Məhkəmə qərarları › İş №3-1(092)-36/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-36/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-36/2024 15.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X2, Vəkil: X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxx 2005-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ümumi orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, N №-li hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 2-ci taqımının 2-ci manqasında tuşlayıcı vəzifəsində xidmət edən əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X3 (SX № 0752979) N nömrəli hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 2-ci taqımının 2-ci manqasında tuşlayıcı vəzifəsində xidmət edərkən, şərti olaraq “Qamışlı” adlanan mövqedə 26 fevral 2024-cü il tarixdə saat 10 radələrində onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs ilə zarafat edərkən aralarında yaranmış mübahisə zamanı əsgər Zərərçəkmiş şəxs dediyi söz onun xoşuna gəlməmiş, bu səbəbdən həmin gün saat 18:10 radələrində əsgər Şəxs Zərərçəkmiş şəxs ayaqyolunun yanına dəvət etmiş, orada mübahisəni davam etdirərək qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq əsgər Zərərçəkmiş şəxs yaxasından tutub badalaq verməklə yerə yıxıb ona zor tətbiq etmiş, Zərərçəkmiş şəxs yıxılarkən başının yerdəki daşlara dəyməsi nəticəsində “alının sağ yarısının sıyrığı” diaqnozlu, dərəcəsi təyin edilməyən xəsarət almışdır. Beləliklə, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində əzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında xx.xx.2024-cü il saat 10 radələrində əsgər yoldaşı Zərərçəkmiş şəxs döşək tikdiyini görüb onunla zarafat etdiyini, Zərərçəkmiş şəxs da cavab olaraq ona “sabah anana kömək edəndə kimsə sənə lağ etsə xoşuna gələr?” dediyini, onun elə söz deməsini nalayiq söz kimi qəbul edib həmin gün saat 18 radələrində söhbət etmək üçün Zərərçəkmiş şəxs ayaqyolunun yanına dəvət etdiyini, orada mübahisə edərkən Zərərçəkmiş şəxs yaxasından yapışdığını, sonra ona badalaq verib yerə yıxdığını, yerə yıxılarkən Zərərçəkmiş şəxs başı yerdəki daşlara dəyərək alın nahiyəsindən xəsarət aldığını göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında xx.xx.2024-cü il saat 10 radələrində xidmət etdiyi mövqeyin yataqxanasında bölük komandiri baş leytenant Şaiq Nağıyevin tapşırığına əsasən döşək tikdiyini, həmin vaxt növbəyə gedən əsgər Arif Abdullayev döşəyi elə tikməsinin onun üçün çətin olacağını dediyini, bu zaman əsgər A.Abdullayevin yanında olan Şəxs onunla zarafat edərək “sən ona demə həmin işi o, yaxşı bilir” dediyini, onun həmin sözünə cavab olaraq Şəxs “sabah anana kömək edəndə kimsə sənə lağ etsə xoşuna gələr?” dediyini, Şəxs ona heç bir cavab vermədən növbəyə getdiyini, təxminən saat 18 radələrində Şəxs onu söhbət etmək üçün ayaqyolunun yanına dəvət etdiyini, orada Şəxs ondan niyə söyüş söydüyünü soruşduğunu, o da cavab olaraq “mən sənə söyməmişəm, sənə qarşı söyüş söyən peysərdi” cavabı verdiyini, Şəxs onun yaxasından tutaraq badalaq verib onu yerə yıxdığını, yerə yıxılarkən alın nahiyəsi yerə dəyib xəsarət aldığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş MAHHXHQ kiçik çavuş Şahid izahatında 26 fevral 2024-cü ildə saat 18:15 radələrində əsgər Zərərçəkmiş şəxsla, Şəxs mübahisə etmək üçün ayaqyoluna tərəf getdiklərini eşidib dərhal onların arxasınca həmin istiqamətdə getdiyini, oraya çatanda əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs yerə yıxıb üstündə oturduğunu və onun yaxasından tutduğunu gördüyünü, onları aralaşdırıb yataqxanaya gətirdiyini göstərmişdir. İş materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən alınan rəyində Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasından keçirilmiş, xx.xx.2023-cü il tarixli 146 nömrəli ekspert rəyində onun bədən səthində alının sağ yarısının sıyrığı xəsarətinin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, göstərilən tarixdə törənməsinin istisna edilmədiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən sorğu verilərək alınmış arayışda hərbi hissənin əsgərləri Zərərçəkmiş şəxs ilə Şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Zərərçəkmiş şəxs ilə Şəxs mənfi xarakterizə edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın

3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.

5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar