlilin sözü mənim sözümdü, nə desə sözündən çıxmayın”. Bundan sonra C.Əliyev şəxsi heyətə tapşıracağı işləri ona demiş, o da həmin işləri əsgərlərə gördürmüşdür. Noyabr ayının təxminən 6-sı saat 12 radələrində mövqeyin ayaqyolusuna girmək istəmiş, içəridə həmin vaxt əsgər Zərərçəkmiş şəxs1 olmuş, onun ayaqyolundan gec çıxmasına əsəbiləşib ona nalayiq ifadə işlədərək tez çıxmasını tələb etmiş, Zərərçəkmiş şəxs1 çölə çıxanda onun yaxasından yapışıb nalayiq tərzdə ona “səni vurub belə-belə edərəm” demiş, 2024-cü ilin noyabr ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs3 döyüş növbətçiliyindən ehtiyata qaldığından qabları yumaq onun növbəsi olmuş, lakin o, qabları yumamış, mövqeyə yoxlama gələcəyindən problem olmasını istəməmiş, buna görə Zərərçəkmiş şəxs3 nalayiq ifadə işlədərək qabları yumasını bildirmiş, 2024-cü ilin noyabr ayının ortalarında taqım komandiri əsgər Zərərçəkmiş şəxs2 ərazini təmizləməyi tapşırmış, Zərərçəkmiş şəxs2 gəlib ona taqım komandirinə onun istirahət vaxtının olmasını deməsini bildirmiş, ona “mən deyə bilərmərəm özün de” demiş, lakin Zərərçəkmiş şəxs2 yenidən eyni sözü təkrar etdikdə ona nalayiq ifadə işlədərək ərazini təmizləməsini bildirmişdir. Həmçinin əsgər Şəxs izahatında əsgər yoldaşlarına qarşı etdiyi əməllərindən peşman olduğunu bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 Müşfiq oğlu verdiyi izahatında göstərmişdir ki, 2024-cü ilin noyabr ayının əvvəllərində baş leytenant Coşqun Əliyev təxminən saat 18 radələrində şəxsi heyəti yeməkxanada düzüb əsgər Şəxs digər əsgərlərin üzərində böyük təyin etdiyini elan edərək onlara “Cəlilin sözü mənim sözümdü, nə desə sözündən çıxmayın” demiş, bu əsgərlərin narazılığına səbəb olsa da, taqım komandiri dediyindən heç kəs öz narazılığını bildirməmişdir. Həmin vaxtdan etibarən əsgər Şəxs baş leytenant C.Əliyevə arxalanıb əsgər heyətinə komandalar verməyə başlamışdır. Noyabr ayının təxminən 6-da saat 12 radələrində ayaqyolunda olarkən əsgər Şəxs ayaqyolunun qapısına yaxınlaşıb ona nalayiq ifadə işlədərək “tez çıx, bir saatdı neyniyirsən?” demiş, ayaqyoluna yeni girdiyindən ona gözləməsini bildirmiş, çölə çıxanda Şəxs onun yaxasından yapışıb “niyə çıxmırsan?, səni vurub “belə-belə” edərəm” demişdir. Şəxs həmçinin əsgər Zərərçəkmiş şəxs2 da nalayiq ifadə işlətdiyini eşitmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs1 Müşfiq oğlu izahatında hadisədən sonra Şəxs ondan üzr istəmədiyini, özünün onu intizamsız bir əsgər kimi tanıdığını, əsgər yoldaşı Şəxs bağışlamadığını, onunla barışmadığını bildirərək, onun barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs2 verdiyi izahatında göstərmişdir ki, “Qaya” mövqeyində xidmət etdiyi müddətdə təxminən 2024-cü ilin noyabr ayının əvvəllərində baş leytenant Coşqun Əliyev saat 18 radələrində şəxsi heyəti yeməkxanada düzüb əsgər Şəxs göstərib “bundan sonra Cəlilin sözü mənim sözümdü, nə desə sözündən çıxmayın” deyərək onun sözündən çıxanı cəzalandıracağını bildirmiş, həmin vaxtdan əsgər Şəxs həmin sözə arxalanıb əsgər heyətinə komandalar verməyə başlamışdır. 2024-cü ilin noyabr ayının əvvələrində təxminən saat 14 radələrində istirahət vaxtı olsa da əsgər Şəxs ona ərazini, sonra isə yeməkxananı təmziləməyi tapşırmış, ona istirahətə gedəcəyini dedikdə Şəxs ona qarşı nalayiq ifadə işlədərək ərazini təmizləməsini demişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs2 izahatında hadisədən sonra Şəxs ondan üzr istəmədiyini, özünün onu intizamsız bir əsgər kimi tanıdığını, əsgər yoldaşı Şəxs bağışlamadığını, onunla barışmadığını bildirərək, onun barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs3 verdiyi izahatında digər zərərçəkmiş şəxslərin izahatlarında qeyd olunanları təsdiq edərək göstərmişdir ki, 2024-cü ilin noyabr ayının ortalarında növbədən çıxdıqdan sonra təxminən saat 17 radələrində əsgər Şəxs ondan qabları yumağını istəmiş, növbədən çıxdıqdan sonra yorğun olduğundan qabları yumaq istəmədiyini bildirmiş, Şəxs isə ona qarşı nalayiq ifadə işlədərək qabları yumasını demişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs3 izahatında hadisədən sonra Şəxs ondan üzr istəmədiyini, özünün onu bağışlamadığını bildirərək, onun barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 295 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, “Təşkilat-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə müvafiq olaraq əsgər Şəxs həmin tarixdən hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün pulemyot manqasında heyət nəfəri vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 323 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə müvafiq olaraq əsgər Zərərçəkmiş şəxs2 həmin tarixdən hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının 3-cü manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 282 №-li əmrindən edilmiş çıxarışlardan görünür ki, əsgər Zərərçəkmiş şəxs1 Müşfiq oğlu həmin tarixdən hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 1-ci taqımının 3-cü manqasında qumbaraatan vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs3 isə hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün pulemyot manqasında heyət nəfəri vəzifəsinə təyin edilmişlər. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2699 №-li arayışdan görünür ki, əsgər Şəxs ilə əsgərlər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 Müşfiq oğlu və Zərərçəkmiş şəxs2 arasında tabelik münasibətləri olmamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, rəsmi olaraq əsgər Şəxs ilə əsgərlər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 Müşfiq oğlu və Zərərçəkmiş şəxs2 arasında tabelik münasibətləri olmasa da, 2024-cü ilin noyabr ayının əvvəllərində baş leytenant X5 əsgər Şəxs mövqedə xidmət edən digər əsgərlərin üzərində böyük təyin etdiyini elan etdikdən sonra Şəxs həmin vaxtdan 2024-cü ilin noyabr ayının ortalarınadək onunla birgə xidmət edən digər əsgərlər üzərində faktiki olaraq rəis funksiyalarını yerinə yetirməklə onlara müxtəlif tapşırıqlar verərək həmin tapşırıqların icrasına nəzarət etməsi, əsgərlərin isə onun tapşırıqlarını yerinə yetirməsi nəzərə alınaraq, ibtidai istintaq orqanı tərəfindən o, zərərçəkmiş şəxslərə münasibətdə rəis hesab edilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim olunan 19.12. 2024-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, əsgər Şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, rəsmi olaraq əsgər Şəxs ilə zərərçəkmiş əsgərlər arasında tabelik münasibətləri, o cümlədən onun mövqedə xidmət edən əsgərlərə qarşı hər hansı bir göstəriş vermək və ya hər hansı bir göstərişin icrasına nəzarət etmək səlahiyyəti olmasa da, ona bu səlahiyyət mövqe başçısı baş leytenant X5 tərəfindən mövqenin bütün şəxsi heyəti qarşısında verilmiş, əsgər Şəxs bu göstərişdən sonra mövqedəki əsgərlərə işlər tapşırmış, rəis kimi onların işlərinə nəzarət etmiş və əsgərlərin ona etiraz etmək kimi bir imkanları olmamış, onu özlərinə rəhbər (rəis) hesab etmiş, onun tapşırıqlarını icra etmişlər. Bu baxımdan da, məhkəmə hesab edir ki, əsgər Şəxs qeyriformal olsa da, mövqedəki digər əsgərlərə praktiki olaraq rəhbər sayılmışdır. İş materiallarının tədqiqi nəticəsində əsgər Şəxs qeyri-formal olaraq onun tabeliyində olan hərbi qulluqçunun şərəf və ləyaqətini alçaltması ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlimtərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinə əsasən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmasına görə on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə uyğun olaraq əsgər Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabain qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədəuyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirli bilinib, barəsində 17 (on yeddi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin.
3. İnzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.
4. Əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilsin.
5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Abil Orucəliyev