Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-27/2024 27.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X2 oğlunun, Müdafiəçi: X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə 10 avqust 1998-ci ildə Xaçmaz şəhərində doğulmuş, subay, tam orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz şəhəri, M.Araz küçəsi, ev 38-də daimi qeydiyyatda olan, il ərzində inzibati xəta törətməmiş, N №-li hərbi hissənin 1-ci xüsusi təyinatlı bölüyünün, 3-cü xüsusi təyinatlı qrupunda kəşfiyyatçı-tuşlayıcı vəzifəsində xidmət edən MAHHXHQ kiçik çavuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında işin materiallarından görünür ki, 25 dekabr 2023-cü il tarixdə, saat 16:50 radələrində N №-li hərbi hissənin daimi dislokasiya yerində, əsgər yeməkxanasının yanında siqaret çəkərkən, onunla tabelik münasibətlərində olan, rütbəyə görə rəis hesab edildiyi, həmin hərbi hissənin xüsusi silah taqımının, qumbaraatan manqasının qumbaraatanı vəzifəsində xidmət edən MAHHXHQ əsgər Zərərçəkmiş şəxs yanına gələrək zarafatla onu sinəsindən əli ilə arxaya itələməsinə görə müvazinətini itirərək yerə yıxılmış, onun yerə yıxılmasına güldüyünü görüb Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Beləliklə, MAHHXHQ kiçik çavuş Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs izahatları və materiala əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MAHHXHQ kiçik çavuş Şəxs ifadəsində göstərmişdir ki, 25 dekabr 2023-cü il tarixdə, saat 16:50 radələrində xidmət etdiyi, Ordubad rayonu ərazisində yerləşən, N nömrəli hərbi hissədə olarkən, şəxsi heyət axşam idmanına hazırlaşan zaman hərbi hissənin əsgər yeməkxanasının yaxınlığında olan siqaret çəkmək üçün təyin edilmiş yerdə siqaret çəkərkən MAHHXHQ əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşaraq zarafatla sinəsindən sağ əlinin içi ilə geriyə doğru itələmiş, müvazinətini itirib arxada olan su gölməçəsinə yıxılmış, yıxıldığı üçün paltarları, sol qolu suya bulaşmış, Zərərçəkmiş şəxs onun yıxılmasına güldüyü üçün yerdən qalxaraq əsəbiləşib ona nalayiq ifadə ilə “nəyə gülürsən matışkasan sən” demiş, Zərərçəkmiş şəxs nalayiq ifadədən sonra onun üzərinə gələrək “mənə niyə matışka deyirsən?” deyib sağ əli ilə bir dəfə sağ göz nahiyəsinə yumruq zərbəsi vurmuş, sonra yaxınlıqda olan hərbi qulluqçular onları araladıqlarını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş MAHHXHQ əsgər Zərərçəkmiş şəxs ifadəsində 25 dekabr 2023-cü il tarixdə, saat 16:50 radələrində əsgər yeməkxanasının yaxınlığında olan siqaret çəkmək üçün təyin edilmiş yerdə hərbi hissənin 1-ci bölüyündə xidmət edən Şəxs siqaret çəkdiyini görmüş, Şəxs səki daşının üzərində tək dayanmış, onunla münasibəti yaxşı olduğundan zarafat məqsədilə onun yanına çatan zaman sağ əlinin içi ilə onu geriyə doğru itələmiş, həmin vaxt Şəxs müvazinətini itirib arxada olan su gölməçəsinə yıxılmış, onun yıxılmasına gülmüş, Şəxs onun gülməsinə əsəbiləşib ayağa qalxdıqda ona qarşı nalayiq ifadə işlədərək “nəyə gülürsən matışkasan sən” demiş, onun təhqiredici söz işlətməsindən əsəbiləşib üzərinə gedərək “mənə niyə matışka deyirsən” dedikdən sonra sağ əli ilə onun sağ göz nahiyəsinə bir yumruq zərbəsi vurmuş, Şəxs göz nahiyəsi qızarmış, şişmiş, həmin vaxt ətrafda olan hərbi qulluqçular onları araladıqlarını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş kiçik gizir Şahid ifadəsində 25 dekabr 2023-cü il tarixdə, saat 16:50-də əsgər yeməkxanasının qarşısında siqaret çəkmiş, həmin vaxt MAHHXHQ kiçik çavuş Şəxs aralıda, səki daşının üzərində durub siqaret çəkərkən MAHHXHQ əsgər Zərərçəkmiş şəxs ona tərəf gəlib çatdıqda Şəxs sinəsindən əli ilə itələmiş, Şəxs arxaya doğru gedib yerə yıxılmış, onların zarafat etdiyini düşünüb yanlarına getməmiş, Zərərçəkmiş şəxs onun yıxılmasına gülmüş, Şəxs ayağa qalxandan sonra Zərərçəkmiş şəxs onun üzərinə gedərək Şəxs yumruqla sağ göz nahiyəsindən bir zərbə vurmuş, Şəxs sağ göz nahiyəsi şişərək qızardığını göstərmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə MAHHXHQ kiçik çavuş Şəxs və MAHHXHQ əsgər Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 10N №-li arayışda N №-li hərbi hissədə xidmət edən MAHHXHQ kiçik çavuş Şəxs ilə MAHHXHQ əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olduğu göstərilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə MAHHXHQ kiçik çavuş Şəxs inzibati tənbeh təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, etdiyi əməldən peşman olmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin sanksiyasında on gündən iyirmi günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən MAHHXHQ kiçik çavuş Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, MAHHXHQ kiçik çavuş Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:
1. MAHHXHQ kiçik çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin.
2. Həbs müddətinin əvvəli qərar icraya yönəldiyi tarixdən hesablansın.
4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.
5. MAHHXHQ kiçik çavuş Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
6. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər.
Hakim: İlham İbrahimov