Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-24/2025 26.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X2, Vəkil: X1, Zərərçəkmiş şəxslər: Kapitan Zərərçəkmiş şəxs1, Tibb xidməti leytenantı Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxxxx 2006-cı il tarixdə Rusiya Federasiyasının Tula şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ucar rayonu, Qarabörk kəndində daimi qeydiyyatda olan, il ərzində inzibati xəta törətməmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin təlim divizionunun 1-ci batareyasının 3-cü taqımının 2-ci manqasında xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs Yusifoviçin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında işin materiallarından görünür ki, əsgər Şəxs (SX № 0877003) 05 fevral 2025-ci il tarixdə, saat 11:30 radələrində bədən hərarətinin yüksək olduğunu düşünüb müayinə olunması üçün N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi, tibb xidməti leytenantı Zərərçəkmiş şəxs2 müraciət etmiş, həmin vaxt tibb məntəqəsində tibb xidməti leytenantı Zərərçəkmiş şəxs2 ona tez müraciət etməsini dedikdə aralarında mübahisə yaranmış, mübahisə zəminində əsgər Şəxs tibb xidməti leytenantı Zərərçəkmiş şəxs2 ünvanına kobud nalayiq ifadələr işlədərək rəisin hərbi xidmət üzrə vəzifəsini yerinə yetirməsi zamanı şərəf və ləyaqətini alçaltmışdır. Bundan başqa, əsgər Şəxs həmin vəzifədə xidmət edərkən, 08 fevral 2025-ci il tarixdə, saat 13:30 radələrində N nömrəli hərbi hissənin yeməkxanasında olarkən, 3-cü taborun şəxsi heyəti ilə birgə masada oturub yemək yediyindən təlim divizionunun 3-cü təlim batareyasının taqım komandiri, kapitan Zərərçəkmiş şəxs1 ona yaxınlaşıb irad bildirib qolundan tutaraq öz batareyasının şəxsi heyəti ilə birlikdə oturub yemək yeməsini bildirmiş, əsgər Şəxs buna görə əsəbləşərək kapitan Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədərək rəisin hərbi xidmət üzrə vəzifəsini yerinə yetirməsi zamanı şərəf və ləyaqətini alçaltmışdır. Beləliklə, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları və materiala əlavə edilmiş zəruri sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs ifadəsində 05 fevral 2025-ci il tarixdə saat 11:30 radələrində hərarətinin yüksək olması səbəbi ilə tibb məntəqəsinə gedib həkim tibb xidməti leytenantı Zərərçəkmiş şəxs2 yaxınlaşıb ona müraciət etmək istədiyini bildirdiyini, Zərərçəkmiş şəxs2 ona “Ə çıx çölə, işim var, sonra gələrsən” dediyindən əsəbləşib Zərərçəkmiş şəxs2 “mənimlə bu tərzdə danışma səni vuraram” dediyini, cavabında “vura bilirsən vur” dediyindən əsəbləşib leytenant Zərərçəkmiş şəxs2 qarşı təhqir edici ifadələr işlətdiyini, daha sonra tabor komandiri mayor Ceyhun Çəərçiyev tibb məntəqəsinə gələrək onu tutub saxlamağa cəhd etsə də, əsəbi olduğundan leytenant Zərərçəkmiş şəxs2 qarşı nalayiq ifadələr işlətdiyini, bundan başqa, 08 fevral 2025-ci il tarixdə, saat 13:30 radələrində nahar yeməyi üçün əsgər yeməkxanasında olarkən girişdə sıxlıq olduğu üçün 3-cü batareyanın şəxsi heyəti ilə bir masada oturduğunu, bu zaman kapitan Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq qolundan tutub nəyə görə 3-cü təlim batareyası ilə oturduğunu soruşduğunu, ona qapıda sıxlıq olduğundan orada oturduğunu izah etdiyini, kapitan Zərərçəkmiş şəxs1 qolundan tutaraq ona 1-ci batareyanın yanına getməsini bildirdiyini, o isə “qolumu burax, əsəbləşirəm” deyib Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadə işlətdiyini və oradan uzaqlaşdığını, kapitan Zərərçəkmiş şəxs1 onu çağırdıqda nalayiq ifadə işlədərək “uje iştahım qaçdı” dediyini, onun arxasınca gəldikdə yenidən Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadə işlətdiyini, daha sonra mayor Gülməmmədov onu yeməkxananın qarşısına apardığını, orada kapitan Zərərçəkmiş şəxs1 güldüyündən ona qarşı nalayiq ifadələr işlətdiyini, daha sonra mayor Şahid1 gəlib onu sakitləşdirərkən yenidən kapitan Zərərçəkmiş şəxs1 “çox gülümsəmə, səni vuracam” dediyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş kapitan Zərərçəkmiş şəxs1 fadəsində 08 fevral 2025-ci il tarixdə tabor üzrə cavabdeh olarkən saat 13:30 radələrində şəxsi heyəti nahar yeməyi üçün yeməkxanaya apardığını, şəxsi heyət masalarda oturduqdan sonra əsgər Şəxs öz bölüyü ilə oturmadığını gördüyünü, ona yaxınlaşıb əlini çiyninə qoyaraq nəyə görə burada oturduğunu soruşduğunu, bu zaman əsgər Şəxs ayağa qalxıb stulu masaya çırparaq əsəbləşdiyini bildirib onun ünvanına nalayiq ifadə işlətdiyini, arxası ilə gedib onu çağırarkən bir daha ünvanına nalayiq ifadə işlədib iştahı olmadığını deyərək yeməkxananı tərk etdiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş tibb xidməti leytenantı Zərərçəkmiş şəxs2 fadəsində 05 fevral 2025-ci il tarixdə, saat 11:30 radələrində tibb məntəqəsində qəbul otağında xidməti sənədləri axtararkən əsgər Şəxs yaxınlaşaraq müraciət etmək istədiyini bildirdiyini, ona tez müraciət etməyə cəhd etməsini dedikdə əsgər Şəxs “mənimlə borclu-borclu danışma, ə ilə danışma” dediyini, bu zaman ona otağı tərk etməsini bildirdikdə Şəxs onun ünvanına nalayiq ifadələr işlədərək təhqiredici sözlər dediyini, daha sonra tabor komandiri mayor Şahid1 tibb məntəqəsinə gəldikdə əsgər Şəxs yenidən ona qarşı təhqiredici ifadələr işlətdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş mayor Şahid1 fadəsində 05 fevral 2025-ci il tarixdə hərbi hissənin ərazisində olarkən tibb xidməti rəisi kapitan X5 ona zəng edib əsgər Şəxs müayinə olunarkən tibb məntəqəsinin həkimi leytenant Zərərçəkmiş şəxs2 qarşı nalayiq ifadələr işlətdiyini bildirdiyindən dərhal tibb məntəqəsinə getdiyini, əsgər Şəxs irad bildirdiyini, bu zaman Şəxs “cənab mayor, görmürsünüz, belə-belə etdiklərimi, bunlardan həkim çıxar” deyərək söyməyə davam etdiyini, ağzından əli ilə tutub bayıra çıxardığını, bu zaman hələdə pis-pis söyüşlər söydüyünü göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində 08 fevral 2025-ci il tarixdə saat 13:30 radələrində yeməkxanada yemək yeyərkən əsgər Şəxs yanında əyləşdiyini, kapitan Zərərçəkmiş şəxs1 oturduqları masaya yaxınlaşıb əsgər Şəxs qolundan tutub “dur get 1-ci batareyanın əsgərlərinin oturduğu masaya” dediyini, o heç nə etmədiyini bildirərək “əlini çək, əsəbləşirəm” deyərək kapitan Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüş söydüyünü göstərmişdir. N №-li hərbi hissədən təqdim edilmiş arayışlarda hərbi hissənin əsgəri Şəxs ilə kapitan Zərərçəkmiş şəxs1 və tibb xidməti leytenantı Zərərçəkmiş şəxs2 arasında tabelik münasibətlərinin olduğu göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgər Şəxs mənfi, kapitan Zərərçəkmiş şəxs1 və tibb xidməti leytenantı Zərərçəkmiş şəxs2 isə müsbət xarakterizə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə əsgər Şəxs inzibati tənbeh təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, etdiyi əməldən peşman olmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsinin sanksiyasında on gündən iyirmi günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. X4 Məcəlləsinin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Elgün Əliyevin 09 dekabr 2024-cü il tarixli məktubuna əsasən 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610- 618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların Bakı şəhəri, Sumqayıt şəhəri və Gəncə şəhəri ərazisində yerləşən hauptvaxtların adlarının göstərilməsi məqsədəuyğun hesab edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin.
2. Həbs müddətinin əvvəli qərar icraya yönəldiyi vaxtdan hesablansın.
4. Qərarın icrası Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinə həvalə edilsin.
5. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.
6. Əsgər Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
7. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər.
Hakim İlham İbrahimov