Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-30/2024 05.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: M N F qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxxxx 2004-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olan N nömrəli hərbi hissənin 4-cü taborunun 14-cü bölüyünün 2-ci taqımının 2-ci manqasında atıcı vəzifəsində xidmət edən əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1.-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs N nömrəli hərbi hissənin 4-cü taborunun 14-cü bölüyünün 2-ci taqımının 2-ci manqasının atıcısı vəzifəsində xidmət edərkən şərti olaraq “72-ci” adlanan mövqedə saat 06:30 radələrində qalx komandası verilməsinə baxmayaraq tabelik münasibətlərində olmayan, onunla eyni mövqedə xidmət edən həmin bölüyün 1-ci pulemyot manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs yuxudan qalxmadığı üçün onu qolundan silkələyib oyatmasına görə aralarında mübahisə baş vermiş, sonuncunun dəvəti ilə mövqeyin ərazisinə gedib orada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətməklə onun şərəf və ləyaqətini alçaltmış və sol göz nahiyəsinə yumruqla vurmaqla ona sağlamlığa zərər vurmayan “sol göz qapağının qançırı və dərialtı hematoması ilə müşayiət olunan sol göz nahiyəsinin küt travması” xəsarətini yetirmişdir. Beləliklə əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 20 yanvar 2024-cü il tarixdə, saat 06:30-da baş atıcı MAHHXHQ-su əsgər Şahid şəxsi heyyətə “qalx" komandası verildikdən sonra postun şəxsi heyyətinin yuxudan qalxdığını, lakin əsgər Zərərçəkmiş şəxs yuxudan durmadığından onun çarpayısının yanına gələrək onu oyatdığını, onun oyansa da yerindən qalxmadığını, bir az sonra onun yatağına yaxınlaşaraq əli ilə onu sol qolundan möhkəm silkələyərək onu oyatmaq istədiyini, onun hərəkətindən əsgər Zərərçəkmiş şəxs əsəbiləşib ona “əlini yığışdır, əllə danışma, sən kimsən ki, niyə məni oyadırsan”, dediyini, bu səbəbdən də aralarında mübahisə yarandığını, səs-küyə orada olan MAHHX HQ kiçik çavuş Samil Ələkbərovun onlardan nə olduğunu soruşduqda ona mübahisə etmələrini bildirmədiklərini, yataqxanadan çıxdıqdan sonra əsgər Zərərçəkmiş şəxs onu yataqxananın çölünə turnikin yanına çağıraraq mübahisəni orada davam etdirərək orada qarşılıqlı bir birlərinin yaxasından tutduqlarını, əsgər Zərərçəkmiş şəxs onu itələdikdə ayağı daşa ilişərək yerə yıxıldığını, ayağa qalxdıqdan sonra əsgər Zərərçəkmiş şəxs “var-yoxunu belə-belə edim” dediyini, bu zaman baş atıcı MAHHX HQ əsgər Şahid onların mübahisə etdiklərini görüb yanlarına gələrək, nə üçün dalaşdıqlarını soruşduqda ona heç nə demədiklərini, yataqxananın qarşısına gəldikdən sonra əsgər Zərərçəkmiş şəxs ona “mən də sənin varyoxunu belə-belə edim” dediyini, bu zaman əsəbləşərək əsgər Zərərçəkmiş şəxs sol gözündən yumruqla bir dəfə vurduğunu, əsgər Zərərçəkmiş şəxs də onun burnunun sol tərəfindən yumruqla bir dəfə vurduğunu törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında 20 yanvar 2024-cü il tarixdə saat 06:30-da şəxsi heyyətə “qalx” komandası verdikdən sonra yorğun olduğundan yerindən qalxa bilmədiyini, bir az sonra əsgər Şəxs onun çarpayısının yanına gələrək onu oyatdığını, oyansa da yerindən qalxa bilmədiyinı, Şəxs bir az sonra yenidən əli ilə onun sol qolundan möhkəm silkələyərək oyatmaq istədiyini, həmin vaxt əsəbləşib ona “əlini yığışdır, əllə mənimlə danışma, sən niyə məni oyadırsan, sən məni oyadacaq şəxs deyilsən” dediyini, bundan sonra yerindən qalxaraq yataqxananın girişinə gəldiyini, orada Şəxs görüb ona yenidən “sən nə üçün məni oyadırsan? Sən məni oyadacaq şəxs deyilsən” deyib onunla mübahisə etdiyini, orada mübahisə edərək bir birlərinin yaxasından tutduqlarını, sonra yataqxanadan çöldə mübahisəni davam etdirərək bir birlərinə qarşı nalayiq ifadələr işlətdiklərini, həmin vaxt əsgər Şəxsnin onun sol gözündən yumruqla bir dəfə vurduğunu, bundan sonra onun da qarşılıqlı əsgər Şəxs burnunun onun sol tərəfindən bir yumuruq vurduğunu, yumuruğun təsirindən sol gözündən xəsarət aldığını, S. Aslanlının hadisədən sonra ondan üzr istədiyini, onu bağışladığını, ondan hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə iclasında şahid qismində ifadəsi elan edilmış Şahid da göstərilən xüsusatları təsdiq etmişdi. Əsgər Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan 24 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs almış olduğu sol göz qapağının qançırı və dərialtı hematoması ilə müşayiət olunan sol göz nahiyəsinin küt travması xəsarətinin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə baş verməsinin istisna edilmədiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. N nömrəli hərbi hissə tərəfindən təqdim olunan arayışda əsgərlər Şəxs və Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamələrlə əsgərlər Şəxs və Zərərçəkmiş şəxs mənfi xarakterizə olunmuşlar. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin izahatı və şahidin ifadəsi ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 12 (on iki) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərararın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.
3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.
4. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N saylı hərbi hissənin komandirinə həvalə edilsin.
5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Səxavət Hüseynov