Məhkəmə qərarları › İş №3-1(092)-184/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-184/2025

30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-184/2025 30.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim : Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi : Əhmədova Nərgiz Bağır qızının katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxxxx 2006-cı ildə Şərur rayonunun, Axaməd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN xxxxxxx), subay, orta təhsilli, əvvəllər inzibati xəta törətməmiş, Şərur rayonunun, Axaməd kəndində daimi qeydiyyatda olmaqla Naxçıvan N nömrəli hərbi hissənin yataqxanasında yaşayan, N nömrəli hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının 1ci manqasında qumbaraatan vəzifəsində xidmət edən Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: N nömrəli hərbi hissənin əsgəri Şəxs 14 dekabr 2025-ci il tarixdə yataqxanada tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində ona qarşı nalayiq ifadə işlədərək Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaltmış və ona qarşı zor tətbiq etmişdir.Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub H.S.Əsədzadənin ünvanına kobud nalayiq ifadə işlədərək onun şərəf və ləyaqətini alçaltmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Faktla bağlı əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün N nömrəli hərbi hissənin rəisi vəzifəsini müvəqqəti icra edən, polkovnik-leytenant Tacirəddin Abdinov tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, əsgər Şəxs ifadəsində, 14 dekabr 2025-ci il tarixdə saat təxminən 08:00 radələrində yataqxananın giriş hissəsində Zərərçəkmiş şəxs əlini yuyub-yumadığı barədə sual vermiş, çünki o mövqedə aşbazlıq etdiyini, əlini yumadan yemək hazırladığını gördüyü üçün dəqiqləşdirmək istəmişdir. Zərərçəkmiş şəxs isə ona uca səslə aqressiv cavab qaytardığını, onunla uca səslə danışmağa başladığını bildirmişdir. Zərərçəkmiş şəxs səsini aşağı salmasını, yüksək səslə danışmamağını, təxrisinə az müddət qaldığını söyləmişdir. Daha sonra aralarında mübahisə yaranmış, bir-birlərinə qarşı nalayiq ifadələr işlədərək zor tətbiq etmişlər. Şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs 14 dekabr 2025-ci il tarixdə saat təxminən 08:00 radələrində yataqxananın giriş hissəsində Şəxs ondan əlini yuyub-yumadığı barədə sual vermiş, bu sual da onun xoşuna gəlmədiyi üçün Şəxs aqresif cavab qaytarmışdır. Daha sonra aralarında mübahisə yaranmış və birbirlərinə qarşı nalayiq ifadə işlədərək itələşmişlər və zor tətbiq etmişlər. Şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını bildirdi. Əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsindən keçirilmiş, təqdim edilmiş 16 dekabr 2025-ci il tarixli, 730 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarət –boyunun ön səthinin qançırı-bərk küt əşyanın təsirindən xarakterik olduğu, şəxsin məhkəmə-tibbi müayinə zamanı göstərdiyi tarixdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs müsbət xarakterizə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – əsgər Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - əsgər Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində ona qarşı nalayiq ifadə işlədərək Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaltmış və ona qarşı zor tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr 2025-ci il tarixli vərəqəsindən görünür ki, hazırkı inzibati xəta haqqında işin predmeti olan hərəkətə görə əsgər Şəxs N nömrəli hərbi hissə bölük komandiri baş leytenant Hüseyn Bağırov tərəfindən 14 dekabr 2025-ci il tarixdə 364 nömrəli qərarla töhmət verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinin tələblərinə əsasən isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası Silahlı X1 43-cü bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər. Azərbaycan Respublikası Silahlı X1 58-ci bəndinə əsasən Alay (briqada) komandirinin əsgərləri, matrosları və çavuşları 7 sutkayadək həbs etmək hüququ vardır. İnzibati xəta haqqında işin materiallarının tədqiqi nəticəsində belə müəyyən olunur ki, əsgər Şəxs barəsində müvafiq hərbi hissə komandanlığı tərəfindən hərbi intizamın pozulması haqqında aparılmış icraat ona töhmətin verilməsi təyin edilməsi ilə nəticələnmişdir. Bu səbəbdən də məhkəmə, hesab edir ki, əsgər Şəxs müvafiq hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında töhmət verildiyindən onun “qanun və cinayətprosessual normalar əsasında” məhkum edilməsinin nəticəsi kimi qəbul etmək olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Avropa İnsan Hüquqları Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinə əsasən heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. “Non bis in idem- “Heç kəs eyni bir əmələ görə ikinci dəfə məsuliyyətə cəlb edilə bilməz” prinsipi Azərbaycan Respublikası konstitusiyasının 64-cü maddəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.2-ci maddəsində, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 34-cü maddəsində öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsində də qeyd olunmuşdur ki, “bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz”. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem (təkrar cəzalandırılmamaq) prinsipini ifadə edən konstitusiya normasının mənasına görə bir şəxs eyni əmələ görə təkrar olaraq məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz. Bu prinsip şəxsin eyni bir əməlinə görə təkrar cəzalandırılmasının qarşısını alan qayda kimi dar mənada təfsir olunmur, həm də eyni bir halın iki dəfə, həm əməlin tövsifi zamanı, həm də cəza (tənbeh) təyin edilməsi zamanı nəzərə alınmasını istisna edir və hər hansı bir hüquq xarakterli tədbirin əmələ hüquqi qiymət verilərkən təkrarən tətbiq olunmasına qadağa qoyur. Həmçinin qeyd etmək lazımdır ki, Avropa Məhkəməsinin “X3 Federasiyasına qarşı iş” üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, 7-ci protokolun 4-cü maddəsi eyni və ya əsasən eyni faktlardan doğan ikinci “pozuntu” üzrə istintaq aparmaq və ya məhkəmə keçirmək qadağandır (§§ 78-82). Avropa Məhkəməsi həmin qərarında qeyd edir ki, Avropa İnsan Hüquqları üzrə Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, onlar həm də iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmanın, təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur (“X2rşı” iş üzrə Avropa Məhkəməsinin 29 may 2001-ci il tarixli qərarı, paraqraf 29; “Ziqarella İtaliyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 3 dekabr 2002-ci il tarixli qərarı). Avropa Məhkəməsi vurğulayır ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi biri digərindən fərqlənən üç təminatı nəzərdə tutub ki, onlardan birinə əsasən - heç kəs eyni bir cinayətə görə təkrarən mühakiməyə cəlb edilə bilməz, ikincisinə görə təkrarən məhkum edilə bilməz və nəhayət üçüncüsünə görə - təkrərən cəzalandırıla bilməz (“Nikitin Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, 50178/99 nömrəli ərizə, paraqraf 36). Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs eyni bir hüquq pozuntusuna görə cəzalandırıldığını bilə-bilə, onu yenidən cəzalandırmaq olmaz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın qərarının olması inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs eyni fakt üzrə N nömrəli hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında töhmət verildiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən əsgər Şəxs barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məhkəmə xərci əsgər Zərərçəkmiş şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 43, 48-51, 53.1.7, 106, 109.2, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı:

1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.

2. İş üzrə məhkəmə xərci əsgər Zərərçəkmiş şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.

3. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar