Məhkəmə qərarları › İş №3-1(092)-19/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-19/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-19/2025 12.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru XN Zərərçəkmiş hüquqi şəxsin vəkalətli nümayəndəsi: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi, kapitan Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, XN iştirakları ilə xx xxxxxxx N996-cı il tarixdə Masallı rayonunun Böyük Xocavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali hərbi təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Masallı rayonunun Böyük Xocavar kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin 4-cü təlim taborunun NN-ci bölüyünün N-ci taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N4.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Naxçıvan Hərbi Prokurorluğunun NN fevral NN5-ci il tarixli, 3-3-N50/N-005N7N/NN5 nömrəli məktubu ilə baş leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N4.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair NN fevral NN5-ci il tarixli, 3N0 №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan NN fevral NN5-ci il tarixli, 3N0 №-li inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, baş leytenant Şəxs (FİN xxxxxxx) Naxçıvan şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissənin 4-cü təlim taborunun NN-ci bölüyünün N-ci taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edərkən, 04 iyun NN3-cü ildən NN dekabr NN4-cü ilədək NN-ci təlim bölüyünün komandiri vəzifələrini icra etmiş, qeyd edilən dövrdə bölüyün silah-sursat, əşya, hərbi əmlak və sair varlıqları ona təhkim olunmuşdur. Baş leytenant Şəxs bölük komandiri vəzifələrini icra edərkən NN4-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərə NN4-cü ilin təxminən noyabr ayının sonlarında Naxçıvan şəhəri ərazisində yerləşən təlim mərkəzində dərs keçdikdən sonra yataqxanaya gələrkən ona təhkim edilmiş, hərbi əmlak hesab edilən 4N manat 60 qəpik dəyərində “7x4N BDS-NNN” markalı binoklun okulyarlarının rezin gözlüklərini saxlanması qaydalarını pozmaqla itirmişdir. Bundan başqa, baş leytenant Şəxs həmin vəzifədə xidmət edərkən NN4-cü ilin təxminən noyabr ayının sonlarında tabeliyində xidmət edən müddətli hərbi qulluqçulara Naxçıvan şəhərində yerləşən təlim mərkəzində “Patronları darağa doldurmaq” qaydaları ilə bağlı dərs keçdikdən sonra saat N4 radələrində dərs bitdikdən sonra patronları sayıb tamlığını yoxlamamış, onun hərbi əmlakın saxlanması qaydalarını pozması nəticəsində N ədədinin qiyməti 0,64 qəpik olmaqla , ümumilikdə N manat 56 qəpik dəyərində 4 ədəd 7,6N mm-lik təlim tüfəng patronlarını itirmişdir. Faktla bağlı NN yanvar NN5-ci il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnikleytenantı X6 tərəfindən Azərbaycan Respublikası İXM-in 54, 99 və N0N-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edilmiş, inzibati araşdırma nəticəsində baş leytenant Şəxs əməllərində İnzibati Xətalar Məcəlləsinin 6N4.N-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğundan onun barəsində NN fevral NN5-ci il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı X6 tərəfindən 3N0 №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs baş leytenant Şəxs verdiyi izahatında xx.xx.NN3-cü il tarixdən N nömrəli hərbi hissədə 4-cü təlim taborunun NN-ci təlim bölüyünün N-ci taqımının komandiri vəzifəsində xidmət etməklə bölük komandirinin vəzifələrini icra etdiyini, NN-ci təlim bölük komandirinin vəzifələrini icra edən zaman bölükdə olan əşya, əmlak, silah və sursata cavabdehlik daşıdığını, xx.xx.NN4-cü il tarixdən N nömrəli hərbi hissənin maneələğvetmə bölüyünün komandiri vəzifəsinə təyin edildiyini, həmin tarixdə 4-cü təlim taborunun NN-ci təlim bölüyünün hərbi əmlak, silah-sursat və digər əmlaklarını N nömrəli hərbi hissənin 4-cü təlim tabor komandirinin, maddi-texniki təminat üzrə müavini, kapitan ŞahidN təhvil verdiyini, təhvil-qəbul zamanı bəzi çatışmazlıqlar və nöqsanlar olduğunu, həmin vaxt “7x4N BDS-NNN” markalı binoklun okulyarlarının rezin gözlüklərinin və 4 ədəd 7,6N mmlik təlim tüfəng patronlarının çatışmazlığı aşkar olunduğunu, “7x4N BDS-NNN” binoklun gözlüyünün rezinləri və təlim tüfəng patronları NN4-cü ilin oktyabr ayında xidmətə gələn gənc əsgərlərə NN4-cü ilin noyabr ayının sonlarında ümumqoşun hazırlığı dərslərinin keçirilməsi zamanı qeyd edilən hərbi əmlakların saxlanması qaydalarını pozmaqla itirdiyini, çatışmayan digər əmlakların sınıq və çatışmazlıqları bərpa olunduğunu, lakin binoklun gözlükləri və 4 ədəd təlim patronu itdiyinə görə tapa bilmədiyini, “7x4N BDS-NNN” markalı binoklun okulyarlarının rezin gözlüklərini NN4-cü ilin noyabr ayının sonlarında təlim mərkəzində dərs keçib saat N4 radələrində yataqxanaya qayıdarkən itirdiyini, 4 ədəd təlim tüfəng patronunu isə NN4-cü ilin noyabr ayının sonlarında şəxsi heyətə dərs keçərkən təlim mərkəzində itirdiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin (500 №-li hərbi hissənin) nümayəndəsi qismində dindirilmiş kapitan Nümayəndə verdiyi izahatında baş leytenant Şəxs xidmət dövründə görüb tanıdığını, o, taborun NN-ci təlim bölüyünün N-ci taqımının komandiri vəzifəsində xidmət etməklə bölük komandirinin vəzifəsini icra etdiyini, N3 dekabr NN4-cü il tarixdə Şəxs xidmət yeri dəyişildiyini, buna görə bölüyün silah-sursatını, əşya əmlakını və sair varlıqlarını kapitan ŞahidN təhvil verdiyini, həmin vaxt silah-sursat və hərbi əmlak sayılıb yoxlanıldığını, müəyyən çatışmazlıqlar aşkar edildiyini, invertar əmlak üzrə olan çatışmazlıqlar aradan qaldırıldığını, lakin hərbi əmlak hesab edilən “7x4N BDS- NNN” markalı binoklun rezin gözlüklərini Şəxs NN4-cü ilin noyabr ayının sonlarında gənc əsgərləri Naxçıvan şəhərində yerləşən təlim mərkəzində taktiki hazırlıqdan dərs keçib yataqxanaya gələndə itirdiyini, 4 (dörd) ədəd 7.6N mm-lik təlim tüfəng patronlarını isə NN4-cü ilin noyabr ayının sonlarında şəxsi heyətə ümumqoşun və ya atəş-hazırlığından əvvəl onlara patronların darağa doldurulmasını öyrədərkən həmin patronları itirdiyini, itirilmiş hərbi əmlak Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq qərarına əsasən itmiş patronların ümumi məbləğinin N0 mislinə, hərbi əmlak hesab edilən “7x4N BDS- NNN” markalı binoklun rezinlərinin qiyməti olan 4N manat 60 qəpiyi isə 3 mislinə vurub ümumi onun aylıq əmək haqqından N53 manat 40 qəpik tutulma olunması ilə bağlı hərbi hissə komandiri əmr verdiyini, həmin məbləğ Şəxs əmək haqqından tutulmaqla hərbi hissəyə vurulmuş ziyan ödənildiyini, vurulan ziyanı ödədiyinə görə hərbi hissənin baş leytenant Şəxs hər hansı şikayəti, mülki iddiası və tələbi olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş kapitan ŞahidN verdiyi izahatında xx.xx.NN4-cü il tarixdən N nömrəli hərbi hissənin 4-cü təlim tabor komandirinin madditexniki təminat üzrə köməkçisi vəzifəsində xidmət etdiyini, xx.xx.NN4-cü il tarixdə 4-cü təlim taborunun NN-ci təlim bölüyünün komandiri vəzifələrini icra edən, baş leytenant Şəxs təhkim edilmiş silah-sursatı, hərbi əmlakı və sair əmlakları xidmət yeri dəyişildiyinə görə ona təhvil verdiyini, qeyd edilən vaxt çatışmazlıqlar və bəzi əşyalarda sınıqlar olduğunu, əmlaklarda olan çatışmazlıq aradan qaldırıldığını, həmin vaxt baş leytenant Şəxs hərbi əmlakı saxlama qaydalarını pozması nəticəsində N ədəd “7x4N BDS-NNN” markalı binoklun rezin gözlüklərinin və 4 ədəd 7,6N mm-lik təlim tüfəng patronların itirildiyi aşkar edildiyini göstərmişdir. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş polkovnik-leytenant ŞahidN və əsgər Şahid3 Rəfael oğlu məhkəmə iclasına gəlməmiş, onların Naxçıvan Hərbi Prokurorluğuna vermiş olduqları izahatları məhkəmə iclasında elan olunaraq tədqiq edildi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin izahatları və məhkəmə iclasında iştirak etməyən şahidlərin elan olunaraq tədqiq edilmiş izahatları ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş vəkalətnamə ilə baş leytenant Şəxs tərəfindən ona təhkim olunmuş hərbi əmlakın saxlanması qaydalarını pozmaqla 7x4N BDS-NNN markalı binoklun okulyarlarının rezin gözlüklərini və 4 ədəd 7,6N mm-lik təlim tüfəng patronlarını itirməsinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraatda hərbi hissənin mənafelərini müdafiə etmək üçün həbi hissənin 4-cü təlim tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini, kapitan Nümayəndə vəkalətli nümayəndə qismində təyin edilmişdir. Materiala əlavə edilmiş N nömrəli hərbi hissənin Maddi-texniki təminat bölməsinin Raket-artilleriya silahları xidmətinin rəisi tərəfindən verilmiş arayış-hesabatda 7,6N mm-lik təlim tüfəng patronlarının dövlət qiymətinin 64 (altmış dörd) qəpik, 4 ədədinin qiymətinin N (iki) manat 56 (əlli altı) qəpik olduğu, 7x4N BDS NNN markalı binoklun okulyarlarının rezin gözlüklərinin dövlət qiymətinin 4N (qırx iki) manat, 60 (altmış) qəpik olduğu, ümumi itirilən hərbi əmlakların qiymətinin cəmi 45 (qırx beş) manat, N6 (on altı) qəpik olduğu göstərilmişdir. Materiala əlavə edilmiş müvafiq arayışdan görünür ki, NN3-cü ilin iyun ayının 4-də leytenant X3 4-cü təlim taborunun NN-ci bölüyünün əşya və ya əmlakını baş leytenant Şəxs təhvil vermiş, bölüyün əşya-əmlakında, çatışmazlıq və zədələnmə olmadığından təhvil-qəbul aktı tərtib olunmamışdır. N nömrəli hərbi hissədən verilmiş NN dekabr NN4-cü il tarixli təhvil-qəbul aktından görünür ki, 7,6N mm-lik 4 ədəd təlim patronu və N ədəd 7x4N BDS NNN markalı binoklun okulyarlarının rezin gözlükləri, N ədəd MUV 3 universal mina partlayıcısının vutulkası, N ədəd zirehli dəbilqənin üzlüyü, N3 ədəd zirehli dəbilqənin kəmərləri yoxdur. Hərbi hissədən təqdim edilən N4 yanvar NN5-ci il tarixli aktda N ədəd MUV 3 universal mina partlayıcı vutulkasının, N ədəd zirehli dəbilqənin üzlüyünün, N3 ədəd zirehli dəbilqənin kəmərlərinin tapılaraq yerinə qoyulduğu, digər invertar əmlaklar üzrə aşkar edilən çatışmazlıqların isə bərpa edildiyi göstərilmişdir. N nömrəli hərbi hissə komandirinin N9 dekabr NN4-cü il tarixli N4N nömrəli əmrində 4 ədəd 7,6N mm-lik təlim patronu və N ədəd “7x4N BDS NNN” markalı binoklun okulyarlarının rezinlərini itirməsi səbəbindən baş leytenant Şəxs aylıq pul təminatından Azərbaycan Respublikası Müdafiə Nazirinin N5 mart N00-ci il tarixli 96 nömrəli əmrinə əsasən N53 manat 40 qəpik məbləğində pulun müvafiq qaydada tutulması qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin 0N sentyabr NNN-ci il tarixli, N55 nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytenant Şəxs hərbi hissənin 4-cü təlim taborunun NN-ci təlim bölüyünün taqım komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə baş leytenant Şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş baş leytenant Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu baş leytenant Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, baş leytenant Şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N4.N-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N4.N-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində baş leytenant Şəxs öz xidməti vəzifələrinin icrasına səhlənkarcasına yanaşması səbəbindən cəmi N53 manat 40 qəpik olan hərbi əmlakın itməsi ilə nəticələnən əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6N4.N-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin N5 noyabr NN6-cı il tarixli N3 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində atıcı silahların uçotu, saxlanılması və verilməsinin təşkili üzrə Təlimat”ın NN.NN-ci maddəsinə əsasən cari texniki qulluq silahın təhkim olunduğu şəxsi heyət tərəfindən taqım komandirinin (taqım komandirinin müavininin, post başçısının) rəhbərliyi və nəzarəti altında silah və texnikaya qulluq saatlarında və park günlərində göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N4.N-ci maddəsinə əsasən hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla itirilməsinə görə - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. X4 Məcəlləsinin 6N4-cü maddəsinin Qeyd hissəsinin N-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 6N4.N-ci maddəsində nəzərdə tutulmuş əməl mühüm zərər vurduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin NN-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin N6.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 9.N-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N6.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin N6.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin NN4.N.N-ci maddəsinə əsasən bu Məcəllənin N6.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N.N-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinin müddəalarına müvafiq olaraq baş leytenant Şəxs əməlindən səmimi peşman olmasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq baş leytenant Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, baş leytenant Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N6.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N4.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, baş leytenant Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin NN5.N-ci maddəsinin tələbləri baxımından törədilmiş inzibati xəta nəticəsində zərərçəkmiş hüquqi şəxsə (Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə) vurulmuş maddi zərər N nömrəli hərbi hissə komandirinin N9 dekabr NN4-cü il tarixli N4N nömrəli əmrində 4 ədəd 7,6N mm-lik təlim patronu və N ədəd “7x4N BDS NNN” markalı binoklun okulyarlarının rezinlərini itirməsi səbəbindən baş leytenant Şəxs aylıq pul təminatından Azərbaycan Respublikası Müdafiə Nazirinin N5 mart N00-ci il tarixli 96 nömrəli əmrinə əsasən N53 manat 40 qəpik məbləğində pulun müvafiq qaydada tutulması qeyd edilmişdir. Belə ki, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”nin N-ci bəndində qeyd olunmuşdur ki, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə, əmrlərlə və digər aktlarla nəzərdə tutulan vəzifə borclarını yerinə yetirərkən dövlətə vurduqları ziyana görə təqsirli olduqda bu Əsasnaməyə uyğun olaraq maddi məsuliyyət daşıyırlar. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən dövlətə vurulmuş ziyan onların həmin ziyana səbəb olmuş hərəkətlərinə (hərəkətsizliyinə) görə intizam, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb olunub-olunmamasından asılı olmayaraq ödənilir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N6, 40, 43, 48, NN4-NN5, NN7, NN8-N30-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6N4.N-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin.

2. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N6.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, barəsində başlanılmış hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin.

3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan N0 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar