Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-27/2025 07.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə baş leytenantı X3 oğlunun Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxxxx 2006-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda, qeydiyyatda olmaqla Naxçıvan Hərbi Kollecinin 1-ci kursant taborunun, 2-ci bölüyünün, 2-ci taqımının 10-cu tədris qrupunun kursantı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2024-cü ilin noyabr ayının ortalarında hərbi kollecin bufetində tabelik münasibətlərində olmayan Naxçıvan Hərbi Kollecin 1-ci kursant taborunun 2-ci bölüyünün 2-ci taqımının 10-cu qrupunun kursantı Zərərçəkmiş şəxs borclarını ödəməsini bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək onun şərəf və ləyaqətini alçaltmışdır. Bundan əlavə, kursant Şəxs 16 dekabr 2024-cü il tarixdə, saat 07:30 radələrində sıra hazırlığı zamanı kursant Zərərçəkmiş şəxs sağ ayağının onun ayağına dəyməsi səbəbindən qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətməklə onun şərəf və ləyaqətini alçaltmışdır. Bundan başqa, kursant Şəxs 18 dekabr 2024-cü il tarixdə, saat 16:15 radələrində tənəffüs zamanı, sinifdə kursant Zərərçəkmiş şəxs ona zarafat etməməsini deməsi səbəbindən qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək onun şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, göstərilən əməli törətmişəm. Zərərçəkmiş şəxs kursant Zərərçəkmiş şəxs zarafat məqsədi ilə təhqir etmişəm. O, da onu ciddi hal kimi qəbul edib, Törətdiyim əməldən peşimanam. Zərərçəkmiş şəxsdən üzr istəmişəm. Zərərçəkmiş şəxs də məni bağışlayıb. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahatı alınmış kursant Zərərçəkmiş şəxs izahatında qeyd etmişdir ki, 2024-cü ilin noyabr ayının ortalarında kursant yoldaşlarına borcu olduğundan pulunu xırdalamaq üçün Hərbi kollecin bufetinə getmiş, yemək üçün şirniyyat almış, həmin zaman kursant Şəxs yaxınlaşaraq ona “get camaatın borcunu ver” demiş, cavabında sənin nə işinə demiş, Şəxs səni məruzə edəcəm camaatın borcunu vermirsən demiş, cavabında get işinlə məşğul ol demiş, bundan sonra Şəxs ona qarşı nalayiq ifadə işlətmişdir. Bu barədə bölük komandiri kapitan Şahid1 məruzə etmiş, Şahid1 Şəxs nalayiq ifadə işlədib-işlətmədiyini soruşduqda sonuncu nalayiq ifadə işlətmədiyini demiş, eyni sualı kapitan Şahid1 yenidən verdikdə Şəxs nalayiq ifadə işlətdiyini etiraf etmişdir. 16 dekabr 2024-cü il tarixdə, saat 07:30 radələrində sıra hazırlığı zamanı ləng tərpəndiyindən sağ ayağı kursant Şəxs ayağına dəymiş, sonuncu arxaya dönüb asta səslə nalayiq ifadə işlətmişdir. 18 dekabr 2024-cü il tarixdə, saat 16:15 radələrində dərs vaxtı kursant Şəxs üzünə baxıb gülmüş, onun bu hərəkətindən qıcıqlandığına görə tənəffüs zamanı sinifdə ona yaxınlaşıb zarafat etməməsi barədə xəbərdarlıq etmiş, əks təqdirdə bölük komandirinə deyəcəyini bildirmiş, Şəxs onun ünvanına nalayiq ifadə işlətməsini demişdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ondan üzr istəmişdir. Onu bağışlayır, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid2 izahatında göstərmişdir ki, 2024-cü ilin noyabr ayında kursant Zərərçəkmiş şəxs ilə birlikdə kapitan Şahid1 yanına getmiş, orada kapitan Şahid1 kursant Şəxs kursant Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib-işlətməməsini soruşmuş, Şəxs nalayiq ifadə işlətmədiyini bildirmiş, Şahid1 yenidən bu barədə Şəxs soruşduqda, sonuncu Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlətdiyini boynuna almışdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaxınlaşıb Şəxs ona nalayiq ifadə işlətməsini bildirmiş, kursant Şəxs yaxınlaşaraq ondan nə üçün nalayiq ifadələr işlətməsini soruşmuş və bir daha bu cür hərəkətlər etməməsi barədə xəbərdarlıq etmiş, həmin vaxt Şəxsə qarşı nalayiq ifadə işlətməsini etiraf etdiyini göstərdi. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid3 izahatında xx.xx.2024-cü il tarixdə, saat 16:15 radələrində tədris otağında, tək partanın arxasında oturmuş, həmin zaman sinifdə kursant Şəxs ilə kursant Zərərçəkmiş şəxs başqa kimlərin olmasını xatırlamamış, fikri dərsində olmuş, həmin zaman kursant Şəxs kursant Zərərçəkmiş şəxs nalayiq ifadə işlətməsini dediyini göstərdi. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid3 izahatında xx.xx.2024-cü il tarixdə, saat 16:15 radələrində tədris otağında, tək partanın arxasında oturmuş, həmin zaman sinifdə kursant Şəxs ilə kursant Zərərçəkmiş şəxs başqa kimlərin olmasını xatırlamamış, fikri dərsində olmuş, həmin zaman kursant Şəxs kursant Zərərçəkmiş şəxs nalayiq ifadə işlətməsini eşitmişdir. Həmçinin Şəxs Zərərçəkmiş şəxs bölük komandirinə məruzə edəcəyi təqdirdə nalayiq şəkildə zor tətbiq edəcəyini deməsini eşitdiyini göstərdi. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt, Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid3 və Şahid1 izahatları və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Naxçıvan Hərbi Kolleci tərəfindən təqdim edilmiş arayışda Zərərçəkmiş şəxs ilə Şəxs arasında tabelik münasibətlərinin olmaması göstərilmişdir. Naxçıvan Hərbi Kolleci tərəfindən təqdim edilmiş arayışda Zərərçəkmiş şəxs və Şəxs hərbi qulluqçu hesab edilmələri göstərilmişdir. Naxçıvan Hərbi Kolleci tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamələrdə kursantlar Zərərçəkmiş şəxs və Şəxs müsbət xarakterizə edilmişdir. Bununla da, kursant Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidlərin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, kursant Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Naxçıvan Hərbi Kolleci tərəfindən müsbət xarakterize olunmasını, əməlini səmimi etraf etməsini, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Naxçıvan Qarnizonunun rəisi genral-mayor Kənan Seyidov tərəfindən Naxçıvan Muxtar Respublikası Hərbi məhkəməsinə ünvanlanmış 14 dekabr 2024-cü il tarixli 4306 saylı məktubdan görünür ki, X1 Daxili Xidmət Nizamnaməsinin tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Hərbi Kollecinin rəhbərliyinə göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: 1.Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. 2.Kursant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Hərbi Kollecin komandanlığına həvalə edilsin. 3.İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Hərbi Kollecinin rəhbərliyinə göndərilsin. 4.Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №3-1(092)-27/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-27/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver