Məhkəmə qərarları › İş №3-1(092)-166/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-166/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-166/2025 22.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi : Əhmədova Nərgiz Bağır qızının katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 2005-cı ildə Bərdə rayonunun Kətəlparaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN xxxxxxx), subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati xəta törətməyən, Bərdə rayonu Kətəlparaq kəndində daimi qeydiyyatda olan, müddətli həqiqi hərbi xidmət qulluqçusu, N nömrəli hərbi hissənin 2- ci taborunun 5-ci bölüyünün 2-ci taqımının 3-cü manqasın atıcı vəzifəsində xidmət edən, N nömrəli hərbi hissənin əsgər yataqxanasında yaşayan əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əsgər Şəxs 19 noyabr 2025-ci il tarixdə,saat 18:30 radələrində 2-ci taborun mərkəzində tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib, ona nalayiq ifadə işlətməklə onun şərəf və ləyaqətini alçaltmışdır. Faktla bağlı əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün 22 dekabr 2025-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandiri polkovnik Şahin Qəhrəmanov tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs izahatında 19 noyabr 2025-ci il tarixdə saat 18:30 radələrində xidmət yeri olan 2-ci taborun mərkəzində əsgər yoldaşı Şahidla mağazanın qarşısında dayandığını, həmin vaxt əvvəlcədən tanıdığı, aralarında zarafat olan mühəndis-istehkam bölüyünün əsgəri Zərərçəkmiş şəxs mağazaya getdiyini gördüyünü, zarafat etmək məqsədilə ondan nalayiq ifadə ilə haraya getdiyini soruşduğunu, bu zaman əsgər zərərçəkmiş şəxsin ona tərs davranaraq nalayiq ifadə işlədərək ona ağzının danışığını bil, birdə mənimlə elə danışma dediyini, onunda, “nə olub? niyə əsəbsən” dediyini, Aşurovun ona “mənimlə kobud danışaraq adam içində mənimlə söyüş zarafatı eləmə” dediyini, onunda gəl kənara söhbət edək dediyini, onu taborun hamamına apardığını, həmin vaxt əsgər Əliyevində yanlarında olduğunu, orada zərərçəkmiş şəxsin bizim aramızda söyüş zarafatı olduğu üçün səninlə elə zarafat etdim dediyini, ondan niyə belə davrandınğını soruşduğunu, onunda axırıncı dəfə olsun ki, adam içində mənimlə söyüşlə danışırsan dediyini, bu zaman əsəbləşib əsgər Əliyevə qapıdan çəkil bu getsin deyib nalayiq ifadə işlətdiyini, əsgər Aşurovunda betərini belə-belə edim sənin üçün yaxşı olmaz dediyini, bu zaman onu sinəsindən geriyə doğru itələyib “çıx rədd ol çölə” dediyini, onu itələyəndə onun ayağı yerdə olan daşlara ilişdiyi üçün arxası üstə yerə yıxıldığını, əsgər Əliyevin onu ayağa qaldırıb ikisinədə “ayıbdı qurtarın bunu” dediyini, bundan sonra oradan uzaqlaşdıqlarını, bir az sonra taborun zampalidi mayor Osmanovun yanına çağırdığını, onun yanına getdikdə zərərçəkmiş şəxsin onun yanına gedərək şikayət etdiyini öyrəndiyini, olanları mayor Osmanova danışdıqdan sonra onunda məruzə edib onları hərbi hissəyə göndərdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X1 19 noyabr 2025-ci il tarixdə saat 18:30 radələrində 2-ci tabor mərkəzində çayçıya getdiyini, həmin vaxt 2-ci taborun əsgəri Şəxs orada durduğunu, onu əvvəlcədən tanıdığını, aralarının yaxşı olduğunu, zarafatları olduğunu, həmin vaxt çayçıya gedəndə əsgər Şəxsin ona söyüşlə hara gedirsən soruşduğunu, adam içində elə söyüş söydüyü üçün acığına gəldiyini, onunda söyüşlə qarşılıq verdiyini, birdə onunla söyüşlə danışmasını dediyini, Əsgər Məmmədovun ona “nə olub, nəsə problem var, əvvəldə söyüşlə zarafat edirdik birbirimizlə” dediyini, özünündə aramızda ayrı, amma adam içində söyüş söymə dediyini, Şəxs ona gəl kənara işim var dediyini, taborun hamamına getdiklərini, həmin vaxt onun yanında olan əsgər Şahidda gəldiyini, hamama girəndə əsgər Əliyevin qapıda dayandığını, içəri girəndə əsgər Şəxsin ona təkrar söyüş söyərək bu nə hərəkətdi edirsən dediyini, onunda ona söyüş söyərək adam içində birdə mənimlə söyüşlə zarafat etmə dediyini, bu zaman Şəxsin əsgər Əliyevə çəkil qapıdan çıxsın çölə deyib nalayiq ifadə işlətdiyini, ona birdə söyüş söymə betərini belə-belə edim yaxşı olmaz dediyini, zaman əsgər Məmmədovun hər iki əli ilə məni sinəsindən geriyə doğru itələdiyini, geriyə gedən zaman ayağının ilişdiyini və arxası üstə yerə yıxıldığını, əsgər Əliyevin onu ayağa qaldırdığını və oradan çıxıb getdiyini, taborun qərargahına getdiyini, orada taborun zampalidi mayor Osmanovu gördüyünü, ona əsgər şəxsin etdiklərini deyərək ondan şikayət etdiyini, sonradan barışdıqlarını, Şəxsdən şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid 19 noyabr 2025-ci il tarixdə saat 18:30 radələrində əsgər yoldaşı Şəxslə xidmət yeri olan 2-ci tabor mərkəzində kantinin qarşısında durduğunu, Həmin vaxt mühəndis-istehkam bölüyünün əsgəri Zərərçəkmiş şəxs kantinə getiyini, bu zaman əsgər Şəxs onunla əvvəlcədən zarafatı olduğu üçün ona nayaliq ifadə ilə zarafat edərək haraya getdiyini soruşduğunu, əsgər Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlədərək birdə onunla söyüşlə zarafat etməməsini dediyini Bundan sonra əsgər Şəxs ona gəl hamama söhbət edək dediyini, özünündə onların yanına getdiyini, hamamda əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs “bizim aramızda söyüş zarafatı olduğu üçün səninlə elə zarafat etdim, niyə belə davrandın?” dediyini, əsgər Zərərçəkmiş şəxsdə ona axırıncı dəfə olsun ki, adam içində söyüşlə danışırsan dediyini, bu zaman əsgər Şəxsin ona qapıdan çəkil bu getsin deyib nalayiq ifadə işlətdiyini, əsgər Zərərçəkmiş şəxsin, betərini belə-belə edim sənin üçün yaxşı olmaz dediyini, əsgər Şəxsin əsgər Zərərçəkmiş şəxsi sinəsindən itələyərək çıx çölə dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxsin ayağının yerə ilişdiyini və arxası üstə yerə yıxıldığını, onu ayağa qaldırıb dava etmələrinə imkan vermədiyini, sonra oradan uzaqlaşdığını, sonra əsgər Zərərçəkmiş şəxsin taborun zampalidinə Şəxsi şikayət etdiyini göstərdi. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs hərbi qulluqçu hesab olunurlar və onlar arasında tabelik münasibətləri yoxdur. Əsgər Zərərçəkmiş şəxs 12 dekabr 2025-ci il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan həmin tarixli, 721 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs bədən səthində 19 noyabr 2025-ci il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs müsbət xarakterizə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - əsgər Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib, ona qarşı nalayiq ifadə işlədərək, onun şərəf və ləyaqətini alçaltmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabdin qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədə uyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsini komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. İş üzrə məhkəmə xərci əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin. 3.İnzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.

4. Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinə həvalə edilsin.

5. İş üzrə məhkəmə xərci əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar