Məhkəmə qərarları › İş №3-1(092)-25/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-25/2025

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-25/2025 05.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Hüseynov X2 Nazirliyinin N №-li hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün, 3-cü taqım, 3-cü manqasında tuşlayıcı vəzifəsində, əsgər rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğunun 28 fevral 2025-ci il tarixli, 3-3-250/2-007719/2025 nömrəli məktubu ilə Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 28 fevral 2025-ci il tarixli, 3-3-250/2-007705/2025 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 28 fevral 2025-ci il il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxx 2003-cü il tarixdə Şahbuz rayonunun Külüs kəndində doğulmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, il ərzində inzibati xəta törətməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, N nömrəli hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 3-cü taqım 3-cü manqasında tuşlayıcı vəzifəsində, əsgər rütbəsində xidmət edən Şəxs (Fin: xxxxxxx) Kəngərli rayonunun Qıvraq qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 3-cü taqım 3-cü manqasında tuşlayıcı vəzifəsində, əsgər rütbəsində xidmət edərkən, 31 yanvar 2025-ci il tarixdə, axşam saat 22:30 radələrində çarpayının birinci yarusunda yatarkən ikinci yarusda yatan, aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs1 yatdığı yerdə dönərkən çarpayının səs çıxarması səbəbindən aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birlərinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq əsgər Zərərçəkmiş şəxs1, həmçinin həmin vaxt onları sakitləşdirməyə gələn aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs2 ünvanlarına nalayiq sözlər deməklə onların şərəf və ləyaqətini açaldıb qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab etmişdir ki, iş vərəqə 33-ə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2025-ci il tarixli 85/929 №-li məktubunda əsgər Şəxs xx.xx.2025-ci il tarixdən Müdafiə Nazirliyinin Baş X1 bölməsində “Dissosiativ reaksiya” diaqnozu ilə stasionar müayinə və müalicədə olduğundan baxılan inzibati iş üzrə əsgər Şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, əsgər Şəxs məhkəmə icraatında iştirak edə bilməməsinə səbəb olmuş hallar aradan qalxanadək, yəni o, sağalanadək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Belə ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2025-ci il tarixli 85/929 №-li məktubuna əsasən N №-li hərbi hissənin əsgəri Şəxs xx.xx.2025-ci il tarixdən Müdafiə Nazirliyinin Baş X1 bölməsində “Dissosiativ reaksiya” diaqnozu ilə stasionar müayinə və müalicədə olduğundan məhkəmə icraatında iştirakı məqsədəuyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Bununla əlaqədar olaraq əsgər Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasına nəzər yetirdikdə görərik ki, həmin maddənin sanksiyasında-on gündən bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından da göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılmasında iştirakı məcburidir. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin ağır xəstəliyi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatda iştirakı mümkün olmadığından Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3-1(092)-25/2025 №-li qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraat dayandırıldığından və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək olan müddət keçdiyindən onun barəsində başlanmış icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, inzibati xəta hadisəsi 31 yanvar 2025-ci il tarixdə, axşam saat 22:30 radələrində baş vermişdir və İnzibati xətanın törədildiyi vaxtdan 11 (on bir) aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakimin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyi məsələlərdən biri də işdə işin icraatını rədd edən halların mövcud olub-olmamasını yoxlamaqdan ibarətdir. X3 Məcəlləsinin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd olunanları və qanunvericiliyin müvafiq müddəalarını rəhbər tutaraq hesab edirəm ki, hazırki inzibati xəta haqqında iş üzrə inzibati xəta törədildiyi vaxtdan, yəni 31 yanvar 2025-ci il tarixdə baş verdiyi tarixdən 11 (on bir) aydan artıq müddət keçdiyindən, əsgər Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar