Məhkəmə qərarları › İş №3-1(092)-23/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(092)-23/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(092)-23/2025 25.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Orucəliyev Abil Elmar oğlu N №-li hərbi hissədə xidmət edən gizir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğunun 25 fevral 2025-ci il tarixli, 3-3-250/2-007091/2025 №-li məktubu ilə N №-li hərbi hissədə xidmət edən gizir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 25 fevral 2025-ci il tarixli, 3- 3-250/3-002186/2025 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 25 fevral 2025-ci il tarixli, 3-3-250/3-002186/2025 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxxxx 1996-cı ildə Yardımlı rayonunun Zevin kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Yardımlı rayonunun Zevin kəndində qeydiyyatda olmaqla, Culfa şəhəri H.Əliyev prospektində yaşayan, N nömrəli hərbi hissənin texniki kəşfiyyat bölüyündə pilotsuz uçuş aparatları taqım komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən Şəxs (Şəxsi Vəsiqə SQ № 0026719) N №-li hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün baş çavuşu vəzifəsində xidmət edərkən, bölük komandiri, kapitan Şahid1 09 oktyabr 2024-cü il tarixdə başqa vəzifəyə təyin edildiyi üçün həmin tarixdən bölük komandiri vəzifələrini Şəxs icra etmiş, 26 oktyabr 2024-cü il tarixdə kapitan Şahid2 Hətəm oğlu 4-cü tabor 12-ci bölüyünün komandiri vəzifəsinə təyin edilərək, bölüyün əmlakını gizir Şəxs təhvil alarkən bölüyə məxsus 3147,80 manat dəyərində 32 ədəd 30 mm mərmi üçün kropun, 27,59 manat dəyərində 31 ədəd 5.45 mm-lik təlim patronunun, 768 manat dəyərində 3 ədəd PS-51 tərtibatının, 75 manat dəyərində 15 ədəd kiçik piyada belinin, ümumilikdə 4018,39 manat məbləğində hərbi əmlakın yerində olmadığı müəyyən edilmişdir. Hərbi hissədə aparılan axtarışlar zamanı 3147,80 manat dəyərində 32 ədəd 30 mm mərmi üçün krop bölüyə məxsus qoşquda tapılmış və 512 manat dəyərində 2 ədəd PS-51 tərtibatının hərbi təlim mərkəzinə verildiyi müəyyən edilərək yerinə qoyulmuş və həmin ziyan aradan qaldırılmışdır. Lakin, gizir Şəxs 4-cü tabor 12-ci bölüyün baş çavuşu vəzifəsində xidmət edərkən 2024-cü ilin oktyabr ayında yerində olmasına cavabdeh olduğu bölüyə məxsus olan 75 manat dəyərində 15 ədəd kiçik piyada belini müxtəlif hərbi qulluqçulara istifadə etmələri üçün verib geri almayaraq və 27,59 manat dəyərində 31 ədəd 5.45 mm-lik təlim patronunun, 256 manat dəyərində 1 ədəd PS-51 tərtibatının saxlanması qaydalarını pozaraq ümumilikdə 358,59 manat dəyərində hərbi əmlakın naməlum şəraitdə itirilməsinə səbəb olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material natamam olduğuna görə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə əsasən bu Məcəllənin 162-1, 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440- 1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445- 1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538-1.4 - 538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.5-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100cü maddəsində olan məlumatlar göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1. maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır; 100.4-cü maddəsinə görə isə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. 61.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 298-ci bəndinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə protokol daxil olduğu gün baxılmalı olduğundan məhkəmə iclası katibi (məsləhətçi) protokol tərtib etmiş orqanın əməkdaşlarının iştirakı ilə məhkəmə iclasına çağırılmalı olan şəxslərin həmin gün məhkəməyə gətirilmələrini təşkil etməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində olan inzibati xətalar haqqında işlərə baxılarkən malik olduğu hüquq və vəzifələr dəqiq və aydın şəkildə göstərilməsinə, o cümlədən hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsirləndirildiyi İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsinin sanksiyasında-on gündən bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulmasına və bu səbəbdən də onun barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraatda iştirakının qanunvericiliyin tələblərinə əsasən məcburi olmasına baxmayaraq, Naxçıvan Hərbi Prokurorluğu tərəfindən 25 fevral 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilərkən və iş materialları baxılması üçün məhkəməyə təqdim edilərkən qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilməmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, Şəxs barəsində olan 25 fevral 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar Naxçıvan Hərbi prokuroru tərəfindən qəbul edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icraatda iştirakı təmin edilərək hüquq və vəzifələri ona izah edilməmiş, o, barəsində olan müvafiq qərarla tanış edilməmiş, müvafiq qərarın surəti ona təqdim edilməmiş, həmçinin natamam tərtib olunmuş iş materialları baxılması üçün məhkəməyə təqdim edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar tərtib edilmiş şəxs səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Naxçıvan Hərbi Prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərarın surətinin, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquq və vəzifələrinə dair bildirişin Şəxs göndərilməsinə dair iş materiallarına xx.xx.2025-ci il tarixli, 3-3-250/2-007075/2025 №-li məktub əlavə edilsə də, həmin məktubun Şəxs təqdim edilməsinə, dolayısı ilə onun barəsində olan qərar barədə məlumatlandırılmasına dair sübutlar iş materiallarına əlavə edilməmişdir. Bununla da Məhkmə hesab edir ki, müvafiq poçt göndərişi, yəni inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərarın surəti, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquq və vəzifələrinə dair bildiriş İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə çatdırılmamışdır. Beləliklə də, belə müəyyən olunur ki, gizir Şirbəyli X1 Hərbi Prokurorluğu tərəfindən barəsində başlanılmış xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatdan xəbərsiz olmuş, ona İnzibati Xətalar Məcəlləsinin 61 və 100-cü maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələrindən istifadə etməsi üçün heç bir şərait yaradılmamışdır. Halbuki qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından da göründüyü kimi inzibati xəta haqqında icraat dövründə inzibati xəta haqqında iş üzrə icraat iştirakçılarının icraatda iştirakı üçün zəruri tədbirlərin görülməsi, habelə onların hüquqlarının təmin edilməsi bilavasitə icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqanın (vəzifəli şəxsin) vəzifəsidir. Bu baxımdan da məhkəmə hesab edir ki, Naxçıvan Hərbi Prokurorluğu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrinə, o cümlədən onun barəsində olan inzibati xəta haqqında icraatda iştirakı ilə bağlı həmin Məcəllə ilə müəyyən edilmiş digər hüquqlarına hörmətlə yanaşmalı, formallıqdan imtina etməli, səlahiyyətləri çərçivəsində apardıqları inzibati xəta haqqında icraat dövründə inzibati xəta haqqında iş üzrə icraat iştirakçılarının aktiv iştirakına dair mümkün tədbirləri həyata keçirməlidirlər. Məhkəmə hesab edir ki, qanunverici orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İnzibati Xətalar Məcəlləsinin 61 və 100-cü maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri onun barəsində olan icraatda aktiv iştirakının təmin edilməsi məqsədilə təsbit edilmişdir. Beləliklə də, məhkəmə qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər yuxarıda qeyd olunmuş çatışmamazlıqların aradan qaldırılması üçün həmin səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində qəbul edilmiş hazırki qərardadı məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Bu səbəbdən də, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi mümkündür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X2 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Gizir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş 25 fevral 2025-ci il tarixli, 3-3-250/3-002186/2025 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş materiallar natamam olduğundan onu tərtib etmiş orqana-Naxçıvan Hərbi Prokurorluğuna təkrarən geri qaytarılsın. Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar