Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-19/2024 29.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru XN, Vəkil: X2, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: MAHHXHQ əsgər Şəxs iştirakları ilə xx xxx N995-ci ildə Şahbuz rayonunun kəndşahbuz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, N il ərzində inzibati xəta törətməmiş, Şahbuz rayonunun kəndşahbuz kəndində daimi qeydiyyatda olan? N Ne-li hərbi hissənin kəşfiyyat bölüyünün N-ci kəşfiyyat taqımının sürücüsü vəzifəsində xidmət edən MAHHXHQ əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N2.N-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs (AZE 4777406) N N-li hərbi hissənin kəşfiyyat bölüyünün N-ci kəşfiyyat taqımının sürücüsü vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2023-cü ilin may ayının ortalarında, aat 22 radələrində kəşfiyyat bölüyünün yataqxanasının dəhlizində sırada güldüyü üçün həmin bölükdə xidmət edən aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs ğlunun sinəsindən hər iki əli ilə eyni vaxtda 2 yumruq zərbəsi vuraraq ona qarşı zor tətbiq edib qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bundan başqa, Şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2023-cü ilin iyun ayının ortalarında, saat NN radələrində gün növbətçisi olan zaman tumbuçkada dayanarkən, heç bir səbəb olmadan həmin bölükdə xidmət edən əsgər Zərərçəkmiş şəxs sifətindən N sillə zərbəsi vuraraq ona qarşı zor tətbiq etməklə arşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Beləliklə, N №-li hərbi hissədə xidmət edən MAHHXHQ əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6N2.N-ci maddəsində əzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs MAHHXHQ əsgər Şəxs ifadəsində əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədiyini göstərsə də, Zərərçəkmiş şəxs, şahidlər ŞahidN, Şahid2 izahatları və materiala əlavə edilmiş digər sənədlərlə onun törətdiyi inzibati əta tam təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MAHHXHQ əsgər Şəxs izahatında 2023-cü ilin ortalarında gün növbətçisi olarkən tumuçkada dayandığını, heç bir səbəb olmadan həmin bölükdə xidmət edən əsgər Zərərçəkmiş şəxs sifətindən zərbə ilə vuraraq ona zor tətbiq etdiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 2023-cü ilin may yının ortalarında saat 22 radələrində yat komandasından əvvəl şəxsi heyətin yataq geyimində bölüyün dəhlizində düzüldüyünü, həmin vaxt şəxsi heyətin nəyəsə güldüyünü, onun da güldüyünü, MAHHXHQ əsgər Şəxs yanına gəlib güldüyü üçün onun sinəsindən hər iki əli ilə eyni vaxtda bir dəfə yumruq zərbələri vurub gülməməsini dediyini, 2023-cü ilin iyun yının ortalarında gecə saat NN radələrində gün növbətçisi olan zaman gün növbətçisinin durduğu yerdə dayananda Şəxs sillə ilə onun sifətinin sol tərəfindən bir dəfə vurduğunu, onun həmin vaxt mülki formada içkili vəziyyətdə bölüyə gəldiyini, onun axşam yat komandasından sonra tez-tez içkili bölüyə gəldiyini, gələndə səs-küy etdiyini, telefonda mahnı səsləndirdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər ŞahidN ifadəsində tarixini xatıramadığı, lakin bir dəfə sırada düzülərkən şəxsi heyətin öz aralarında söhbət etdiyini, həmin vaxt MAHHXHQ əsgər Şəxs çıxıb şəxsi heyətə sakit olmalarını dediyini, bir az sonra kiminsə güldüyü üçün onun yenə çıxıb əsgər Zərərçəkmiş şəxs yanına gedib nəyə güldüyünü soruşduğunu, onun da sıranın qarşısında heç kəs olmadığını, ele-belə söhbət edib güldüyünü dediyini, Şəxs həmin vaxt hər iki əli ilə Zərərçəkmiş şəxs sinəsindən bir dəfə yumruq zərbəsi vurduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində 2023-cü ilin may ayının ortalarında, saat 22 radələrində MAHHXHQ əsgər Şəxs güldüyü üçün əsgər Zərərçəkmiş şəxs yumruqla vurduğunu. 2023-cü ilin iyun ayının ortalarında Şəxs içəriyə girib tumbuçkada dayanan Zərərçəkmiş şəxs sifətindən bır sillə zərbəsi vurduğunu göstərmişdir. İş materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən əsgər Şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən təqdim edilmiş arayışda hərbi hissənin əsgər Zərərçəkmiş şəxs ilə MAHHXHQ əsgər Şəxs aralarında tabelik münasibətlərinin olmadığı müəyyən edilmişdir.. İş materialına əlavə edilmiş 2N6 №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Şəxs mənfi xarakterizə edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, MAHHXHQ əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N2.N-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N2.N-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N2.N-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən MAHHXHQ əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən MAHHXHQ əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.N-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin N6.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.N-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.N-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən MAHHXHQ əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N2.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N56.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 6N0-6N8-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.N-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, MAHHXHQ əsgər X1 Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-5N, NN4-NN5, NN7, N28-N30-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: N. MAHHXHQ əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N2.N-ci maddəsi ilə təqsirli bilinib, barəsində N0 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası MAHHXHQ əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın
3. İnzibati həbs müddəti MAHHXHQ əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.
4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.
5. MAHHXHQ Əsgər X1 Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan N0 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov