Məhkəmə qərarları › İş №3-1(092)-20/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-20/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-20/2024 08.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X1, Vəkil: X2, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxxxxx 2004-cü ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Göyçay şəhəri, Heydər Əliyev prospekti ev 34-də daimi qeydiyyatda olan, N №-li hərbi hissənin 5-ci motoatıcı tabor, minaatan batareyası, 2-ci taqım, 1-ci manqasında heyət nəfəri vəzifəsində xidmət edən əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs (SX № 0715510) N №-li hərbi hissənin 5-ci motoatıcı tabor, minaatan batareyası, 2-ci taqım, 1-ci manqasında heyət nəfəri vəzifəsində xidmətdə olarkən, 22 dekabr 2023-cü il tarixdə, saat 17:30 radələrində hərbi hissənin şərti olaraq “Böyük soyuq” adlandırılan mövqeyində yataqxananın arxasında tabelik münasibətlərində olmayan, həmin taborun 17-ci bölük 3-cü taqım 1-ci manqasında tuşlayıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə birlikdə siqaret çəkərkən sonuncuya acıqlı baxması səbəbindən aralarında yaranmış mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs sol göz nahiyəsinə əli ilə bir yumruq zərbəsi vuraraq ona “qançırla müşayiət olunan sol almacıq nahiyəsinin yumşaq toxumalarının əziyi” diaqnozlu, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Beləliklə, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində əzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 22 dekabr 2023-cü il tarixdə, saat 17:30 radələrində xidmət etdiyi “Böyük Soyuq” mövqeyində yataqxananın arxasına siqaret çəkmək üçün təyin edilmiş yerə getdiyini, əsgər Elnur İsmayılov da orada olduğunu, Zərərçəkmiş şəxs həmin zaman ondan nə üçün ona iki-üç gündür acıqlı baxmasını soruşduqda ona “yaxşı edirəm o, nə deməkdir” cavabını verdiyini, Zərərçəkmiş şəxs onun sinəsindən əli ilə geriyə doğru itələdiyini, bu zaman sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs gözünü tutduğunu, bu barədə heç kimə məruzə etmədiyini, yataqxanada olarkən tabor komandiri polkovnik-leytenant Xəyal Pənahov onu çağırdığını, komandirə Zərərçəkmiş şəxs vurduğunu etiraf etdiyini, əvvəllər Zərərçəkmiş şəxsla aralarında dava-dalaş olmadığını, mübahisə edərkən yanlarında heç kimin olmadığını göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 22 dekabr 2023-cü il tarixdə, saat 17:30 radələrində xidmət etdiyi “Böyük Soyuq” mövqeyində yataqxananın arxasında siqaret çəkərkən əsgər Şəxs də siqaret çəkmək üçün oraya gəldiyini, həmin zaman Şəxs ona nə üçün acıqlı baxmasını soruşduğunu, T.Mustafeyev cavabında “yaxşı edirəm” deyərək ona tərəf gəldiyindən özündən uzaqlaşdırmaq üçün onu sinəsindən əli ilə geriyə doğru itələdiyini, həmin zaman Şəxs sol göz nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, sonra yerdən qar götürüb gözünə qoyduğunu, təxminən 10-15 dəqiqə sonra yataqxanaya getdiyini, MAHHXHQ əsgər Səməd Məmmədli onu görüb gözünə nə olduğunu soruşduğunu, ona Şəxs gözündən yumruqla vurmasını etiraf etdiyini, S.Məmmədli onun barəsində manqa komandiri MAHHXHQ kiçik çavuş Şahid onunda bu barədə tabor komandiri, polkovnik-leytenant Xəyal Pənahova məruzə etdiyini göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən şahid MAHHXHQ kiçik çavuş Şahid vermiş olduğu izahatı elan olunaraq tədqiq edildi, O, izahatında, 22 dekabr 2023-cü il tarixdə, təxminən saat 18 radələrində naryada gedən əsgərlərin təlimatını keçib qurtaran zaman MAHHXHQ əsgər Səməd Məmmədlinin ona yaxınlaşaraq əsgər Şəxs komandiri olduğu manqada xidmət edən əsgər Zərərçəkmiş şəxs vurmasını və sol gözündən xəsarət aldığını bildirdiyini, bundan sonra Zərərçəkmiş şəxs yanına çağırıb ondan nə olmasını soruşduğunu, o, taborun minaatan batereyasında xidmət edən əsgər Şəxslə aralarında sözlü mübahisə yarandığını və Şəxs onun sol göz nahiyəsinə bir yumruq vurduğunu, sonra, E.İsmaylovu tabor komandiri, polkovnik-leytenant Xəyal Pənahovun yanına aparıb bu barədə məruzə etdiyini, Şəxs də yanına çağırıb baş vermiş hadisəni soruşmuş, o, hadisənin necə baş verdiyini danışıb Zərərçəkmiş şəxs yumruqla vurduğunu etiraf etdiyini göstərmişdir. İş materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən alınan rəyində Zərərçəkmiş şəxs almış olduğu qançırla müşayiət olunan sol almacıq nahiyəsinin yumşaq toxumaların əziyi xəsarətinin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna edilmədiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən təqdim edilmiş N №-li arayışda hərbi hissənin əsgərləri Şəxs ilə zərərçəkmiş şəxs X3 arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs və X3 mənfi xarakterizə edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38 -ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən MAHHXHQ əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın

3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.

5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar