Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(092)-3/2025 10.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi İbrahimov X1 Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmiş sabiq əsgər, haliyədə xidmətdən tərxis olunaraq Sabirabad rayonun Xankeçən kəndində yaşayan Şəxs oğunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan təkrar daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğu tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 28 noyabr 2024-cü il tarixli, 16 dekabr 2024-cü il tarixli qərardadlarla material Naxçıvan Hərbi Prokurorluğuna qaytarılmasına baxmayaraq inzibati xəta törətmiş şəxsin iştirakını təmin etməyərək həmin inzibati material təkrarən poçt vasitəsilə 10 yanvar 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material üzrə inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2024-cü il tarixdə hərbi xidmətdən tərxis olmuş və haliyədə Sabirabad rayonun Xankeçən kəndində yaşadığından onun məhkəməyə gətirilməsi mümkün olmadığından inzibati materialı tərtib etmiş orqana təkrarən geri qaytarılmalıdır. Belə ki, həmin iş 28 noyabr 2024-cü il və 16 dekabr 2024-cü il tarixlərdə məhkəmənin icraatına daxil olub və qeyd olunan tarixlərdə inzibati xəta törətmiş şəxs Şəxs məhkəməyə prokurorluq orqanı tərəfindən gətirilmədiyindən, qərardadla material həmin orqana qaytarılmışdır. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material üzrə inzibati xəta törətmiş şəxs, sabiq əsgər Ağayev X2 Muxtar Respublikasının ərazisində olmadığından (yaşamadığından və ya xidmət etmədiyindən) qərarı tərtib edilmiş orqana geri qaytarılmalıdır. Baxılan inzibati xəta ilə Naxçıvan Hərbi Prokurorluq orqanı tərəfindən barəsində inzibati xəta törətmiş şəxsin, zərər çəkmiş səxsin, şahidlərin iştirakları təmin edilməmişdir. Məhkəmə inzibati xəta haqqında işə baxarkən “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 298-ci bəndinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə protokol daxil olduğu gün baxılmalı olduğundan məhkəmə iclas katibi (məsləhətçi) protokol tərtib etmiş orqanın əməkdaşlarının iştirakı ilə məhkəmə iclasına çağırılmalı olan şəxslərin həmin gün məhkəməyə gətirilmələrini təşkil etməlidir. İnzibati xəta törətmiş şəxslərin məhkəməyə gətirilməsini təmin etmək üçün “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”-dan başqa digər qanunla həmin şəxslərin gətirilməsinin təmin olunmağı müəyyən edilmədiyindən, bu səbəbdən qeyd olunan Təlimatın tələbləri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Belə ki, təkrarən həmin, yəni 28 noyabr 2024-cü il tarixli, 102 №-li, və 16 dekabr 2024cü il tarixli, 102 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərarda 3-3- 250/3-012185/2024 nömrəli inzibati xəta haqqında material üzrə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmiş, sabiq əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qeyd olunmuş, bununla da iş üzrə sabiq əsgər Şəxs prosessual statusu müəyyən edilmiş, lakin buna baxmayaraq, Şəxs Naxçıvan Hərbi Prokurorluğu tərəfindən məhkəməyə gətirilməmiş və onun barəsində olan inzibati materiala Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən baxılması mümkün olmamışdır. Həmçinin Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan, yəni inzibati xəta törətmiş sabiq əsgər Şəxs məhkəmədə iştirakının təmin edilməsi aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi mümkündür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X3 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmiş sabiq əsgər, haliyədə Sabirabad rayonun Xankeçən kəndində yaşayan vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş 28 noyabr 2024-cü il tarixli, 102 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş materiallar onu tərtib etmiş orqana-Naxçıvan Hərbi Prokurorluğuna təkrar geri qaytarılsın. Sədrlik edən İlham İbrahimov
Məhkəmə qərarları › İş №3-1(092)-3/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(092)-3/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver