Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-18/2025 26.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X3, Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxx 1984-cü ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli (himayəsində 2 azyaşlı uşağı olan), ali hərbi təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə İmişli rayonu, Bəhrəmtəpə Qəsəbə Ərazi Dairəsi, Bəhrəmtəpə qəsəbəsi ünvanında qeydiyyatda olmaqla, ünvan 1ında yaşayan, Müdafiə Nazirliyinin N №-li hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini - bölmə rəisi vəzifəsində xidmət etmiş, hazırda N №-li hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat şöbəsinin psixoloqu-şöbə rəisinin baş köməkçisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmət edən (hərbi bilet MN № 0050580) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 11 fevral 2025-ci il tarixli, 3-3-250/2-005099/2025 №-li məktubu ilə polkovnik-leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə təqsirləndirilməsinə dair 11 fevral 2025-ci il tarixli, 306 №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 11 fevral 2025-ci il tarixli, 306 №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, polkovnik-leytenant Şəxs N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini bölmə rəisi vəzifəsində xidmət edərkən “Azərbaycan Ordusunda xidməti araşdırmaların, ilkin yoxlamanın və təhqiqatın Qaydaları”nın tələblərinin pozulması ilə bağlı müəyyən edilmiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair Naxçıvan Hərbi prokuroru tərəfindən N nömrəli hərbi hissə komandirinə xx.xx.2024-cü il tarixli, 3-3-250/2-333/2024 nömrəli təqdimat verilmiş, həmin təqdimat xx.xx.2024-cü il tarixdə N nömrəli hərbi hissəyə daxil olaraq, elə həmin gün hərbi hissə komandiri, polkovnik Şahid1 tərəfindən icrası hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini - bölmə rəisi polkovnik-leytenant Şəxs tapşırılmış, Şəxs həmin gün təqdimatla tanış olmuş, lakin təqdimatın icrasına məsul şəxs olan Şəxs tərəfindən qanunla müəyyən edilmiş bir ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək təqdimata cavab verilməli olduğu halda həmin təqdimata vaxtında cavab verilməsi təmin olunmamışdır. Faktla bağlı xx.xx.2025-ci il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnikleytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54, 99 və 102-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərar qəbul edilmiş, inzibati araşdırma nəticəsində polkovnik-leytenant Şəxs əməllərində İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğundan onun barəsində 11 fevral 2025-ci il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov tərəfindən 306 №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan polkovnik-leytenant Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini - bölmə rəisi vəzifəsində xidmət edərkən Naxçıvan Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 3-3-250/2-333/2024 nömrəli təqdimatı xx.xx.2024-cü il tarixdə hərbi hissəyə daxil olmuş, həmin gün hərbi hissə komandiri polkovnik Şahid1 dərkənarı ilə təqdimatın icrası ona tapşırılmış, təqdimat ona kargüzar tərəfindən həmin gün təqdim edilsə də, xidməti işlərinin çoxluğundan unutqanlıq edərək təqdimatın cavablandırılmasını təmin etməmişdir. Təqdimatın son icra müddətinin yaxınlaşması barədə onun tərəfindən hərbi hissə komandirinə məlumat verilməmişdir. Təqdimatın icrası ilə bağlı ona heç kəs maneçilik törətməmiş, sadəcə unutqanlıq etmişdir. Həmçinin polkovnik-leytenant Şəxs izahatında etdiyi əməllərindən peşman olduğunu bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polkovnik-leytenant Şahid2 verdiyi izahatında bildirmişdir ki, o, 2024-cü ilin oktyabr ayının 26-dan həmin ilin noyabr ayının 26dək N nömrəli hərbi hissə komandirinin vəzifələrini icra etmiş, həmin müddətdə gündəlik olaraq hərbi hissəyə daxil olan sənədlər hərbi hissənin kargüzarlığın məsul icraçısı gizir Şahid3 tərəfindən dərkənar üçün ona təqdim olunmuş, həmin sənədlərin üzərinə dərkənar qoyaraq icrasını xidmətlər üzrə aidiyyəti cavabdeh şəxslərə tapşırmışdır. Naxçıvan Hərbi Prokurorluğundan daxil olan sənədlərin icrasını, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə baş leytenantı Sənan Quliyevə, yaxud hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini - bölmə rəisi polkovnik-leytenant Şəxs tapşırmışdır. Naxçıvab Hərbi Prokurorluğundan göndərilmiş xx.xx.2024-cü il tarixli təqdimatın icrası barədə istər gizir Şahid3, istərsə də polkovnik-leytenant Şəxs tərəfindən ona məlumat verilməmiş, xx.xx.2024-cü il tarixdən hərbi hissəyə yeni komandir təyin olunduqdan sonra isə hərbi hissəyə daxil olan sənədlər yeni hərbi hissə komandirinə təqdim olunmuş və sənədlərin icrası barədə ona məruzələr olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş polkovnik-leytenant Şahid4 verdiyi izahatında bildirmişdir ki, o, 2024-cü ilin noyabr ayının 26-dan N nömrəli hərbi hissə komandiri vəzifəsinə təyin olunmuş, hərbi hissəyə daxil olan sənədləri hərbi hissənin kargüzarlığın məsul icraçısı gizir Şahid3 ona təqdim etmiş, həmin sənədləri öyrənib icrasını aidiyyəti şəxslərə tapşırmışdır. Sənədlərin vaxtında icra olunmasına kargüzarlığın məsul icraçısı nəzarət edib ona vaxtaşırı məlumat verir. 23 dekabr 2024-cü il tarixdə gizir Şahid3 xx.xx.2024-cü il tarixdə hərbi hissəyə daxil olmuş Naxçıvan Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli təqdimatına cavab məktubunu ona təqdim etdikdə təqdimatın cavabının geçikdirilməsinin səbəbini soruşmuş, Şahid3 səbəbini bilmədiyini, icraçının hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini - bölmə rəisi polkovnik-leytenant Şəxs olduğunu demiş, Şəxs təqdimatın cavabının gecikdirilməsinin səbəbini soruşmuş, Şəxs unutqanlıq etdiyini, bu səbəbdən təqdimatın cavabının gecikdirildiyini bildirmiş, Şəxs iradını bildirmiş, təqdimat həmin gün hərbi hissənin yığıncağında müzakirə edilmiş, təqdimatda qeyd olunan hərbi qulluqçulardan iki nəfərin xidmət yerləri dəyişdirildiyindən onların cəzalandırılması mümkün olmamış, lakin bir nəfər zabitə onun müvafiq əmri ilə intizam qaydasında cəza verilmiş, həmin gün, yəni 23 dekabr 2024-cü il tarixdə təqdimata cavab məktubunu imzalayaraq məktubun Naxçıvan Hərbi Prokurorluğuna göndərilməsinə dair göstəriş vermişdir. Sənədlərin icrasına nəzarət bilavasitə kargüzarlığın vəzifəsidir, həmçinin sənədin vaxtında icrasına isə icraya bilavasitə cavabdeh olan şəxs məsuliyyət daşıyır. Vəzifəsinin icrasına başladıqdan sonra onun tərəfindən icra üçün verilmiş sənədlərin vaxtında icrasını həm kargüzarlığın əməkdaşından, həm də aidiyyəti icraçılardan tələb etmiş, lakin sözügedən təqdimatın hərbi hissəyə daxil olmasından xəbəri olmamış, bununla əlaqədar nə kargüzarlıq tərəfindən, nə hüquqşünas tərəfindən, nə polkovnik-leytenant Şəxs tərəfindən, nə də ki, hərbi hissə komandiri vəzifələrini icra edən, hazırda hərbi hissə komandirinin müavini vəzifəsində xidmət edən polkovnik-leytenant Şahid2 tərəfindən ona məlumat verilməmişdir. Həmçinin istər kargüzardan, istərsə də polkovnik-leytenant Şəxs gecikən sənədlərinin olub-olmadığını soruşduqda hər ikisi gecikən sənədlərinin olmadığını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş gizir Şahid3 verdiyi izahatında bildirmişdir ki, o, kargüzarlığın məsul icraçısı olaraq sözügedən təqdimatı təqdimat hərbi hissəyə daxil olan gün, yənixx.xx.2024-cü il tarixdə hərbi hissənin “Daxil olan sənədlərin qeydiyyatı Jurnalı”nda qeydiyyat edib və həmin dövrdə hərbi hissə komandiri olan polkovnik Şahid1 təqdim etmiş, Şahid1 tərəfindən təqdimata dərkənar qoyularaq qeyd olunan tarixdə icrası hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini - bölmə rəisi polkovnik-leytenant Şəxs tapşırılmışdır. Təqdimatı elə həmin gün icra üçün Şəxs təqdim etmiş, o da həm təqdimatın arxasına, həm də daxil olan sənədlərin qeydiyyatı kitabına imza etməklə təqdimatla həmin gün tanış olmuşdur. xx.xx.2024-cü il tarixli təqdimata Şəxs vaxtında cavab məktubu hazırlamamış, özü də təqdimatın icra vəziyyəti ilə maraqlanmamış, Şəxs təqdimatın vaxtında icra edilməsini xatırlatmamış və ya bu barədə hərbi hissə komandirinə məlumat verməmişdir. Şəxs özünün bu haqda komandirə bildirəcəyini düşünmüşdür. İşinin çoxluğundan xx.xx.2024-cü il tarixli təqdimatın icrasını nəzəratdə saxlaya bilməmiş, təqdimatın hərbi hissəyə daxil olması və onun icra vəziyyəti ilə bağlı istər hərbi hissə komandiri vəzifəsini icra edən polkovnik-leytenant Şahid2, istərsə də hərbi hissə komandiri polkovnik-leytenant Şahid4 məlumat verməmişdir. Şahid-Müdafiə Nazirliyinin N №-li hərbi hissə komandirinin sərəncamında olan polkovnik Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək xidməti zərurət ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi izahatını təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, Şahid1 izahatının ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai araşdırma zamanı verdiyi izahatına əsaslanmadığını nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və onun izahatının elan edilməsini, o cümlədən qərarın əsaslandırılması zamanı onun izahatına istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.3, 112.1.4 və 115-ci maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında izahatı elan olunaraq tədqiq olunmuş Şahid1 ibtidai araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək N nömrəli hərbi hissənin komandiri vəzifəsində xidmət etdiyi müddətdə gündəlik olaraq hərbi hissəyə daxil olan sənədləri hərbi hissənin kargüzarlığının məsul icraçısı gizir Şahid3 tərəfindən dərkənar üçün ona təqdim olunmuş, həmin sənədlərin üzərinə dərkənar qoyaraq icrasını xidmətlər üzrə aidiyyəti cavabdeh şəxslərə tapşırmışdır. Naxçıvan Hərbi Prokurorluğundan daxil olan təqdimatların icrasını, o cümlədən təqdimatın müzakirəsini təşkil etməyi, təqdimatdan irəli gələn tələblərin yerinə yetirilməsi üçün əmr layihəsini yazmağı və təqdimata cavab məktubunu hazırlamağı əksər hallarda hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini - bölmə rəisi polkovnikleytenant Şəxs tapşırırmış. Prokurorluqdan göndərilmiş xx.xx.2024-cü il tarixli təqdimatın icrası onun tərəfindən Şəxs tapşırılmış, lakin xx.xx.2024-cü il tarixdən X5 Komandanının müvafiq əmri ilə sərəncama götürülmüş, sərəncama götürülənədək təqdimatın vaxtında icra olunub-olunmaması barədə istər gizir Şahid3, istərsə də polkovnik-leytenant Şəxs tərəfindən ona məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında və ibtidai araşdırma dövründə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Naxçıvan Hərbi prokurorunun köməkçisi, kiçik ədliyyə müşaviri X4 tərəfindən Naxçıvan Hərbi prokuroruna ünvanlanmış xx.xx.2024-cü il tarixli təqririn və Naxçıvan Hərbi Prokuroru tərəfindən N №-li hərbi hissə komandirinə verilmiş xx.xx.2024-cü il tarixli təqdimatın surətindən görünür ki, Naxçıvan Hərbi Prokurorluğunun 2024-cü ilin ikinci yarımilliyinə dair iş planına əsasən, Naxçıvan Hərbi prokurorunun köməkçisi, kiçik ədliyyə müşaviri Natiq Rüstəmov tərəfindən 27 sentyabr 2024-cü il tarixdə N nömrəli hərbi hissədə 2024cü ilin birinci yarımilində cinayətlər, qanunazidd hərəkətlər və zədələnmələrlə bağlı məlumatların qeydə alınması, baxılması və müvafiq tədbirlər görülməsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl edilməsi vəziyyəti yoxlanılmış, yoxlama zamanı hərbi hissədə xidməti araşdırmaların aparılması zamanı Azərbaycan Respublikası Müdafiə nazirinin 24 dekabr 2022-ci il tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Ordusunda xidməti araşdırmaların, ilkin yoxlamanın və təhqiqatın aparılması qaydaları”nın tələblərinin bir neçə halda pozulduğu müəyyən edilmiş, aşkar edilmiş bu kimi pozuntulara yol vermiş şəxslərin intizam qaydasında cəzalandırılması, bu kimi pozuntuların gələcəkdə təkrarlanmaması məqsədilə Naxçıvan Hərbi prokuroru tərəfindən N №-li hərbi hissə komandirinə verilmiş xx.xx.2024-cü il tarixli təqdimat verilmişdir. N №-li hərbi hissənin “Daxil olan sənədlərin qeydiyyatı Jurnalı”ndan edilmiş çıxarışdan və xx.xx.2024-cü il tarixli, 3-3-250/2-333/2024 №-li təqdimatın üzərində aparılmış qeydiyyatlardan görünür ki, həmin təqdimat xx.xx.2024-cü il tarixdə N №-li hərbi hissəyə daxil olaraq, N qeydiyyat nömrəsi ilə qeydə alınmış, həmin tarixdə hərbi hissə komandiri polkovnik Şahid1 tərəfindən təqdimata baxılaraq onun icrası polkovnik-leytenant Şəxs həvalə edilmiş, elə həmin gün polkovnik-leytenant Şəxs həmin təqdimatla tanış olaraq, icra edilməsi üçün təqdimatı təhvil almışdır. N №-li hərbi hissənin “Göndərilən sənədlərin qeydiyyatı Jurnalı”ndan edilmiş çıxarışdan və N №-li hərbi hissə komandiri polkovnik-leytenant Şahid4 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3183 №-li məktubundan görünür ki, Naxçıvan Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 3-3- 250/2-333/2024 №-li təqdimatının icrası ilə bağlı həmin tarixdə Prokurorluğa cavab verilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 139 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə nazirinin müavini-X5 Komandanının xx.xx.2022-ci il tarixli, 034 №-li əmrinə əsasən mayor Şəxs həmin tarixdən N №-li hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini-bölmə rəisi vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli, 32 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini-bölmə rəisi, polkovnik-leytenant Şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “a” bəndinə (yuxarı vəzifəyə) müvafiq olaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat şöbəsinin psixoloqu-şöbə rəisinin baş köməkçisi vəzifəsinə təyin olunduğuna görə həmin tarixdən şəxsi heyətin siyahısından, əşya və pul təminatından çıxarılıb, xidmətini davam etmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədən görünür ki, polkovnik-leytenant Şəxs N №-li hərbi hissədə xidmət etdiyi dövr üçün hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. AZ-İ 552880 №-li nikah haqqında, AZ-İİİ 813349 və AZ-İİİ 170348 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, polkovnik-leytenant Şəxs rəsmi nikahda olmaqla, onun ailə üzvləri 1984-cü il təvəllüdlü arvadı İmanova (Muradova) Şəfəq Bilal qızından, 2011-ci il təvəllüdlü qızı-X2 və 2013-cü il təvəllüdlü oğlu- X1 ibarətdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş polkovnik-leytenant Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu polkovnik-leytenant Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, polkovnik-leytenant Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsində məhkəmənin xüsusi qərardadı (qərarı) və ya hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatı üzrə tədbirlər görülməməsinə görə-inzibati məsuliyyət müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsində məhkəmənin xüsusi qərardadına (qərarına) və ya hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına vəzifəli şəxs tərəfindən baxılmamasına, yaxud bunlarda göstərilmiş qanun pozuntularını aradan qaldırmaq üçün tədbirlər görülməməsinə, yaxud xüsusi qərardada (qərara) və ya təqdimata vaxtında cavab verilməməsinə görə-müvafiq inzibati tənbeh (cərimə) tədbirinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmənin xüsusi qərardadına (qərarına) və ya hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına vəzifəli şəxs tərəfindən baxılmadığı, yaxud bunlarda göstərilmiş qanun pozuntularını aradan qaldırmaq üçün tədbirlər görülmədiyi, yaxud xüsusi qərardada (qərara) və ya təqdimata vaxtında cavab verilmədiyi hallarda yaranır. Maddənin dispozisiyasından göründüyü kimi bu maddə alternativ tərkiblidir. Yəni dispozisiyada göstərilən hərəkətlərdən birinin törədilməsi inzibati məsuliyyətin yaranması üçün əsas olur. Məhkəmə hesab edir ki, hazırki işdə İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olub-olmamasını müəyyən etmək üçün ilk olaraq işin faktiki halları ilə normanın əlamətləri diqqətlə müqayisə edilməlidir. Məhkəmə işin faktiki halları ilə İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsinin tərkib əlamətlərini müqayisə edərkən qeyd etməyi zəruri hesab edir ki, bu prosesdə ilk olaraq fikir verilməli əsas məqamlar -hazırki iş üzrə N №-li hərbi hissə komandirinə təqdimat vermiş prokurorun həmin maddənin dispozisiyasında nəzərdə tutulan “səlahiyyətli orqanlar (vəzifəli şəxslər)” ifadəsinin təsir dairəsinə aid olub-olmaması; prokuror tərəfindən təhqiqat orqanının fəaliyyətində qanunların icrasına nəzarət çərçivəsində qəbul edilmiş təqdimatın İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsində nəzərdə tutulmuş mənada təqdimat olubolmamasıdır. Qeyd olunan sualların cavablandırılması üçün məhkəmə İnzibati Xətalar Məcəlləsinin strukturuna, 527-ci maddənin İnzibati Xətalar Məcəlləsində tutuğu yerə və həmin inzibati xətanın obyektinə nəzər salmağı zəruri hesab edir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin strukturuna nəzər saldıqda görərik ki, həmin məcəllənin 527-ci maddəsi qanunverici orqan tərəfindən məcəllənin idarəçilik qaydaları əleyhinə olan inzibati xətaları özündə əks etdirən 39-cu fəslində yerləşdirilmişdir və həmin inzibati xətanın obyektini ədalət mühakiməsinin həyata keçirilməsinə təminat verən münasibətlər təşkil edir. Bundan əlavə məhkəmə məsələ ilə əlaqədar olaraq inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aradan qaldırmaq haqqında təqdimatlarla bağlı normanı özündə əks etdirən İnzibati Xətalar Məcəlləsinin 119-cu maddəsinə də nəzər salmağı zəruri hesab edir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 119-cu maddəsində qeyd olunmuşdur ki, İnzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması üçün tədbirlər görmək haqqında təqdimat verir. Təqdimatın alındığı gündən bir ay ərzində həmin müəssisələr, idarələr, təşkilatlar, habelə vəzifəli şəxslər təqdimat vermiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) görülən tədbirlər haqqında məlumat verməyə borcludurlar. Maddənin məzmunundan da göründüyü kimi İnzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə inzibati xətanın törədilməsinə kömək edən səbəblərin və şəraitin aradan qaldırılması üçün tədbirlər görmək haqqında təqdimat vermək üçün ilk olaraq ədalət mühakiməsini həyata keçirilməli, həyata keçirilən inzibati xətalar haqqında iş üzrə icraatın nəticəsində inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməli və yalnız bundan sonra müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə müvafiq təqdimat verməlidir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 119-cu maddəsində nəzərdə tutulmuş mənada təqdimat həmin məcəllənin 40-cı maddəsində nəzərdə tutulmuş və İnzibati xətalar haqqında işlərə baxmağa, inzibati tənbeh tətbiq etməyə səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) tərəfindən həyata keçirilən ədalət mühakiməsinin məhsuludur. Bu mənada məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsinin dispozisiyasında tövsifedici tərkib əlaməti kimi nəzərdə tutulmuş səlahiyyətli orqan (vəzifəli şəxs) dedikdə, həmin məcəllənin 40-cı maddəsində nəzərdə tutulmuş və İnzibati xətalar haqqında işlərə baxmağa və inzibati tənbeh tətbiq etməyə səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərə: rayon (şəhər) məhkəmələri (maddə 40.0.1); yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan) (maddə 40.0.2); müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidentinin) yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar (maddə 40.0.3). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 №-li Fərmanının 4.7-ci bəndində göstərilmişdir ki, həmin Məcəllənin 40.0.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə, bu Fərmanın 5-ci hissəsində göstərilmiş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və digər müvafiq icra hakimiyyəti orqanları, habelə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; Həmin Fərmanın 4.51-ci bəndində isə göstərilmişdir ki, həmin Məcəllənin 40.0.3-cü maddəsində “qurum” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur. Qeyd edilən orqanlar inzibati xətalar haqqında işlər üzrə icraatı həyata keçirirlər. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsi ilə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar və işə baxılması nəticəsində müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə təqdimat vermək hüququ olan subyektlərin dairəsi dəqiq tənzimlənmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 21 və 27-ci maddələrinin bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair“ 23 fevral 2021-ci il tarixli qərarında isə qeyd olunmuşdur ki, prokuror inzibati xətalar haqqında işlər üzrə icraatda əsasən iki funksiyanı həyata keçirir. Bunlardan birincisi inzibati təqib, ikincisi isə prokuror nəzarətinin həyata keçirilməsidir. Göründüyü kimi prokuror inzibati xətalar haqqında işlər üzrə icraatada inzibati təqib, prokuror nəzarətini həyata keçirən orqan olsa da, o, İnzibati xətalar haqqında işlərə baxmağa və inzibati tənbeh tətbiq etməyə səlahiyyəti olan orqan deyildir. Bu baxımdan da məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə təhqiqat orqanının fəaliyyətində qanunların icrasına nəzarət funksiyası çərçivəsində prokuror tərəfindən verilmiş təqdimatı İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsində nəzərdə tutulmuş mənada təqdimatla eyniləşdirmək olmaz. Bu səbəbdən də, həmin təqdimat üzrə tədbirlər görülməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə məsuliyyət yarana bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə qanunun ruhundan irəli gəlməyən genişləndirici təfsirə yol verilməməlidir. Əlavə olaraq qeyd etmək zəruridir ki, İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsinin dispozisiyasında tövsifedici tərkib əlaməti kimi nəzərdə tutulmuş “səlahiyyətli orqan (vəzifəli şəxs)” ifadəsi həmin məcəllədə 54 yerdə (Məsələn: İXM-nin 16.4; 25.1; 29.2; 36.1; 43.3; 57.1; 60.1; 66.2; 72.2; 74.3; 77.3; 80.3; 82.2-1; 82.2-4; 82.2-5; 82.4; 82.8; 82- 1.3; 83.1; 84.1; 85; 91.0; 105.1; 106.0; 111.2; 114.4; 116.1; 119.1 və.s) işlədilmişdir ki, həmin maddələrə də nəzər saldıqda açıq aşkar şəkildə görünür ki, qanunverici həmin ifadədən bütün maddələrdə eyni mənada, yəni İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsində nəzərdə tutulmuş və İnzibati xətalar haqqında işlərə baxmağa və inzibati tənbeh tətbiq etməyə səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) mənasında istifadə etmişdir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində prokurorun bu Qanunda nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirərkən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə təqdimat vermək hüququnun olması qeyd olunsa da, məhkəmə hesab edir ki, prokurorun qanuni tələbinin yerinə yetirilməməsinə görə İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət müəyyən edən ayrıca norma yoxdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin digər maddələrində işlədilən "səlahiyyətli orqan (vəzifəli şəxs)" anlayışının prokuroru ehtiva etməməsi və prokurorun qanuni tələbinin yerinə yetirilməməsinə görə İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət müəyyən edən ayrıca normanın olmaması səbəbindən hazırki iş üzrə İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsində nəzərdə tutulmuş “səlahiyyətli orqan (vəzifəli şəxs)” ifadəsinin geniş şərh olunması qanunvericiliyin ümumi prinsiplərinə, o cümlədən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə ziddir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 54.2-ci maddəsinə əsasən normativ hüquqi aktda eyni terminlər bir mənada işlədilməli və vahid formaya malik olmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 56.0.2-ci maddəsinə əsasən normativ hüquqi aktın mətnində eyni mənada müxtəlif anlayışların (terminlərin) ifadə edilməsinə yol verilmir. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun yuxarıda qeyd olunan müddəaları, o cümlədən təfsirin metodologiyası məhkəmədən tələb edir ki, qanunda müxtəlif yerlərdə işlədilən eyni ifadəni eyni cür təfsir etsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, polkovnik-leytenant Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə inzibati xəta tərkibi olmadığından) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Abil Orucəliyev