Məhkəmə qərarları › İş №3-1(092)-3/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-3/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-3/2024 12.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X9 oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X4, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx N005-ci ildə Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (Hərbi Bilet SX № 07469N4), subay, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Salyan rayonunun Xıdırlı kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün 3-cü taqımının 1-ci manqasında tuşlayıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 1N yanvar N0N4-cü il tarixli, 3-3-N50/3- 000344/N0N4 nömrəli məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1N yanvar N0N4-cü il tarixli, 5 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 1N yanvar N0N4-cü il tarixli, 5 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N nömrəli hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının xidmət apardığı Babək rayonunun Gərməçataq kəndi istiqamətində yerləşən şərti adı “Kurqan” olan mövqedə tuşlayıcı vəzifəsində xidmət edən əsgər Şəxs N0N3-cü ilin təxminən noyabr ayının əvvəllərində saat 10 radələrində onunla eyni mövqedə xidmət edən və tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs ilə ərazini təmizləməyə görə mübahisə etmiş, onların mübahisə etməsini taqım komandiri bilməsin deyə əsgər Zərərçəkmiş şəxs onu səngərə dəvət edib orada mübahisəni davam etdirmiş, mübahisə zamanı əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs nalayiq ifadə işlətməsinə əsəbiləşərək onun çiyinindən əli ilə vurub itələyib yerə yıxmaqla ona zor tətbiq edib qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Faktla bağlı Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin əsgəri Zərərçəkmiş şəxs onunla tabelik münasibətlərində olmayan əsgərlər XN, Şəxs və X8 qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması faktı ilə bağlı X3 xidmətinə daxil olmuş xidməti yoxlama materialı əsasında araşdırma aparılaraq xx.xx.N0N3-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.N-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, eyni zamanda həmin materialdan əsgər Şəxs əməllərində inzibati xətanın tərkib əlamətlərinin olub-olmaması ilə bağlı xüsusatlara qiymət verilməsindən ötrü material ayrılıb Naxçıvan Hərbi Prokurorluğuna göndərilmişdir. Qərar və material Naxçıvan Hərbi Prokurorluğunda öyrənilərkən əsgər Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 1N yanvar N0N4-cü il tarixdə Naxçıvan Hərbi prokuroru vəzifəsini icra edən, Naxçıvan Hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Ramil Məmmədyarov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, N0N3-cü ilin noyabr ayının əvvələrində saat 10 radələrində baş atıcısı əsgər Şahid əsgər Zərərçəkmiş şəxs yataqxananın qarşısını süpürməsi, ona isə çirkli qabları yuması barədə tapşırıq vermiş, əsgər Zərərçəkmiş şəxs ona “gəl qabları mən yuyum, ərazini sən süpür” demiş, cavabında o, əsgər Zərərçəkmiş şəxs “mən qabları yumaq işinə ayrılmışam, mən süpürməyəcəm” deyə cavab vermiş, əsgər Zərərçəkmiş şəxs “taqım komandiri eşitməsin gedək səngərə” dedikdən sonra onlar səngərə getmiş, orada əsgər Zərərçəkmiş şəxs ona nalayiq söz dedikdə o, əsgər Zərərçəkmiş şəxs sinə nahiyəsindən itələmiş, əsgər Zərərçəkmiş şəxs yerə yıxılmış, daha sonra Zərərçəkmiş şəxs, ayağa qalxaraq onu yerə yıxmış, onun burun nahiyəsinə dizi ilə 1 zərbə, sifət nahiyəsinə yumruqla N zərbə vurmuşdur. Həmçinin əsgər Şəxs izahatında əsgər yoldaşına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, N0N3-cü ilin noyabr ayının əvvəllərində baş atıcı əsgər Şahid ona ərazini süpürməsi barədə, əsgər Şəxs isə çirkli qabları yuması barədə tapşırıq vermiş, bundan sonra o, əsgər Şəxs “gəl qabları mən yuyum, ərazini sən süpür” demiş, əsgər Şəxs “mən qabları yumaq işinə ayrılmışam, mən süpürməyəcəm” dedikdə o, əsgər Şəxs “taqım komandiri eşitməsin, gedək səngərə” demiş, onlar səngərə getmiş, orada o, Şəxs “ağzıvı belə-belə edim” dedikdə əsgər Şəxs onu itələmiş, bu zaman o, yerə yıxılmış, daha sonra ayağa qalxıb əsgər Şəxs yaxasından tutaraq badalaq verib, onu yerə yıxmış, dizi ilə əsgər Şəxs burnuna 1 dəfə, yumruqla sifətinə N dəfə vurmuşdur. Həmçinin əsgər Zərərçəkmiş şəxs izahatında əsgər Şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla, onunla barışdığını bildirərək, əsgər Şəxs barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid oxşar məzmunlu izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs və zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs izahatlarında göstərilənləri təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” N6 dekabr N0N3-cü il tarixli qərardan görünür ki, əsgər Şəxs əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.Nci maddəsinə əsasən onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. N №-li hərbi hissə komandirinin N5 avqust N0N3-cü il tarixli, N41 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Şəxs N №-li hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının tuşlayıcısı vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs isə N №-li hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının heyət nəfəri vəzifəsinə təyin edilmişlər. X5 “Məhkəmə-Tibbi Ekspertizası”nın 18 dekabr N0N3-cü il tarixli, 438 №-li ekspert rəyindən belə müəyyən olunur ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.N0N3-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, ekspert rəyində əsgər Zərərçəkmiş şəxs bədən səthində N0N3-cü ilin avqust və noyabr aylarında törənməyə uyğun gələn hər hansı bir xəsarətin və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 05 dekabr N0N3-cü il tarixli, 1745 №-li arayışdan görünür ki, əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan 0N dekabr N0N3-cü il tarixli xidməti xasiyyətnamələrdə əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs mənfi xarakterizə olunmuşlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə- on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1N-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.N-ci maddələrinin həmin Məcəllənin 30.N, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” NN dekabr N0N1-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hərbi qulluqçulara münasibətdə inzibati tənbehin tətbiq edilməsi preventiv və mühafizə məqsədləri daşıyır. Preventiv məqsəd hərbi qulluqçular tərəfindən inzibati hüquq pozuntularının törədilməsinin qarşısının alınmasında, mühafizə məqsədi isə hərbi-hüquq münasibətlərinin subyektlərinin hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin mühafizəsinin və müdafiəsinin, hərbi qulluqçuların hərbi xidmətkeçmə qaydalarının təmin olunmasında ifadə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.N.N-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.N-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinin müddəalarına müvafiq olaraq əsgər Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən üzr istəyərək, onlarla barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 615-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, əsgər Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N №-li hərbi hissənin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 1N8-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.

2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin.

3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.

4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar