Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-29/2025 17.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X1, Vəkil: X2, Zərər çəkmiş şəxs: Kursant Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.2007-ci ildə Babək rayonunun, Şıxmahmud kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, 1 il ərzində inzibati xəta törətməmiş, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs (FİN xxxxxxx) Naxçıvan Hərbi Kollecinin 1-ci kursant taborunun 2-ci bölüyünün 3-cü taqımında xidmət edərkən, tabelik münasibətlərində olmayan, kursant Zərərçəkmiş şəxs 21 fevral 2025-ci il tarixdə, saat 19:00 radələrində yataqxana binasının “A” blokunun 32-ci otağında qarın əzələlərinə baxacağını bildirib gödəkcəsinin qabağını açmasını bildirdikdən sonra qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan "hərbi qulluqçular birbirinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq Zərərçəkmiş şəxs qarın nahiyəsindən 2 yumruq zərbəsi vurmaqla ona zor tətbiq etmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərər çəkmiş şəxs kursant Zərərçəkmiş şəxs və şahid kursant Şahid izahatları və digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında 21 fevral 2025-ci il tarixdə idmandan sonra “A” blokunun 5-ci mərtəbəsində yerləşən 44-cü otağa getdiyini, formasını dəyişdikdən sonra tibb məntəqəsinə getməsi barədə kursant Şahid məlumat vermək üçün 32-ci otağa getdiyini, həmin zaman Şahid ayaqyolunda yuyunduğundan ona gözləməsini bildirdiyini, kursant Zərərçəkmiş şəxs da otağa gəldiyini, Zərərçəkmiş şəxs üzərində gödəkcə olduğunu, sonuncuya gödəkcəsini çıxartmasını və qarın əzələlərini yoxlayacağını bildirdiyini, Zərərçəkmiş şəxs gödəkcəsini çıxartdıqdan sonra ilk öncə əli ilə qarın nahiyəsini yoxladığını, daha sonra Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, 2-ci yumruq zərbəsini vurduqda isə yumruğu Zərərçəkmiş şəxs kəmərinə dəydiyindən sağ əlinin üst hissəsi xəsarət alaraq qanadığını, ayaqyoluna gedib əlini yuduqdan sonra əlinə yara bandı yapışdırdığını göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş kursant Zərərçəkmiş şəxs izahatında 21 fevral 2025-ci il tarixdə, saat 19:00 radələrində yuyunmaq məqsədilə yataqxana binasının “A" blokunun 5-ci mərtəbəsində olan 44-cü otağa getdiyini, yuyunduqdan sonra başı ağrıdığı üçün bölük çavuşundan icazə alaraq tibb məntəqəsinə getmək məqsədilə 32-ci otağa getdiyini, orada Şəxs olduğunu, sonuncu ona qış gödəkcəsinin qabağını açmasını və qarın əzələlərinə baxacağını dediyini, gödəkcəsinin qabağını açdıqda Şəxs əli ilə qarın nahiyəsinə toxunduqdan sonra 1 dəfə sağ əli ilə qarın nahiyəsinə yumruq zərbəsi vurduğunu, Şəxs 2-ci dəfə yumruq zərbəsi vurduqda isə sağ əli bel kəmərinə dəydiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş kursant Şahid izahatında 21 fevral 2025-ci il tarixdə, saat 19:00 radələrində axşam fiziki hazırlıq saatı bitdikdən sonra 32-ci otaqda yuyunduğunu, hamam otağında olarkən Şəxs qapını döyərək hamam otağında olub-olmamasını soruşduğunu, cavabında hamam otağında olduğunu və gözləməsini bildirdiyini, hamam otağından çıxdıqdan sonra Şəxs əlinin üzərində xəsarətlər olduğunu gördüyünü, bu barədə ondan soruşduqda Şəxs jim edərkən əlinin xəsarət aldığını bildirdiyini göstərmişdir. İş materialına əlavə edilmiş Naxçıvan Hərbi Kolleci tərəfindən təqdim edilmiş arayışda Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş Naxçıvan Hərbi Kolleci tərəfindən təqdim edilmiş arayışda Şəxs və Zərərçəkmiş şəxs hərbi qulluqçu hesab edildikləri göstərilmişdir. İş materialına əlavə edilmiş Naxçıvan Hərbi Kolleci tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamələrdə Şəxs mənfi, Zərərçəkmiş şəxs isə müsbət xarakterizə edilmişdir. İş materialına əlavə edilmiş Naxçıvan Hərbi Kollecinin rəisinin 03 mart 2025-ci il tarixli, 51 №-li əmri ilə Şəxs Naxçıvan Hərbi Kollecindən xaric edilmiş və bütün növ təminatlardan çıxarılmışdır. İş materialına əlavə edilmiş Şəxs barəsində olan 91 nömrəli müayinə aktından görünür ki, Şəxs almış olduğu xəsarət “sağ əlin arxa səthinin cırılmış yaraları'' tinli bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, şəxsin məhkəmə-tibbi müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. İş materialına əlavə edilmiş kursant Zərərçəkmiş şəxs barəsində olan 119 nömrəli müayinə aktından görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində xx.xx.2025-ci il tarixdə törənməyə uyğun gələn heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan tənbeh tədbiri V.Köçərəliyevin 18 yaşı tamam olmadığından tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslərin barəsində inzibati həbs tətbiq edilə bilməz. X3 Məcəlləsinin 34-1-ci maddəsinə əsasən xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Şəxs 18 yaşı tamam olmadığından barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə əsasən 200 (iki yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Şəxs tətbiq edilmiş cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin.
3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov