Məhkəmə qərarları › İş №3-1(092)-26/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-26/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-26/2025 07.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə baş leytenantı X1, Zərərçəkmiş hüquqi Müdafiə Nazirliyinin N №-li hərbi hissə komandirinin şəxsin vəkalətli hüquq işləri üzrə köməkçisi, ədliyyə kapitanı nümayəndəsi: Nümayəndə, Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxxxx 1996-cı ildə Yardımlı rayonunun Zevin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), evli (himayəsində bir azyaşlı uşağı olan), orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Yardımlı rayonunun Zevin kəndində qeydiyyatda olmaqla, Culfa şəhəri, H.Əliyev prospektində yaşayan, hal-hazırda N №-li hərbi hissənin texniki kəşfiyyat və müşahidə bölüyünün pilotsuz uçuş aparatları taqımının komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən (Şəxsi vəsiqə SQ № 00N6719) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 07 mart N5-ci il tarixli, 3-3-N50/N-00896N/N5 №-li məktubu ilə N №-li hərbi hissədə xidmət edən gizir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair N5 fevral N5-ci il tarixli, 3-3-N50/3-00N186/N5 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan N5 fevral N5-ci il tarixli, 3-3-N50/3-00N186/N5 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, gizir Şəxs N №-li hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün baş çavuşu vəzifəsində xidmət edərkən, bölük komandiri, kapitan Şahid1 N oktyabr N4-cü il tarixdə başqa vəzifəyə təyin edildiyi üçün həmin tarixdən bölük komandiri vəzifələrini Şəxs icra etmiş, N6 oktyabr N4-cü il tarixdə kapitan ŞahidN Hətəm oğlu 4-cü tabor 1N-ci bölüyünün komandiri vəzifəsinə təyin edilərək, bölüyün əmlakını gizir Şəxs təhvil alarkən bölüyə məxsus 3147,80 manat dəyərində 3N ədəd 30 mm mərmi üçün kropun, N7,59 manat dəyərində 31 ədəd 5.45 mm-lik təlim patronunun, 768 manat dəyərində 3 ədəd PS-51 tərtibatının, 75 manat dəyərində 15 ədəd kiçik piyada belinin, ümumilikdə 4018,39 manat məbləğində hərbi əmlakın yerində olmadığı müəyyən edilmişdir. Hərbi hissədə aparılan axtarışlar zamanı 3147,80 manat dəyərində 3N ədəd 30 mm mərmi üçün krop bölüyə məxsus qoşquda tapılmış və 51N manat dəyərində N ədəd PS-51 tərtibatının hərbi təlim mərkəzinə verildiyi müəyyən edilərək yerinə qoyulmuş və həmin ziyan aradan qaldırılmışdır. Lakin, gizir Şəxs 4-cü tabor 1N-ci bölüyün baş çavuşu vəzifəsində xidmət edərkən N4-cü ilin oktyabr ayında yerində olmasına cavabdeh olduğu bölüyə məxsus olan 75 manat dəyərində 15 ədəd kiçik piyada belini müxtəlif hərbi qulluqçulara istifadə etmələri üçün verib geri almayaraq və N7,59 manat dəyərində 31 ədəd 5.45 mm-lik təlim patronunun, N56 manat dəyərində 1 ədəd PS-51 tərtibatının saxlanması qaydalarını pozaraq ümumilikdə N8,59 manat dəyərində hərbi əmlakın naməlum şəraitdə itirilməsinə səbəb olmuşdur. Faktla bağlı N №-li hərbi hissə komandanlığı tərəfindən ilkin araşdırma aparılaraq, toplanmış araşdırma materialları hüquqi qiymət verilməsi üçün Naxçıvan Hərbi Prokurorluğuna göndərilmiş, araşdırma materialı üzrə cinayət hadisəsi və gizir Şəxs əməllərində cinayət tərkibi olmadığından 10 fevral N5-ci il tarixdə Naxçıvan Hərbi Prokurorluğunda onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.N-ci maddələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmçinin gizir Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində N5 fevral N5-ci il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan gizir Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, N4-cü ilin iyun ayının 08-dən-30 oktyabr N4-cü ilədək N №-li hərbi hissənin 4-cü tabor 1N-ci bölüyündə bölüyün baş çavuşu vəzifəsində xidmət etmişdir. N4-cü ilin oktyabr ayının əvvəllərində bölük komandiri kapitan Şahid1 vəzifə yeri dəyişdirilmiş, həmin dövrdə o, kapitan Şahid1lə bölüyün əmlakını təhvil-təslim etməmişdir. Təhvil-təslim olmaması barədə yuxarı rəis heyətindən kiməsə bildirməmişdir. Bundan sonra bölmədə başqa zabit olmadığından vəzifəli şəxs o olmuş, bölük komandiri vəzifələrini icra etmişdir. N4-cü ilin noyabr ayının əvvəlində kapitan ŞahidN bölük komandiri vəzifəsinə təyin edilmiş, bölməyə gəldikdən sonra ondan bölmənin əşyaəmlakını, silah-sursatını, texnikalarını təhvil almağa başlamış, bütün əşya əmlakı “forma- N6” kitabına uyğun olaraq sayıb qəbul etmişdir. Təhvil-təslim zamanı 15 ədəd kiçik piyada belinin, 31 ədəd 5.45 mm-lik təlim patronunun, 3N ədəd 30 mm-lik patron üçün lent krapın, 3 ədəd PS-51 silahı bərkitmək üçün dəzgahın yerində olmadığı müəyyən edilmişdir. Həmin əmlakları digər bölmələrin əmlaklarının saxlandığı yerlərə, saxlanclarına, silah otağına baxıb axtarsa da, tapa bilməmişlər, çatışmazlıq olan əmlaklar barədə ŞahidN təhvil-təslim aktında qeydlər etmiş, həmin aktla tanış olub imza etmişdir. N4-cü ilin oktyabr ayının ortalarında bir neçə dəfə bölmələrdən bəzi şəxsi heyət ön xətt mövqelərində mühəndis işlərini görmək üçün gedərkən hər bölmənin N-3 ədəd bel və ya digər vasitələr verməsi barədə göstəriş verilmiş, həmin zaman belləri adını xatırlamadığı digər bölmənin hərbi qulluqçularına vermiş, aparıb istifadə etmişlər, sonra yadından çıxıb həmin belləri alıb yerinə qoyulmasını təmin etməmişdir. PS-51 dəzgahının yerində olmamasını yoxlama zamanı bilmiş, keçmiş bölük komandiri kapitan Şahid1 soruşduqda poliqona verməsini bildirmişdir. İtən əmlaklar kiməsə şəxsən təhkim olunmamış, ümumi olaraq bölüyün üzərində getmiş, əşyaların yerində olmasına, tamlığına bölük komandirinin vəzifəsini icra etdiyi üçün və bölüyün baş çavuşu olaraq o, məsuliyyət daşımışdır. Həmçinin gizir Şəxs izahatında etdiyi əməlindən peşman olduğunu, baş vermiş hadisələrin onun baş çavuş kimi təcrübəsizliyindən qaynaqlandığını, özünün baş çavuş vəzifəsinə təyin edilməzdən əvvəl kəşfiyyatçı olduğu, 44 günlük vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etdiyini, himayəsində bir azyaşlı uşağının olduğunu, etdiyi əməlləri ilə bağlı maddi məsuliyyətə cəlb edildiyini və bu yolla və zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödədiyini bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin (N №-li hərbi hissənin) nümayəndəsi qismində dindirilmiş kapitan Nümayəndə verdiyi izahatında göstərmişdir ki, gizir Şəxs yol verdiyi bu hərəktlər nəticəsində N №li hərbi hissəyə ümumilikdə N8,59 manat dəyərində maddi ziyan dəymiş, bu ziyan onun maddi məsuliyyətə cəlb edilməsi ilə əlaqədar olaraq aradan qaldırılmışdır. Bu səbəbdən onların gizir Şəxs qarşı hər hansı bir şikayət və ya tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş kapitan Şahid1 verdiyi izahatında bildirmişdir ki, o, NN-ci ilin iyun ayının 15-dən Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 1-ci tabor 3-cü bölük komandiri vəzifəsində xidmət etmiş, N oktyabr N4-cü ildə 4-cü tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir. N4-cü ilin dekabr ayının əvvəllərində gizir Şəxs mobil nömrəsinə zəng vuraraq bölüyü yeni təyin edilmiş bölük komandiri kapitan ŞahidN təhvil verdiyini və 15 ədəd kiçik piyada belinin, 31 ədəd 5.45 mm-lik təlim patronunun, 3N ədəd 30 mm-lik patron üçün lent krapın, 3 ədəd PS-51 silahı bərkitmək üçün dəzgahın yerində olmadığını, axtardıqlarını, lakin tapa bilmədiklərini bildirmişdir. Sonuncu dəfə həmin bölüyün əşya əmlakı N4-cü ilin sentyabr ayında hərbi hissədə kompleks yoxlama zamanı yoxlanmış, hər hansı çatışmazlıq müəyyən edilməmişdir. Çatışmazlıqlar olan əmlaklar kiməsə şəxsən təhkim olunmamış, ümumi olaraq bölüyün üzərində olmuş, xidmət yeri dəyişildikdən sonra 1N-ci bölükdə vəzifəli şəxs olaraq bölüyün baş çavuşu gizir Şəxs olmuş, həmin əmlaklara o cavabdehlik daşımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş kapitan ŞahidN verdiyi izahatında bildirmişdir ki, o, N6 oktyabr N4-cü il tarixdən N5-ci ilin yanvar ayının ortalarına qədər N №-li hərbi hissənin 1N-ci bölüyünün komandiri vəzifəsində xidmət etmişdir. O, 1N-ci bölüyə komandir təyin edildikdə bölmədə yerində olan zabit olmamış, bölüyə gizir Şəxs rəhbərlik etmişdir. N4-cü ilin noyabr ayında Şəxs bölmənin əşya-əmlakını, silah-sursatı, texnikalarını təhvil almış, bütün əşya əmlakı “forma-N6” kitabına uyğun olaraq sayıb qəbul etmiş, həmçinin, xidmət rəislərində olan “forma-N6” kitabı ilə də bölmənin əmlakını tutuşduraraq yerində olub-olmamasını yoxlamışdır. Hansı əmlakın harada saxlanmasını gizir Şəxs bilmiş və ona yerlərini göstərərək təqdim etmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, 15 ədəd kiçik piyada beli, 31 ədəd 5.45 mm-lik təlim patronu, 3N ədəd 30 mm-lik patron üçün lent krap, 3 ədəd PS-51 silahı bərkitmək üçün dəzgah yerində yoxdur. Həmin çatışmayan əmlaklarla bağlı hərbi hissədə xidməti araşdırma başlanmışdır. Çatışmayan əmlaklar kimsə tərəfindən oğurlanmamış, poliqonda və ya təlimdə istifadə edilmiş, səhlənkarlıq edilib itirilmişdir. Əmlaklar elə də mühüm əmlaklar olmamış, bel açıq satışda olmuş, təlim patronlarının içərisi boş olmuş, döyüş sursatı hesab edilməmişdir. Yerində olmayan əmlaklar kiməsə şəxsən təhkim olunmamış, ümumi olaraq bölüyün üzərində olmuş, bu səbəbdən həmin əşyaların yerində olmasına, tamlığına bölüyün baş çavuşu məsuliyyət daşımışdır. Bölüyü təhvil alarkən bölük komandiri olmadığından gizir Şəxs bölük komandiri vəzifələrini icra etmiş, bu səbəbdən Şəxs bölüyü təhvil almış, həmin çatışmayan əmlaklara cavabdehliyi Şəxs daşımışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin izahatları ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N №-li hərbi hissə komandirinin N iyun N4-cü il tarixli, 161 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Şəxs həmin tarixdən hərbi hissənin 1-ci motoatıcı taborunun 3cü bölüyünün baş çavuşu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli, N94 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi və bölmələrin yenidən nömrələnməsi ilə əlaqədar olaraq gizir Şəxs hərbi hissənin 1-ci motoatıcı taborunun 3-cü bölüyünün baş çavuşu vəzifəsindən- 4-cü mexanikləşdirilmiş taborun 1N-ci mexanikləşdirilmiş bölüyünün baş çavuşu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin N noyabr N4-cü il tarixli, 341 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Şirbəyli XN Ümumqoşun Ordu Komandanının xx.xx.N4-cü il tarixli, 0N0gm №-li əmri ilə N №-li hərbi hissənin texniki kəşfiyyat və müşahidə bölüyünün pilotsuz uçuş aparatları taqımının komandiri vəzifəsinə təyin edildiyindən o, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli, N88 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 1-ci motoatıcı taborunun 3-cü bölüyünün komandiri kapitan Şahid1 həmin tarixdən 4-cü motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissədən təqdim edilmiş NN yanvar N5-ci il tarixli, 98 №-li və 08 fevral N5-ci il tarixli, 3-N5-N14/N-18N/N5 №-li arayışlardan görünür ki, N4-cü ilin oktyabrnoyabr aylarında hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün hal-hazırda 4-cü tabor 1Nci bölüyünün şəxsi heyətinə və hərbi əşya əmlakına, silah-sursatına, o cümlədən mühəndis xidməti əmlaklarına cavabdehlik gizir Şəxs həvalə edilmişdir. N №-li hərbi hissə komandirinin N6 oktyabr N4-cü il tarixli, 306 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 5-ci motoatıcı taborunun 16-cı bölüyünün komandiri kapitan ŞahidN Hətəm oğlu həmin tarixdən 4-cü mexanikləşdirilmiş taborun 1Nci mexanikləşdirilmiş bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün komandiri kapitan ŞahidN tərəfindən 4-cü taborun komandirinə ünvanlanmış xx.xx.N4-cü il tarixli raportdan, 4-cü tabor, 1N-ci bölük komandirinin işlərinin və vəzifəsinin təhvil-qəbuluna dair xx.xx.N4-cü il tarixli aktdan görünür ki, 1N-ci bölüyün təhvil-təslimi ilə bağlı aparılan yoxlama zamanı bölükdə 15 ədəd kiçik piyada belinin, 31 ədəd 5.45 mm-lik təlim patronunun, 3N ədəd 30 mm-lik patron üçün lent kropun və 3 ədəd PS-51 silahı bərkitmək üçün dəzgahın çatışmazlığı müəyyən edilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təsdiq edilmiş 08 fevral N5-ci il tarixli aktdan görünür ki, 1N-ci bölüyün 15 ədəd kiçik piyada belinin, 31 ədəd 5.45 mm-lik təlim patronunun, 3N ədəd 30 mm-lik patron üçün lent kropun və 3 ədəd PS-51 silahı bərkitmək üçün dəzgahın itməsi faktı ilə bağlı hərbi hissə ərazisində aparılmış axtarışlar zamanı N ədəd PS-51 tərtibatı hərbi hissənin poliqonunun ərazisindən, 3N ədəd 30 mm mərmi üçün lent krop isə 4-cü taborun qoşqusundan tapılaraq saxlanılması üçün 1N-ci bölüyün komandirinə təhvil verilmiş, lakin itirilmiş 31 ədəd 5.45 mm-lik təlim patronu, 1 ədəd PS-51 tərtibatı və 15 ədəd kiçik piyada beli tapılmamışdır. N nömrəli hərbi hissənin mühəndis xidmət rəisi tərəfindən verilmiş 05 yanvar N5-ci il tarixli, hərbi hissənin maddi-texniki təminat bölməsinin raket-artilleriya silahları xidmətinin rəisi tərəfindən verilmiş 17 və N1 yanvar N5-ci il tarixli arayış hesabatlardan görünür ki, 1 ədəd kiçik piyada beli KPB-50-nin qiyməti 5 (beş) manat, 1 ədəd 5,45 mm təlim patronunun qiyməti 0.89 (səksən doqquz qəpik) manat, 1 ədəd PS-51 tərtibatının qiyməti N56 (iki yüz əlli altı) manat olmuşdur. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təsdiq edilmiş NN yanvar N5-ci il tarixli 99 №-li arayışdan görünür ki, hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünə məxsus əmlakların itirilməsi nəticəsində hərbi hissəyə mühüm zərər dəyməmişdir. Həmçinin arayışda qeyd olunmuşdur ki, təlim patronunda partladıcı olmadığından o, döyüş sursatı hesab edilmir. N №-li hərbi hissə komandirinin N4 fevral N5-ci il tarixli, 88 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Şəxs N №-li hərbi hissə komandanlığı tərəfindən itirilmiş hərbi əmlaklara görə maddi məsuliyyətə cəlb edilmiş və N №-li hərbi hissəyə vurulmuş N8,59 manat dəyərində maddi ziyan aradan qaldırılmışdır. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.N5-ci il tarixli xidməti xasiyyətnamədə gizir Şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş gizir Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu gizir Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, gizir Şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində gizir Şəxs öz xidməti vəzifələrinin icrasına səhlənkarcasına yanaşması səbəbindən dəyəri ümumilikdə N8,59 manat olan hərbi əmlakların itməsi ilə nəticələnən əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 131-ci maddəsinə əsasən bölüyün baş çavuşu sülh və müharibə dövründə: əsgərlərin və çavuşların düzgün xidmət etmələrinə, hərbi intizama və müəyyən edilmiş daxili qaydaqanuna riayət edilməsinə; bölüyün silahlarının, döyüş texnikası və digər texnikasının, döyüş sursatının və əmlakının qorunub saxlanmasına cavabdehdir. Həmin Nizamnamənin 13N-ci maddəsinə əsasən bölüyə gələn silahları, ləvazimatı və əmlakı vaxtında almaq, nəzərdən keçirmək, onlardan düzgün istifadə edilməsinə, onların qorunub saxlanmasına diqqət yetirmək və dəqiq uçotunu aparmaq; .... bölük komandirinin icazəsi ilə qarovullara, alay (briqada) növbətçisinin sərəncamı ilə növbətçi bölməyə döyüş sursatı vermək, növbə qurtarandan sonra onları şəxsən qəbul edib yoxlamaq;.... bölüyün baş çavuşunun vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsinə əsasən hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla itirilməsinə görə-on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. X3 Məcəlləsinin 614-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 614.1-ci maddəsində nəzərdə tutulmuş əməl mühüm zərər vurduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1N-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.N.N-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.N-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinin müddəalarına müvafiq olaraq gizir Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini, 44 günlük vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etməsini iş üzrə onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq gizir Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, gizir Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, gizir Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına göndərilməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.N-ci maddəsinin tələbləri baxımından törədilmiş inzibati xəta nəticəsində zərərçəkmiş hüquqi şəxsə (Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə) vurulmuş maddi zərərin ödənilməsi məsələsi ilə bağlı hesab edir ki, N №-li hərbi hissə komandirinin N4 fevral N5-ci il tarixli, 88 №-li əmri ilə gizir Şəxs yol verdiyi əməllərinə görə maddi məsuliyyətə cəlb edilməsi və N №-li hərbi hissəyə vurulmuş ümumilikdə N8,59 manat dəyərində maddi ziyanın bu yolla aradan qaldırılması nəzərə alınmalıdır. Belə ki, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”nin 1-ci bəndində qeyd olunmuşdur ki, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə, əmrlərlə və digər aktlarla nəzərdə tutulan vəzifə borclarını yerinə yetirərkən dövlətə vurduqları ziyana görə təqsirli olduqda bu Əsasnaməyə uyğun olaraq maddi məsuliyyət daşıyırlar. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən dövlətə vurulmuş ziyan onların həmin ziyana səbəb olmuş hərəkətlərinə (hərəkətsizliyinə) görə intizam, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb olunub-olunmamasından asılı olmayaraq ödənilir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 1N8-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin.

2. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, barəsində başlanılmış hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin, onun intizam qaydasında cəzalandırılması hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına həvalə edilsin.

3. Qərar qanuni qüvvəyə mindikdən sonra inzibati xəta haqqında iş üzrə toplanmış materiallar Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına göndərilsin.

4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar