Məhkəmə qərarları › İş №3-1(092)-21/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-21/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-21/2025 17.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi İbrahimov İlham Sadət oğlunun sədrliyi, Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi ilə, 21 noyabr 2001-ci il tarixdə Sabirabad rayonunun, Xankeçən kəndində anadan olmuş, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, Sabirabad rayonunun, Xankeçən kəndində qeydiyyatda olmaqla yaşayan, 27 aprel 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin 5-ci taborunun minaatan batareyasının 2-ci taqımının 1-ci manqasında doldurucu heyət nəfəri vəzifəsində xidmət etmiş, sabiq əsgər Şəxs (hərbi bilet 0756567) barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar 17 fevral 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan sənədlərdan görünür ki, N nömrəli hərbi hissənin 5-ci taborunun minaatan batareyasının 2-ci taqımının 1-ci manqasında heyət nəfəri vəzifəsində xidmət edərkən 13 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində xidmət etdikləri “Ağbulaq” şərti adlanan tabor mərkəzinin əsgər yeməkxanasında tabelik münasibətlərində olmayan həmin taborun tank əleyhinə taqımının 2-ci qumbaraatan manqasında heyət nəfəri vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq sonuncunun sifətinə bir yumruq vurmaqla ona zor tətbiq etmişdir. İş materiallarına əlavə olunmuş, məhkəmə-tibbi ekspertizasının 24 oktyabr 2024-cü il tarixli 578 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhəkəmə tibbi ekspertizası zamanı bədən səthində 13 oktyabr 2024-cü il tarixdə hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş, N №-li hərbi hissədən verilmiş arayışa əsasən hərbi qulluqçular Şəxs, Zərərçəkmiş şəxs ilə aralarında tabelik münasibətləri olmamışdır. İş üzrə materiallara əlavə olunmuş, N №-li hərbi hissə komandirinin N №-li əmrindən görünür ki, əsgər Şəxs 30 oktyabr 2024-cü il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır. N №-li hərbi hissədə xidmət etmiş, sabiq əsgər Şəxs bu əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan «tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi» inzibati xətanı törətmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 16 dekabr 2024-cü il tarixli, 10 yanvar 2025-ci il tarixli və 27 yanvar 2025-ci il tarixli qərardadları ilə Şəxs barəsində olan inzibati material Naxçıvan Hərbi Prokurorluğu tərəfindən iştirakı təmin edilmədiyindən geri qaytarılmışdır. Araşdırma materialına əlavə edilmiş sənədlərdən görünür ki, N №-li hərbi hissənin sabiq hərbi qulluqçusu Şəxs, əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi ilə bağlı olan əməllərində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında N №-li hərbi hissənin təhqiqatçısı, ədliyyə leytenantı Kəramət Zeynalov tərəfindən 16 noyabr 2024cü il tarixdə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 noyabr 2024-cü il tarixdə qərar qəbul olunduğundan, lakin adı qeyd edilən şəxslər barəsində inzibati tənbeh yuxarıda qeyd edilən obyektiv səbəblərdən qanunla müəyyən edilmiş müddətdə verilməməsindən, inzibati xəta törətmiş şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməklə, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 105, 115 və 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsi tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilməklə, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan inzibati xəta törətmiş şəxsə qərarın surəti təqdim edildiyi və ya qərar alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar