Məhkəmə qərarları › İş №3-1(092)-36/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-36/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-36/2025 16.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Axundova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 2006-cı ildə Şəmkir rayon Keçili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, həmin ünvanda daimi qeydiyyatda olmaqla N saylı hərbi hissənin, 4-cü taborunun N bölüyünün əsgəri,(SX № *******) həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, edən əsgər Şəxs (SX № *******) 19 fevral 2025-ci il tarixdə, saat 15:00 radələrində taborun əsgər yataqxanasında döşəməni silərkən onunla eyni bölükdə xidmət edən, tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs onun sildiyi yerin üzərindən keçdiyinə görə aralarında yaranmış mübahisə zəminində qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozaraq, əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüş işlədib onun şərəf və ləyaqətini alçaltmış, sonra sağ əli ilə onun sol üz nahiyəsindən bir şillə vurmaqla, daha sonra qanunsuz hərəkətlərini davam etdirərək saat 16:30 radələrində əsgər yataqxanasının sanitar qovşağında mübahisəni davam etdirərək sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sol göz nahiyəsinə yumruqla vurub ona “şişkinliklə müşayiət olunan sol gözaltı nahiyəsinin hematoması” xəsarəti yetirməklə zor tətbiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, əsgər Şəxs izahatında qeyd etmişdir ki, 19 fevral 2025-ci il tarixdə, saat 15:00 radələrində yataqxananın təmizliyinə ayrıldığından yataqxananın döşəməsini silərkən sanitar qovşaqdan 4 əsgər gəlmiş, 3 əsgər kənar hissə ilə getmiş, lakin əsgər Zərərçəkmiş şəxs onun təmizlədiyi yerlə gəldiyini görüb ona “3 əsgər kənarla getdi, sən niyə orta ilə gəlirsən?” demiş, əsgər Zərərçəkmiş şəxs isə ona “sildiyini görmədim” demiş, təkrar ona “3 əsgər qıraqla getdi, sən isə sildiyim yerlə gəldin” demiş, ona yenə görmədiyini bildirdikdə yüksək səslə əsgər Zərərçəkmiş şəxs “yaxşı görmədin qaç” demişdir. Əsgər Zərərçəkmiş şəxs ona “niyə mənlə yekə-yekə danışırsan?” demiş, bu zaman sonuncuya nalayiq ifadə işlədərək “qaç da belə təmizləyim” demiş, əsgər Tahir Həsənov durub üzünə baxdıqda nalayiq ifadə işlədərək ona yaxınlaşıb sağ əli ilə sol üz nahiyəsinə 1 şillə vurmuşdur. Aralarında sözlü mübahisə davam etmiş, əsgər Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt əsgər Rəvan İbrahimovun içəri stəkan götürməyə gəldiyini, arxasınca isə bölük komandirinin gəldiyini görüb mübahisəni dayandırmış, atış məşqi qutardıqdan sonra təxminən 16:30 radələrində əsgər yataqxanasına qayıdaraq əsgər Zərərçəkmiş şəxs sanitar qovşağa çağırıb söydüyü söyüşə görə aralarında olan davanı bitirmək istəmiş, sonuncu sanitar qovşağa gəldikdə ona “o nə sözdü utanmırsan işlədirsən?” demiş, Zərərçəkmiş şəxs “ağzımdan çıxdı” dedikdə sağ əli ilə onun sol gözünün altına yumruqla vurmuş, bu zaman əsgər Zərərçəkmiş şəxs da onun sol qoluna sağ yumruğu ilə vurmuşdur. Əsgər Zərərçəkmiş şəxs onu vurması nəticəsində xəsarət almamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəyib. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında qeyd etmişdir ki, 19 fevral 2025-ci il tarixdə, saat 15:00 radələrində atış məşqinə getmək üçün əsgər yataqxanasından çıxanda yataxananın ortası ilə getmiş, həmin vaxt əsgər Şəxs əsgər yataqxanasını təmizlədiyindən ona “niyə təmizlədiyim yerlə keçirsən?” demiş, ona “görmədim” deyə cavab verdikdə aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı əsgər Şəxs ona qarşı nalayiq ifadələr işlətmiş, buna görə sonuncuya qarşı nalayiq ifadə işlətdikdə əsgər Mehtiyev sağ əli ilə onun sol üz nahiyəsinə bir şillə vurmuşdur. Yenə sözlü mübahisəyə davam etmiş, həmin vaxt sonuncuya qarşı nalayiq ifadələr işlədərək “ananı belə-belə edim” demiş, həmin vaxt əsgər Rəvan İbrahimov arxasınca isə bölük komandiri gəldiyindən aralanmışlar. Atış məşqi qutardıqdan sonra saat 16:30 radələrində əsgər yataqxanasına qayıtdıqda əsgər Şəxs onu sanitar qovşağa çağırmış, aralarında olan davanı bitirmək istədiyini demiş, sanitar qovşağa getdikdə yenidən aralarında mübahisə başlamış, bu zaman əsgər Şəxs sağ əli ilə onun sol gözünün altına yumruqla vurduğundan sağ yumruğu ilə sonuncunun sol qoluna vurmuşdur. Şəxs ondan üzr istəyib.Onu bağışlayır. Ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Şahid da izahatlarında göstərilən xüsusatları təsdiq etdi. Bununla da, Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaldıb zor tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, əsgər Şəxs, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs, şahid kapitan Şahid izahatları və materiala əlavə edilən digər sənədlərlə tam təsdiq olunur. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs və Zərərçəkmiş şəxs mənfi xarakterizə edilmişdir. Əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 128 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs aldığı şişkinliklə müşayiət olunan sol gözaltı nahiyəsinin hematoması xəsarətinin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. Bununla da, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edilməmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabain qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədəuyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin.

3. İnzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.

4. Əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilsin.

5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar