Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(092)-188/2025 30.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Hüseynov Səxavət Səməd oğlu N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğu tərəfindən N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 11 dekabr 2025-ci il tarixli, 70 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər 30 dekabr 2025-ci il tarixdə təkrarən məhkəməyə daxil olmuşdur. Material öyrənilərkən müəyyən edilmişdir ki, xx xxx 2006-cı ildə Şərur rayonunun Zeyvə kəndində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı,(FİN xxxxxxx), orta təhsilli, subay, həmin ünvanda daimi qeydiyyatda olmaqla N №-li hərbi hissənin əsgər yataqxanasında yaşayan, 25 iyul 2025-ci il tarixdə SHXÇDX-in Şərur rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N №-li hərbi hissənin 1-ci artilleriya divizionunun, 3cü artilleriya batareyasının, atəş dəstək qrupunun radiotelefonçusu vəzifəsində xidmət edən əsgər Şəxs (SX № xxxxxxx) xx.xx.2025-ci il tarixdə, saat N radələrində hərbi hissənin sıra meydanında axşam yoxlanışının düzülüşü zamanı sırada danışdığından aralarında tabelik münasibətləri olmayan, həmin hərbi hissənin artilleriya divizionunun, 3-cü batareyasının, 1-ci taqımının, 1-ci topunun sürücüsü vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs ona sırada danışmamasını demiş, sonuncuya cavabında “sən kimsən ki, mənə irad tutursan, sən mənə irad tuta bilmərsən” sözlərini dediyinə görə aralarında yaranmış mübahisə zəminində əsgər H.Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs ünvanına kobud nalayiq ifadə işlədərək onun şərəf və ləyaqətini alçaltmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material natamam olduğuna görə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Müəyyən olunur ki, N nömrəli hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Hərbi Prokurorluğu tərəfindən qəbul edilmiş 11 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər ilk dəfə 11 dekabr 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, elə həmin gün işə baxan hakim (Səxavət Hüseynov) tərəfindən 11 dekabr 2025-ci il tarixli, 3-1(092-161/2025 nömrəli qərardad ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq təqdim edilmiş materialların natamam olması əsas gətirilərək, qeydə alınmış natamamlığın aradan qaldırılması üçün İnzibati Xətalara dair işin materialları Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmışdır. Lakin 30 dekabr 2025-ci il tarixdə məhkəmənin icraatına təkrarən daxil olmuş Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovniki Aqil Axundov tərəfindən qəbul edilmiş 11 dekabr 2025-ci il tarixli, 70 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər işin baxılmağa hazırlanması zamanı araşdırılarkən müəyyən olunmuşdur ki, həmin inzibati xəta haqqında iş materiallarının Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılmasına səbəb olan natamamlıqlar (məhkəmə iclasına çağırılmalı olan şəxslərin iştirakının məhkəmədə təmin edilməməsi) Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, 3-1(092-161/2025 nömrəli qərardadın açıq və aydın şəkildə göstərilməsinə baxmayaraq, bu natamamlıqlar Naxçıvan Hərbi Prokurorluğu tərəfindən aradan qaldırılmamışdır. N №-li hərbi hissənin xx.xx.2025-ci il tarixli, 93/2425 №-li məktubunda əsgər Şəxs xx.xx.2025-ci il tarixdə “funksional mədə bağırsaq pozğunluğu” diaqnozu ilə stasionar müalicəyə qəbul edildiyi, həkim psixiatrın müayinəsi zamanı xəstədə “dissosiativ reaksiya” xəstəliyi aşkar edildiyi, xx.xx.2025-ci il tarixdə yüksək ixtisaslı müayinə və müalicə məqsədi ilə onun MN BKH-na köçürüldüyü göstərilmişdir. N nömrəli hərbi hissə tərəfindən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə təqdim olunmuş 11 dekabr 2025-ci il tarixli,A-73 nömrəli arayışda N nömrəli hərbi hissənin əsgəri Şəxs 17 noyabr 2025-ci il tarixdə yüksək ixtisaslı müayinə və müalicə məqsədi ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərildiyi, hazırda onun müalicəsinin bitmədiyindən hərbi hissəyə qayıtmadığı göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 298-ci bəndinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə protokol daxil olduğu gün baxılmalı olduğundan məhkəmə iclası katibi (məsləhətçi) protokol tərtib etmiş orqanın əməkdaşlarının iştirakı ilə məhkəmə iclasına çağırılmalı olan şəxslərin həmin gün məhkəməyə gətirilmələrini təşkil etməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində olan inzibati xətalar haqqında işlərə baxılarkən malik olduğu hüquq və vəzifələr dəqiq və aydın şəkildə göstərilməsinə, o cümlədən hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsirləndirildiyi İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında- on gündən bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulmasına və bu səbəbdən də onun barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraatda iştirakının qanunvericiliyin tələblərinə əsasən məcburi olmasına baxmayaraq, Naxçıvan Hərbi Prokurorluğu tərəfindən 30 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilərkən və iş materialları baxılması üçün məhkəməyə təqdim edilərkən qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilməmişdir. Beləliklə də, məhkəmə qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər yuxarıda qeyd olunmuş çatışmamazlıqların aradan qaldırılması üçün həmin səlahiyyətli orqana-Naxçıvan Hərbi Prokurorluğuna təkrarən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində qəbul edilmiş hazırki qərardadı məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Bu səbəbdən də, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi mümkündür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş 11 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş materiallar natamam olduğundan onu tərtib etmiş orqana-Naxçıvan Hərbi Prokurorluğuna təkrarən geri qaytarılsın. Hakim Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №3-1(092)-188/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(092)-188/2025
30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver