Məhkəmə qərarları › İş №3-1(092)-2/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-2/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-2/2025 07.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X2, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər “Asan” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 2006-cı il tarixdə Şərur rayonunun Yuxarı Daşarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, tam orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Yuxarı Daşarx kəndində qeydiyyatda olan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 1-ci minaatan batareyasının 2-ci taqımının 2-ci manqasında heyət nəfəri vəzifəsində, əsgər rütbəsində xidmət edən (hərbi bilet SX № 0751907) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 07 yanvar 2025-ci il tarixli, 3-3-250/2-000360/2025 №-li məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1ci maddəsi ilə təqsirləndirilməsinə dair 07 yanvar 2025-ci il tarixli, 3-3-250/3-000168/2025 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 07 yanvar 2025-cü il tarixli, 3-3-250/3-000168/2025 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs Şahbuz rayonu ərazisində yerləşən N nömrəli hərbi hissənin 1-ci minaatan batareyasının 2-ci taqımının 2-ci manqasında heyət nəfəri vəzifəsində, əsgər rütbəsində xidmət edərkən 04 dekabr 2024-cü il tarixdə, səhər saat 06:30 radələrində onunla eyni batareyada xidmət edən, aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs ayağındakı çəkmələri haradan aldığını soruşmuş, Zərərçəkmiş şəxs ona kobud cavab verib oradan uzaqlaşmasını dediyinə görə aralarında yaranmış mübahisə zamanı əsgər Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular birbirlərinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq söz deyib onun şərəf və ləyaqətini alçaltmaqla, əlinin içi ilə alnından itələyib sonra başı ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə bir zərbə vurub zor tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Faktla bağlı N №-li hərbi hissə tərəfindən araşdırma aparılaraq, toplanmış xidməti araşdırma materialları hüquqi qiymət verilməsi üçün Naxçıvan Hərbi Prokurorluğuna göndərilmiş, əsgər Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 07 yanvar 2025-ci il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 04 dekabr 2024-cü il tarixdə, saat 06:30 radələrində şəxsi gigiyena vaxtı əsgər Zərərçəkmiş şəxs stulun üzərində oturub çəkmələrini geyinmiş, onun çəkmələri xoşuna gəldiyinə görə haradan aldığını soruşmuşdur. Əsgər Zərərçəkmiş şəxs ona “sənin nəyinə lazımdır kim verib, burdan uzaqlaş” demişdir. Onun kobud cavab verməsinə əsəbiləşib “sizin axır vaxtlar yaman arxanız şişib” demiş, Zərərçəkmiş şəxs da ona “buradan uzaqlaş məni zibilə salma” demişdir. Həmin sözü deməsinə görə acıqlanıb Zərərçəkmiş şəxs alnından geriyə doğru itələmiş, əsgər Zərərçəkmiş şəxs da ayağa qalxıb hər iki əli ilə onu sinəsindən geri itələmişdir. Sonra Zərərçəkmiş şəxs çölə dəvət edib onunla məsələyə aydınlıq gətirmək istəmiş, lakin Zərərçəkmiş şəxs onunla çölə gəlməmişdir. Geri qayıdıb yataqxanadan əlcəklərini götürüb çölə çıxanda əsgər Zərərçəkmiş şəxs nalayiq söz demiş, əsgər Zərərçəkmiş şəxs da “mərdiməzarçılıq” etmə deyib ona nalayiq söz deyərək mübahisə etmişdir. Həmin vaxt başı ilə Zərərçəkmiş şəxs burnuna bir zərbə vurmuş, Zərərçəkmiş şəxs da yumruqla onun sağ göz nahiyəsinə bir zərbə vurmuşdur. Onların bir-birini vurmalarını kimsə görməmiş, sonra Zərərçəkmiş şəxs yumruqla onu vurduğuna görə onun sağ göz nahiyəsində xəsarət izi yaranmışdır. Həmçinin əsgər Şəxs izahatında əsgər yoldaşına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra onların bir-birindən qarşılıqlı şəkildə üzr istəyərək barışdıqlarını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, 04 dekabr 2024-cü il tarixdə, saat 06:30 radələrində yataqxanada çəkmələrini geyinən zaman əsgər Şəxs onun yanına gəlmiş, ondan çəkmələrini kimdən aldığını soruşmuşdur. Şəxs cavab olaraq “sənin nəyinə lazımdır kim verib, burdan uzaqlaş” demişdir. Əsgər Şəxs isə ona “sizin son vaxtlar arxanız şişib” demiş, Şəxs həmin sözünə cavab olaraq onunla mübahisə etməmək üçün “tərxis olacağam, mənə problem yaratma” demişdir. Mübahisə zamanı Şəxs onun alnından itələmiş, cavab olaraq o, da Şəxs sinəsindən itələmişdir. Şəxs onu çölə dəvət etsə də, getməmiş, sonra Şəxs geri qayıtdıqdan sonra onun ünvanına nalayiq söz demişdir. Bundan sonra aralarında mübahisə daha da qızışmış, mübahisə zamanı Şəxs nalayiq söz demiş, həmin sözü dediyinə görə Şəxs başı ilə onun burun nahiyəsinə bir zərbə vurmuş, cavab olaraq o, da yumruqla Şəxs sağ göz nahiyəsinə bir zərbə vurmuşdur. Onların birbirini vurmasını kimsə görməmiş, sonra Şəxs yumruqla vurduğuna görə onun sağ göz nahiyəsində xəsarət izi yaranmışdır. Həmçinin əsgər Zərərçəkmiş şəxs izahatında əsgər yoldaşına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra onların bir-birindən qarşılıqlı şəkildə üzr istəyərək barışdıqlarını, özünün Şəxs bağışlamaqla, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid verdiyi izahatında göstərmişdir ki, o, əsgər Şəxsla əsgər Zərərçəkmiş şəxs bir-birlərinə zor tətbiq etmələrinin birbaşa şahidi olmamışdır. Sadəcə olaraq 06 dekabr 2024-cü ildə, saat 5 radələrində batareya komandiri, baş leytenant Hüseyn Hüzeynzadə əsgər Şəxs sağ göz nahiyəsində xəsarət izinin olduğunu görmüş, ondan həmin xəsarətin necə yaranmasını soruşmuşdur. Əsgər Şəxs əvvəl gözündə olan xəsarətin çarpayıya dəyərək yarandığını desə də, sonradan əsgər Zərərçəkmiş şəxs yumruqla vurub ona xəsarət yetirdiyini demişdir. Həmçinin Zərərçəkmiş şəxs da aralarında olan mübahisə zamanı yumruqla əsgər Şəxs vurduğunu etiraf etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidin izahatını, müvafiq ekspert müayinə aktını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N №-li hərbi hissə komandirinin N oktyabr 2024-cü il tarixli, 294 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, həmin tarixdən əsgər Zərərçəkmiş şəxs hərbi hissənin 1-ci minaatan batareyasının 1-ci minaatan taqımının 2-ci manqasında heyət nəfəri vəzifəsinə, əsgər Şəxs isə 1-ci minaatan batareyasının 2-ci minaatan taqımının 2-ci manqasında heyət nəfəri vəzifəsinə təyin edilmişlər. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, 1665 №-li arayışdan görünür ki, əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. X3 “Məhkəmə-Tibbi Ekspertizası”nın xx.xx.2024-cü il tarixli, 651 №-li ekspert müayinə aktından belə müəyyən olunur ki, əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsindən keçirilmiş, ekspert müayinə aktında onun bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı xəsarət və xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. N №li hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, əsgər Şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi və nalayiq ifadə işlətməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə- on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq əsgər Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı şikayət və tələbinin olmamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o, inzibati məsuliyyətdən azad edilməli və əsgər Şəxs törətdiyi əmələ görə onun intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin.

2. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, barəsində başlanılmış hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına həvalə edilsin.

3. Qərar qanuni qüvvəyə mindikdən sonra inzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına göndərilsin.

4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar