Məhkəmə qərarları › İş №3-1(092)-170/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-170/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-170/2025 24.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin sədri Həsənov X2 Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N dekabr 2025-cı il tarixli, 3-25-216/2- 2493/2025 №-li məktubu ilə N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair N oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol, 22 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad, 20 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər N dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarında olan N oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan, 22 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan, 20 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxxxx 2005-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati xəta törətməmiş, Daşkəsən rayonu, Əhmədli kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Sevinc qəsəbəsində yaşayan, N nömrəli hərbi hissənin minaatan artilleriya batareyasının 2-ci taqımının 4-cü manqasının manqa komandiri vəzifəsində xidmət edən əsgər Şəxs (Fin: xxxxxxx) həmin vəzifədə xidmət edərkən, 21 avqust 2025-ci il tarixdə, saat 16:50 radələrində avtomobil parkında tabelik münasibətlərində olmayan N №-li hərbi hissənin minaatan artilleriya batareyasının 1-ci taqımının heyət nəfəri vəzifəsində xidmət edən əsgər Şəxs ona var-yoxsuz ifadəsini işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində, qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs var-yoxsuz sənsən deyib sol əli ilə boğaz nahiyəsindən itələyib yerə yıxmaqla Zərərçəkmiş şəxs şərəf və ləyaqətim alçaltmış və ona zor tətbiq etmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3-1(092)-121/2025 №-li qərardadına əsasən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair N nömrəli hərbi hissədən daxil olmuş N oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan 09 oktyabr 2025-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə geri qaytarılmışdır. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən olunur ki, N nömrəli hərbi hissənin minaatan artilleriya batareyasının 2-ci taqımının 4-cü manqasının manqa komandiri vəzifəsində xidmət edən əsgər Şəxs istinad edilən inzibati xəta hadisəsi 21 avqust 2025-ci il tarixdə, saat 16:50 radələrində baş vermiş və həmin hadisə 22 avqust 2025-ci ildə aşkar olunaraq hərbi hissə komandirinə bu barədə raportla məlumat verilmişdir. Bunadan əlavə hadisə ilə bağlı tərtib olunmuş xülasə ilə də hərbi hissə komandirinə əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin olması səbəbindən inzibati xəta haqqında protokol tərtib olunması təklif olunmuşdur. Ancaq N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant Rəşad Məmmədov tərəfindən əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə protokol tərtib olunan zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin tələblərinə əməl olunmamış və inzibati xətanın törədilməsi faktı aşkar edildikdən 47 gün sonra, N oktyabr 2025-ci il tarixdə tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin tələbinə görə İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir (İXM-nin 101.1-ci maddəsi). İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir(101.2-ci maddə). İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə(İXM-nin 102.5-ci maddəsi İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır.) tərtib edilir(İXM-nin 101.3-cü maddəsi). İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən sonra müvafiq protokolun İnzibati Xətalar Məcəlləsinin yuxarıda göstərilən tələblərinə uyğun olaraq dərhal deyil də 47 gün sonra tərtib edilməsinin səbəblərini müəyyən etmək üçün zəruri sənədlər İnzibati xəta haqqında iş üzrə materiallara əlavə edilməmişdir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə İnzibati Xətalar Məcəlləsinin 101.2 və 101.3-cü maddələrində nəzərdə tutlmuş halların mövcud olub-olmamasını müəyyən etmək mükün olmamış və N nömrəli hərbi hissənin komandiri vəzifəsini müvəqqəti icra edən mayor Qabil Fərəcov tərəfindən 22 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad qəbul edilmiş, həmçinin N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant Rəşad Məmmədov tərəfindən yenidən 20 noyabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən onun barəsində başlanmış icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, inzibati xəta hadisəsi 21 avqust 2025-ci il tarixdə, saat 16:50 radələrində baş vermişdir və İnzibati xətanın törədildiyi vaxtdan 4 (dörd) aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakimin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyi məsələlərdən biri də işdə işin icraatını rədd edən halların mövcud olub-olmamasını yoxlamaqdan ibarətdir. X1 Məcəlləsinin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd olunanları və qanunvericiliyin müvafiq müddəalarını rəhbər tutaraq hesab edirəm ki, hazırki inzibati xəta haqqında iş üzrə inzibati xəta törədildiyi vaxtdan, yəni 21 avqust 2025-ci il tarixdə baş verdiyi tarixdən 4 aydan artıq müddət keçdiyindən, əsgər Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Polad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar