Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(092)-37/2025 21.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Hüseynov X1 rayon Dəmirçi kənd sakini Şəxs (Fin № xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sədərək Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Sədərək Rayon Polis şöbəsi tərəfindən Sədərək rayon Dəmirçi kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 27 fevral 2025-ci il tarixli, 3-13-43-9\1-886\2025 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardad və ona əlavə olunmuş sənədlər 21 aprel 2025-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material natamam olduğuna görə onu tərtib etmiş orqana Sədərək Rayon Polis şöbəsindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.03 və 106.05-ci maddələrinə əsasən hakim İnzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan İnzibati Xətalar haqqında işlərə baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan hakimə səlahiyyəti orqana (vəzifəli şəxsə) göndərilir. Bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş İnzibati Xəta haqqında işlərə, habelə bu məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələrdə baxılır. Sədərək rayon Polis şöbəsi tərəfindən Sədərək rayon Dəmirçi kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 27 fevral 2024-cü il tarixli, 3-13-43-9\1-886\2025 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardad və ona əlavə olunmuş sənədlərdən görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs hərbi qulluqçu olması ilə bağlı hər hansı bir məlumat yoxdur. Habelə həmin Məcəllənin 103.2-ci maddəsinə görə inzibati həbs nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Qeyd edilən Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan İnzibati Xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində 3 ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulduğundan həmin işə inzibati xəta haqqında qərar məhkəməyə daxil olduğu gün baxılmalıdır. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmədə iştirakı məcburi olmasına baxmayaraq həmin şəxs məhkəməyə təqdim edilməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5 və 111.3-cü maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətallar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə iştirakı məcburi olduğundan, məhkəməyə təqdim edilmədiyindən və hərbiçi olması ilə bağlı hər hansı bir təsdiq edici sənədlər olmadığından bu səbəbdən “inzibati həbs” tənbeh növü nəzərdə tutan hazırkı inzibati xəta haqqında işə inzibati xətalar qanunvericiliyinin tələblərinə əsasən tələb olunan müddətdə baxılıb tamamlanması, eləcə də onun tam, ətraflı obyektiv və ədalətli həll olunması mümkün olmadığından inzibati xəta haqqında qərardad və ona əlavə edilmiş sənədlər Sədərək Rayon Polis şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 103 və 106-111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Sədərək rayon Dəmirçi kənd sakini Şəxs (Fin № xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naxçıvan Sədərək Rayon Polis şöbəsinə daxil olmuş 27 fevral 2025-ci il 3-13-43-9\1- 886\2025 №-li qərardad və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadan şikayət verilə bilməz. Hakim Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №3-1(092)-37/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(092)-37/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver