Məhkəmə qərarları › İş №3-1(092)-38/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-38/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-38/2024 18.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X7, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 2005-ci ildə Ucar rayonunun Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Ucar rayonunun Qazyan kəndində daimi qeydiyyat olan, “Naxçıvan” X4 xidmət edən əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs “Naxçıvan” X5 Təlim- Tədris Mərkəzinin 1-ci təlim bölüyündə müdavim vəzifəsində xidmət edərkən səhhəti ilə əlaqədar stasionar müalicədə olduğu N nömrəli hərbi hospitalın “Dermotologiya” bölməsində 07 fevral 2024cü il tarixdə, saat 09:30 radələrində ayaqyoluna gedərkən dəsmalını unutduğu üçün uca səslə əsgərlərdən ona dəsmalını atmasını istəmiş, həmin bölmədə stasionar müalicə alan N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün kəşfiyyat manqasında kəşfiyyatçı vəzifəsində xidmət edən aralarında tabelik münasibəti olmayan, əsgər Zərərçəkmiş şəxs * Nəbi oğlu dəhlizə çıxıb “bu nə səsdir?” deyə soruşduqda ona “səs gəlir, gəlir da nəyinə lazımdır?” deyə cavab verməsinə görə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətməklə onun şərəf və ləyaqətini alçaltmış, sonra onun yaxasından tutmuş və daha sonra boğazından tutub sıxmaqla ona qarşı zor tətbiq edib sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan “boyunun sağ yarısının sıyrığı” xəsarətini yetirmişdir. Beləliklə əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 26 yanvar 2024-cü il tarixdə N nömrəli hərbi hospitala müraciət etmiş, həmin tarixdən “pnevmoneya” diaqnozu qoyularaq “Kardiopulmonologiya” bölməsində stasionar müalicəyə qəbul edildiyini, “Kardiopulmonologiya” bölməsində xəstələrin çoxluğu ilə əlaqədar 01 fevral 2024-cü il tarixdə “Dermotologiya” bölməsinə göndərilərək 2 nömrəli palatada müalicəsini davam etdirdiyini 07 fevral 2024-cü il tarixdə, saat 09:30 radələrində o, ayaqyoluna getmək üçün palatadan çıxmış, dəsmalını unutduğu üçün uca səslə eyni palatada müalicə aldığı N nömrəli hərbi hissənin əsgəri X3 dəsmalını ona atmasını istəmiş, həmin vaxt 6 nömrəli palatadan əsgər Zərərçəkmiş şəxs dəhlizə çıxaraq “bu nə səsdir?” soruşmuş, o, “səs gəlir gəlir da, nəyinə lazımdır?” demiş, əsgər Zərərçəkmiş şəxs ona “sən qələt edirsən mənlə elə danışırsan” ifadəsini işlətmiş, o, həmin sözü ona işlədibişlətməməsini əsgər Zərərçəkmiş şəxs soruşmuş, əsgər Zərərçəkmiş şəxs həmin ifadəni ona dediyini bildirmiş, o, da əsgər Zərərçəkmiş şəxs “qələti sən edirsən ki, mənlə elə danışırsan'1 demiş, əsgər Zərərçəkmiş şəxs onu boş olan 3 nömrəli palataya çağıraraq qapını örtmüş, o, əsgər Zərərçəkmiş şəxs yaxasından tutmuş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs onun sağ gözünün altından sol əlinin yumruğu ilə 1 dəfə vurmuş, o isə sol əli ilə onun boğazından tutaraq sıxmış, səs-küyə 4-cü palatada müalicə alan MAHHXHQ-su əsgər Şahid qapını açaraq onların mübahisə etdiyini görüb tibb bacısına bu haqda məlumat verdiyini, zərərçəkmiş şəxsdən üzr istədiyini, zərərçəkmiş şəxsin onu bağışladığını göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 25 yanvar 2024-cü il tarixdə N nömrəli hərbi hospitalın “Kardiopulmonologiya” bölməsində stasionar müalicəyə qəbul edildiyini, “Kardiopulmonologiya” bölməsində xəstələrin çoxluğu ilə əlaqədar 01 fevral 2024-cü il tarixdə müalicəsini davam etdirmək üçün “Dermotologiya” bölməsinə göndərildiyini, 07 fevral 2024-cü il tarixdə, saat 09:30 radələrində dəhlizdən səs gəldiyi üçün müalicə aldığı 6 nömrəli palatadan dəhlizə çıxaraq əsgər Şəxs gördüyünü, ondan “bu nə səsdir?” deyə soruşduğunu, Şəxs “səs gəlir gəlir da, nəyinə lazımdır?” deyə cavab verdiyini, o, əsəbi olduğu üçün Şəxs “sən qələt edirsən ki, mənlə elə danışırsan” dediyini, daha sonra Şəxs “o sözü mənə dedin?” deyə soruşduğunu, o isə “bəli, sənə dedim” deyə cavab verdiyini, Şəxs da ona “qələti sən edirsən ki, mənlə elə danışırsan” dediyini, Şəxs belə deyəndə onu boş olan 3-cü palataya çağırdığını, palatanın qapısını örtmüş, həmin vaxt Şəxs onun yaxasından tutduğunu, o, sol əlinin yumruğu ilə Şəxs sağ gözünün altından 1 dəfə vurduğunu, Şəxs isə sol əli ilə onun boğazından tutaraq sıxdığını, səs-küyə 4 nömrəli palatada müalicə alan MAHHXHQ-su əsgər Şahid onların yanına gəlib onaları aralaşdırdığını, Şəxs bağışladığını, ondan şikayəti olmadığını göstərdi. Məhkəmə iclasında ifadəsi elan edilmış şahid MAHHXHQ-su əsgər Şahid da göstərilən xüsusatları təsdiq etmişdir. Əsgər Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan 136 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs almış olduğu “boyunun sağ yarısının sıyrığı” diaqnozlu xəsarətin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə baş verməsinin istisna edilmədiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilən arayışda əsgər Zərərçəkmiş şəxs və Şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. “Naxçıvan” X9 tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə əsgər Şəxs müsbət xarakterizə olunmuşdur. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə əsgər Zərərçəkmiş şəxs mənfi xarakterizə olunmuşdur Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini,müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 12 (on iki) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərararın icrası Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.

4. Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi “Naxçıvan” X6 komandirinə həvalə edilsin.

5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar