Məhkəmə qərarları › İş №3-1(092)-176/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-176/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-176/2025 25.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxx 1997-ci il tarixdə Şərur rayonunun Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə inzibati xəta törətməyən, Kəngərli rayonunun Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, halhazırda N nömrəli hərbi hissənini 4-cü taborunun 11-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının tuşlayıcı operatoru vəzifəsində xidmət edən MAHHXHQ-su əsgər(Şəxsi vəsiqə № 0037506) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: MAHHXHQ-su əsgər Şəxs 01 noyabr 2025-ci il tarixdə, saat 11:30 radələrinda ona rəis hesab olunan kapitan Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlətməklə onun şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Faktla bağlı MAHHXHQ-su əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün 25 dekabr 2025-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant X1 tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MAHHXHQ-su əsgər Şəxs izahatında 01 noyabr 2025-ci il tarixdə hərbi hissədə olan sürücüləri hərbi hissənin təlim və tədris mərkəzinə çağırdıqlarını, hərbi polislə yol polisinin dərs keçəcəyini, onları sıraya düzdüklərini, həmin vaxt sıxıntılı və fikirli olduğunu, atasının xəstə olduğunu və onu həkimə apara bilmədiyini, atasının 1-ci qrup əlil olduğunu, onu həkimə aparmaq üçün icazə ala bilmədiyini, həmin gündə dərs planlaşdırıldığı üçün icazə ala bilmədiyini, avtomobil xidmət rəisi kapitan Zərərçəkmiş şəxs uca səslə nəsə dediyini eşitdiyini, həmin vaxt Nuriyevin onun üstünə qışqırdığını düşündüyünü, sıradan çıxaraq ona “nə olub, mənim üzərimə qışqırırsan?” dediyini, onun da “intizamsızlıq edirsiz məcbur qalıb qışqırdım, söymədim ki?” dediyini, ona “pox yeyirsən məni söyürsən” dediyini, bundan sonra kapitan Zərərçəkmiş şəxs cavab vermədiyini, dərsə girib çıxandan sonra ona yaxınlaşıb ondan üzr istədiyini, onunda cavabında “komandirə məruzə edəcəm araşdırma aparılsın” dediyini, əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş kapitan Zərərçəkmiş şəxs izahatında 01 noyabr 2025-ci il tarixdə hərbi polis bölməsinin və yol patrul xidmətinin əməkdaşları tərəfindən hərbi hissədə olan sürücülərlə dərs planlaşdırılıb keçirilməli olduğunu, bu məqsədlə həmin gün saat 11:30 radələrində hərbi hissədə olan sürücüləri təlim və tədris mərkəzinə çağırıldığını, həmin vaxt sürücülər sırayla təlim və tədris mərkəzinə gedən zaman 4-cü taborun MAHHXHQ-su əsgər Şəxs sıra intizamını tez-tez pozduğunu və sıradan çıxdığını, bundan başqa orada olan digər sürücülərində sıra intizamını pozduğunu, bir neçə dəfə tez olun, sırayla gedin desədə onu saymadıqlarını, vaxt məhdud olduğundan tələsdiyini, buna görə uca səslə keçin sıraya, bir az tələsin dediyini, bu zaman MAHHXHQ-su əsgər Şəxs ona “nə olub, mənim üzərimə qışqırırsan?” dediyini, ona “intizamsızlıq edirsiz məcbur qalıb qışqırdım, söymədim ki?” dediyini, MAHHXHQ-su əsgər Şəxs ona “pox yeyirsən məni söyürsən” dediyini, bundan sonra ona heçnə demədiyini, bu faktın araşdırılması üçün hərbi hissə komandirinə raportla müraciət etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş gizir Şahid izahatında 01 noyabr 2025-ci il tarixdə hərbi polis bölməsinin və yol patrul xidmətinin əməkdaşları tərəfindən hərbi hissədə olan sürücülərlə dərs planlaşdırılıb keçiriləcəyini, buna görə həmin gün saat 11:30 radələrində hərbi hissədə olan sürücülərin təlim və tədris mərkəzinə çağırdığını, həmin vaxt sürücülər sırayla təlim və tədris mərkəzinə gedən zaman bir çox adam sıradan çıxdığını və ya yavaş hərəkət etdiyini, avtomobil xidmət rəisi kapitan Zərərçəkmiş şəxs uca səslə hamı sıraya girsin və tez hərəkət etsin dediyini, bu zaman 4-cü taborun MAHHXHQsu əsgər Şəxs ona “nə olub nə qışqırırsan üstümə” dediyini, kapitan Nuriyev ona “nə dedim sənə söymədim ki”, dediyini, bu zaman MAHHXHQ-su əsgər Şəxs ona “sən pox yeyirsən məni söyürsən” dediyini, o elə dedikdən sonra kapitan Nuriyevin heç nə demədiyini bildirdi. N №-li hərbi hissədən təqdim edilmiş N dekabr 2025-ci il tarixli arayışda N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi kapitan Zərərçəkmiş şəxs ilə hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının tuşlayıcı operatoru vəzifəsində xidmət edən MAHHXHQ-su Şəxs arasında tabelik münasibətləri vardır. N nömrəli hərbi hissə komandiri tərəfindən təqdim edilən xidməti xasiyyətnamədə MAHHXHQ-su əsgər Şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, MAHHXHQ-su əsgər Şəxs ona rəis hesab olunan kapitan Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlətməklə onun şəxsin şərəf və ləyaqətini alçaltmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq MAHHXHQ-su əsgər Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq MAHHXHQ-su əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsinə əsasən rəisin, yaxud hərbi qulluq vəzifələrin yerinə yetirən digər şəxsin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar şəxsin şərəf və ləyaqətini alçaltma - on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, MAHHXHQ-su əsgər Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini, müsbət xarakterizə olunmasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandanlığına göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məhkəmə MAHHXHQ-su əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 30.2, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

1. MAHHXHQ-su əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandanlığına göndərilsin.

2. İş üzrə məhkəmə xərci olan MAHHXHQ-su əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin.

3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar