Məhkəmə qərarları › İş №3-1(092)-20/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-20/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-20/2025 14.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə baş leytenantı Vilayət Seyidovun Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1996-cı ildə Ağstafa rayonu, Salovlu kəndində doğulmuş, evli, ali hərbi təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, hazırda məhkumluğu olan, Biləsuvar rayonu, Əliabad kəndində daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci tabor 4-cü bölük 3-cü taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində, şərti olaraq “Hava bürosu” adlanan döyüş mövqeyinin başçısı kimi xidmət edən baş leytenant Şəxs (MN No *******) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, baş leytenant Quluyev X2 Nazirliyinin N Nö-li hərbi hissəsinin 2-ci tabor 4-cü bölük 3-cü taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində, şərti olaraq “Hava bürosu” adlanan döyüş mövqeyinin başçısı kimi xidmət edərkən 2024-cü ilin sentyabr ayının sonlarında saat 14 radələrində Şahbuz rayonunun Biçənək kəndi ərazisində yerləşən, şərti olaraq “Hava bürosu” adlanan döyüş mövqeyində, həmin taqımda atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 çörək yığılan qabın qapağını çörək maşınında unutduğuna görə onun ünvanına nalayiq ifadə işlədərək hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Həmçinin, baş leytenant Şəxs həmin vəzifədə xidmət edərkən 2024-cü ilin oktyabr ayının əvvəllərində, saat 23 radələrində “Hava bürosu” adlanan döyüş mövqeyində, həmin taqımda baş atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs2 silah vermə kitabına onun adını yazmamış, bu səbəbdən yataqxanada Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadə işlədərək hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Göstərilənlərdən başqa, baş leytenant Şəxs həmin vəzifədə xidmət edərkən 14 oktyabr 2024-cü il tarixdə, saat 10:50 radələrində “Hava bürosu” adlanan döyüş mövqeyinin yataqxanasında həmin taqımda qumbaraatan vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs3 narı dənələyərək ona verməsini tapşırmış, Zərərçəkmiş şəxs3 narı dənələyərək Şəxs vermiş, özü də sobanın yanında oturub nar yemiş, Şəxs Zərərçəkmiş şəxs3 yanında nar yediyi üçün onun ünvanına nalayiq ifadə işlədərək hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Bundan əlavə, baş leytenant Şəxs həmin vəzifədə xidmət edərkən 27 oktyabr 2024cü il tarixdə, saat 09:30 radələrində “Hava bürosu” adlanan döyüş mövqeyində şəxsi heyəti yataqxananın qabağında düzüb manqa komandiri MAHHXHQ kiçik çavuş Şahid sıranın önündə həmin taqımda baş atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs2 nəzərdə tutub “baş atıcına nəzarət et, son vaxtlar havadadır, əgər içində nəsə qalıbdırsa gəlsin mənə desin, içində nəsə qaranlıq qalmayıbdırsa gedib orda-burda danışıb mənim torbamı tikməsin, çörəyimə baiskarlıq etməsin” demiş, Zərərçəkmiş şəxs2 ona cavab qaytarmaq istədikdə Şəxs onun ünvanına nalayiq ifadə işlədərək hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Bundan başqa, baş leytenant Şəxs həmin vəzifədə xidmət edərkən 27 oktyabr 2024-cü il tarixdə, saat 05:40 radələrində “Hava bürosu” adlanan döyüş mövqeyində döyüş növbətçiliyini yoxlamaq üçün müşahidəyə getmiş, həmin zaman döyüş növbətçisi olan tabeliyində həmin taqımda qumbaraatan vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs3 hava küləkli olduğu üçün müşahidənin qapısını bağlamış, Şəxs ona qapını bağladığı üçün iradını bildirərək yataqxanada onunla söhbət edəcəyini bildirmiş, Zərərçəkmiş şəxs3 saat 06 radələrində növbətçiliyi təhvil verib yataqxanaya getmiş, yataqxanada Şəxs müşahidə məntəqəsinin qapısını örtdüyü üçün onun ünvanına nalayiq ifadələr işlədərək hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Bundan başqa, baş leytenant Şəxs həmin vəzifədə xidmət edərkən 2024-cü ilin oktyabr ayının sonlarında, saat 22 radələrində “Hava bürosu” adlanan döyüş mövqeyində döyüş növbətçilərini dəyişmək üçün mövqeyə getmiş, həmin taqımda atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 postda döyüş növbətçiliyi xidmətində olarkən səs eşitdiyi üçün işıq yandırdığına görə Şəxs onun ünvanına nalayiq ifadə işlədərək hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, baş leytenant Şəxs ifadələrində göstərmişdir ki, 19 avqust 2024-cü ildən N Nö-li hərbi hissənin “Batabat” taborunun “Hava bürosu” mövqeyində post böyüyü və tağım komandiri vəzifəsində xidmət edir. “Hava bürosu” mövqeyində xidmət edərkən heç vaxt əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qarşı hər hansı zor tətbiq etməmiş, onları döyməmiş, həmin əsgərlərə və əsgər Zərərçəkmiş şəxs3 qarşı heç vaxt nalayiq ifadələr işlətməmişdir. Tarixini xatırlamır əsgər Zərərçəkmiş şəxs1 çörək qabının qapağını çörək maşınında unutduğu üçün maşında getmiş, bunu biləndə ona nəsə nalayiq ifadələr işlətməmiş, sadəcə irad tutmuşdur. Tarixini xatırlamadığı bir dəfə gecə vaxtı postu dəyişməyə getmiş, Zərərçəkmiş şəxs1 həmin vaxt onu görüb işıq yandırmış, buna görə ona irad tutmuş, postda işıq yandırmağa icazə olmadığını, düşmənin yerlərini görə biləcəyini demiş, həmin vaxt Zərərçəkmiş şəxs1 nalayiq ifadələr işlətməmişdir. Tarixini xatırlamır, əsgər Zərərçəkmiş şəxs3 yemək üçün nar meyvəsi dənələməsini demiş, o da narı dənələyib gətirib vermişdir. Sonra Zərərçəkmiş şəxs3 stolda oturub nar yemək istədikdə ona “burda yer var, get başqa yerdə ye” demiş, buna görə ona hər hansı nalayiq ifadələr işlətməmişdir. Zərərçəkmiş şəxs3 nə vaxtsa postda xidmətdə olarkən müşahidə məntəqəsinin qapısını örtməsini xatırlamır, lakin heç vaxt nəyəsə görə Zərərçəkmiş şəxs3 qarşı hanısa nalayiq ifadə işlətməmişdir. Əməlindən peşmandır.Zərərçkmiş şəxslərdən üzr istəyib, zərərçəkmiş şəxslərdə onu bağışlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hissənin “Hava bürosu” mövqeyində xidmət edir, taqım komandiri və post böyüyü baş leytenant Şəxsdir. 2024-cü ilin sentyabr ayının axırlarında, saat 14 radələrində yeməkxanada olan çörək qabının qapağını unutduğu üçün çörək maşınında getmiş, buna görə həmin vaxt baş leytenant Şəxs yeməkxanada ona qarşı nalayiq ifadələr işlətmişdir. 2024- cü ilin oktyabr ayının axırlarında saat 22 radələrində postda xidmətdə olarkən səs eşidib işıq yandırmış, oraya gələn baş leytenant Şəxs işıq yandırdığına görə əsəbləşib ona nalayiq ifadələr işlətdiyini, İnzibati xətanı törədən şəxs Şəxsi bağışladığını,ondan şikayət və tələbinin olmadığını göstərdi. Zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 22 aprel 2024-cü ildən N N°-li hərbi hissənin “Hava bürosu” mövqeyində xidmət edir. Tağım komandiri və post böyüyü baş leytenant Şəxsdir. 14 oktyabr 2024-cü il tarixdə, saat 10:50 radələrində yataxanda olan zaman baş leytenant Şəxs onun üçün nar meyvəsi dənələyib gətirməsini tapşırmış, ona nar dənələyib gətirib vermiş, sonra özü üçün də nar dənələyib yataqxanada sobanın yanında oturub yeməyə başlamışdır. Baş leytenant Şəxs həmin vaxt ona ayağa qalxması ilə bağlı göstəriş vermiş, ayağa qalxanda ona qarşı nalayiq ifadə işlədərək niyə onun yanında nar yediyini demişdir. Sonra yenidən ona qarşı nalayiq ifadə işlədib gedib narı çöldə yeməsini demişdir. Həmin vaxt manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şahid onu baş leytenant Şəxs təhqir etməsini görmüşdür. 27 oktyabr 2024-cü ildə saat 04:00-dan 06:00-dak əsgər Məhəmməd Əliyevlə postda döyüş növbətçiliyinə təyin olunmuş, baş leytenant Şəxs saat 05:40-da müşahidə məntəqəsinə gəlmişdir. Həmin vaxt hava küləkli olduğu üçün qapını örtərək müvafiq pəncərələrdən müşahidə aparmışlar. Baş leytenant Şəxs oraya gəlib nə üçün qapını örtdüklərini dedikdə havanın küləkli və soyuq olduğunu demişdir. Baş leytenant Şəxs də ona “aşağı gəl söhbət edəcəyik” demişdir. Həmin gün saat 06:00-da növbəni təhvil verib yataqxanaya gedəndən sonra baş leytenant Şəxs buna görə ona qarşı nalayiq ifadələr işlətmiş, həmin vaxt M.Əliyev orada olmuşdur. İnzibati xətanı törədən şəxs Şəxsi bağışladığını,ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə iclasında iştirak etməyən ifadələri tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs2 və Şahid göstərilən xüsusatları təsdiq etmişdirlər. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.. N nömrəli hərbi hissədən təqdim edilmiş N N°-li arayışda baş leytenant Şəxs ilə əsgərlər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 arasında tabelik münasibətlərinin olduğu göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə baş leytenant Şəxs mənfi xarakterizə edilmişdir. Bununla da, baş leytenant Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidlərin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, baş leytenant Şəxsjn yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq baş leytenant Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq baş leytenant Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinə əsasən tabelik münasibətlərində olan rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması - on gündən iyirmi günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən qeyd olunan Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, baş leytenant Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, baş leytenant Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, baş leytenant Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Baş leytenant Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.

2. Baş leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin.

3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar