Məhkəmə qərarları › İş №3-1(092)-39/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-39/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-39/2024 18.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı XN, Vəkil: X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx.xx.N005-ci ildə Culfa rayonunun Gülüstan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Culfa rayonunun Gülüstan kəndində daimi qeydiyyatda olan, N №-li hərbi hissənin mühəndis istehkam bölüyünün N-ci mühəndis istehkam taqımının kəşfiyyat manqasının kəşfiyyatçı vəzifəsində xidmət edən əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün N-ci mühəndis istehkam taqımının kəşfiyyat manqasının kəşfiyyatçı vəzifəsində xidmət edən əsgər Şəxs (hərbi bilet SX N° 07509N7) səhhəti ilə əlaqədar stasionar müalicədə olduğu N nömrəli hərbi hospitalın “Dermotologiya” bölməsində 07 fevral N0N4-cü il tarixdə, saat 09:30 radələrində uca səs eşidərək dəhlizə çıxıb “bu nə səsdir?” deyə soruşmuş, həmin vaxt dəhlizdə olan və həmin bölmədə stasionar müalicə alan “Naxçıvan” X4 Təlim Tədris mərkəzinin 1-ci bölüyündə xidmət edən aralarında tabelik münasibəti olmayan, əsgər Zərərçəkmiş şəxs “səs gəlir, gəlir da nəyinə lazımdır?” deyə cavab verməsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq sonuncunun ünvanına nalayiq ifadə işlədərək onun şərəf və ləyaqətini alçaltmış, sonra isə yumruqla onun sağ gözünün altından 1 dəfə vurub zor tətbiq etməklə ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan “sağ almacıq nahiyəsinin yumşaq toxumalarının əziyi” xəsarətini yetirmişdir. Beləliklə, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs izahatları, məhkəmə iclasına gəlməyən şahid MAHHX HQ əsgər Şahid təhqiqat orqanına vermiş və məhkəmədə elan olunaraq tədqiq olunmuş izahatı və digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs izahatında N5 yanvar N0N4-cü il tarixdə N nömrəli hərbi hospitalın “Kardiopulmonologiya” bölməsində stasionar müalicəyə qəbul edildiyini, “Kardiopulmonologiya” bölməsində xəstələrin çoxluğu ilə əlaqədar 01 fevral N0N4-cü il tarixdə müalicəsini davam etdirmək üçün “Dermotologiya” bölməsinə göndərildiyini, 07 fevral N0N4-cü il tarixdə, saat 09:30 radələrində dəhlizdən səs gəldiyi üçün müalicə aldığı 6 nömrəli palatadan dəhlizə çıxaraq əsgər Zərərçəkmiş şəxs gördüyünü, ondan “bu nə səsdir?” deyə soruşduğunu, Zərərçəkmiş şəxs “səs gəlir gəlir da, nəyinə lazımdır?” deyə cavab verdiyini, o, əsəbi olduğu üçün Zərərçəkmiş şəxs “sən qələt edirsən ki, mənimlə elə danışırsan” dediyini, daha sonra Zərərçəkmiş şəxs “o sözü mənə dedin?” deyə soruşduğunu, o isə “bəli, sənə dedim” deyə cavab verdiyini, Zərərçəkmiş şəxs da ona “qələti sən edirsən ki, mənlə elə danışırsan” dediyini, Zərərçəkmiş şəxs belə deyəndə onu boş olan 3-cü palataya çağırdığını, palatanın qapısını örtdüyünü, həmin vaxt Zərərçəkmiş şəxs onun yaxasından tutduğunu, o, sol əlinin yumruğu ilə Zərərçəkmiş şəxs sağ gözünün altından 1 dəfə vurduğunu, Zərərçəkmiş şəxs isə sol əli ilə onun boğazından tutaraq sıxdığını, səs-küyə 4 nömrəli palatada müalicə alan MAHHX HQ əsgər Şahid onların yanına gəldikdə aralaşdıqlarını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında N6 yanvar N0N4-cü il tarixdə N nömrəli hərbi hospitala müraciət etdiyini, həmin tarixdən “pnevmoniya” diaqnozu qoyularaq “Kardiopulmonologiya” bölməsində stasionar müalicəyə qəbul edildiyini, “Kardiopulmonologiya” bölməsində xəstələrin çoxluğu ilə əlaqədar 01 fevral N0N4-cü il tarixdə “Dermotologiya” bölməsinə göndərilərək N nömrəli palatada müalicəsini davam etdirdiyini, 07 fevral N0N4-cü il tarixdə, saat 09:30 radələrində o, ayaqyoluna getmək üçün palatadan çıxdığını, dəsmalını unutduğu üçün uca səslə eyni palatada müalicə aldığı N nömrəli hərbi hissənin əsgəri X3 dəsmalını ona atmasını istədiyini, həmin vaxt 6 nömrəli palatadan əsgər Şəxs dəhlizə çıxaraq “bu nə səsdir?” soruşduğunu, o, “səs gəlir gəlir da, nəyinə lazımdır?" dediyini, əsgər Şəxs ona “sən qələt edirsən mənlə elə danışırsan” ifadəsini işlətdiyini, o, həmin sözü ona işlədib-işlətməməsini əsgər Şəxs soruşduğunu, əsgər Şəxs həmin ifadəni ona dediyini bildirdiyini, o, da əsgər Şəxs “qələti sən edirsən ki, mənlə elə danışırsan" dediyini, Şəxs onu boş olan 3 nömrəli palataya çağıraraq qapını örtdüyünü, o, Şəxs yaxasından tutduğunu, həmin vaxt Şəxs onun sağ gözünün altından sol əlinin yumruğu ilə 1 dəfə vurduğunu, o isə sol əli ilə onun boğazından tutaraq sıxdığını, səs-küyə 4-cü palatada müalicə alan MAHHX HQ əsgər Şahid qapını açaraq onların mübahisə etdiyini gördüyünü, mübahisə zamanı sağ gözünün altı qızararaq şişdiyini, Şəxslə aralarında tabelik münasibəti olmadığını, Şəxsləbarışdığını göstərmişdir. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyən şahid MAHHX HQ əsgər Şahid təhqiqat orqanına vermiş olduğu izahatı inzibati xəta haqqında işə baxarkən elan olunaraq tədqiq edilmişdir. Əsgər Zərərçəkmiş şəxs xx.xx.N0N4-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan 135 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs almış olduğu “sağ almacıq nahiyəsinin yumşaq toxumalarının əziyi” diaqnozlu xəsarətin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə baş verməsinin istisna edilmədiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilən arayışda əsgər Şəxs və Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə əsgər Şəxs mənfi, “Naxçıvan” X4 komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə əsgər Zərərçəkmiş şəxs müsbət xarakterizə olunmuşdur. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N5 yanvar N0N4-cü il il tarixli N6 nömrəli və 08 fevral N0N4-cü il tarixli 41 nömrəli əmrlərindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin əsgəri Şəxs N5 yanvar N0N4-cü il tarixdə Kardiopulmonologiya bölməsinə müalicəyə qəbul edilmiş, müalicə müddəti bitdiyinə görə 08 fevral N0N4-cü il tarixdə xidmət yerinə getmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N6 yanvar N0N4-cü il il tarixli N7 nömrəli və 1N fevral N0N4-cü il tarixli 45 nömrəli əmrlərindən çıxarışdan görünür ki, “Naxçıvan” X4 əsgəri Zərərçəkmiş şəxs N6 yanvar N0N4-cü il tarixdə Kardiopulmonologiya bölməsinə müalicəyə qəbul edilmiş, müalicə müddəti bitdiyinə görə 1N fevral N0N4-cü il tarixdə xidmət yerinə getmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.N-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin NN fevral N0N3-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 1N8-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. N. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın

3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.

5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim: İlham İbrahimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar