Məhkəmə qərarları › İş №3-1(092)-39/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-39/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-39/2025 28.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X3, Vəkil: XN, Zərər çəkmiş şəxslər: Əsgərlər Zərərçəkmiş şəxs1, Rəcəbov Vüsal Vasif oğlunun, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Məmmədəliyev Ülvi Vüqar oğlunun, Zərərçəkmiş şəxs6 oğlunun, Zərərçəkmiş şəxs7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: MAHHXQ HQ əsgər Şəxs iştirakları ilə xx xxxx N003-cü il tarixdə Şərur rayonunun Qıvraq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Kəngərli rayonunun Qıvraq qəsəbəsində qeydiyyatda olan, N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün N-ci taqımının 3-cü manqasının komandiri vəzifəsində xidmət edən, MAHHXQ HQ əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci və 61N.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (FİN xxxxxxx ) N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün N-ci taqımının 3-cü manqasının komandiri vəzifəsində, Sədərək rayonunun Heydərabad qəsəbəsi ərazisində yerləşən şərti adı ‘Vaqon N” adlanan mövqedə xidmət edərkən, N0N5-ci ilin yanvar ayının 1N-də saat 18 radələrində “Vaqon N” mövqeyinin yeməkxanasında onunla eyni bölükdə xidmət edən, aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxsN Vaqif oğlunun onun yanında əlini cibinə qoyması səbəbindən ünvanına nalayiq söz deyib şərəf və ləyaqətini alçaltmaqla, yaxasından tutub onu divara çırpıb sonra da itələyib stolların üstünə yıxıb zor tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bundan əlavə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs həmin vəzifədə xidmət edərkən N0N4-cü ilin dekabr ayının əvvəlləri, saat 14 radələrində “Vaqon N” adlanan mövqenin yataqxanasında onunla eyni bölükdə xidmət edən, aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxsN Vaqif oğluna ərazini təmizləməsi ilə bağlı göstəriş verərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birlərinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub “Vaqon N” mövqeyinin yataqxanasında onun ünvanına nalayiq söz deyib şərəf və ləyaqətini alçatmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Həmçinin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs həmin vəzifədə xidmət edərkən N0N4-cü ilin dekabr ayının təxminən sonlarında, saat 16 radələrində aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs1 mövqenin istiqamətində traktorun gəlməsi barədə məlumatı verməməsi səbəbindən“Vaqon N” mövqeyinin yataqxanasının qarşısında onun ünvanına nalayiq söz deyib şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bundan başqa, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs həmin vəzifədə xidmət edərkən N0N4-cü ilin dekabr ayının təxminən sonlarında saat NN radələrində aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs3 “Vaqon N” mövqeyinin silah otağında zirehli gödəkcəni təyin olunmuş yerə səliqəli qoymaması səbəbindən onun ünvanına nalayiq söz deyib şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bundan başqa, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs həmin vəzifədə xidmət edərkən N0N4-cü ilin dekabr ayının təxminən sonlarında saat 10 radələrində “Vaqon N” mövqeyinin yataqxanasında aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs3 təmizliyi keyfiyyətli etməməsi səbəbindən onun ünvanına nalayiq söz deyib şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bundan əlavə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs həmin vəzifədə xidmət edərkən N0N4-cü ilin dekabr ayının təxminən ortalarında, saat 13 radələrində aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs4 “Vaqon N” mövqeyinin ayaqyolusunu yaxşı təmizləməməsi səbəbindən onun ünvanına nalayiq söz deyib şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Habelə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs həmin vəzifədə xidmət edərkən N0N5-ci ilin yanvar ayının təxminən ortalarında saat 15 radələrində aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs5 ərazidə olan it nəcislərini təmizləməməsi səbəbindən “Vaqon N” mövqeyinin yataqxanasının önündə onun ünvanına nalayiq söz deyib şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bundan başqa, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs həmin vəzifədə xidmət edərkən N0N5-ci ilin yanvar ayının təxminən əvvəlləri, saat 18 radələrində əsgər Zərərçəkmiş şəxs4 belində ağrı olduğundan yataqxanada çarpayıda oturmasını görüb onunla mübahisə etmiş, əsgər Zərərçəkmiş şəxs4 bu barədə atasına şikayət edəcəyini dedikdə MAHHXHQ əsgər Şəxs onun ünvanına nalayiq söz deyərək şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bundan əlavə, araşdırma zamanı müəyyən edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şəxs N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün N-ci taqımının 3-cü manqasının komandiri vəzifəsində, Sədərək rayonunun Heydərabad qəsəbəsi ərazisində yerləşən şərti adı “Vaqon N” adlanan mövqedə xidmət edərkən N0N5-ci ilin təxminən yanvar ayının əvvəli, saat 1N radələrində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxs8 döyüş növbəsinə apararkən onun gecikməsi səbəbindən ünvanına nalayiq söz deməklə öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Habelə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs həmin vəzifədə xidmət edərkən təxminən 8 yanvar N0N5-ci il tarixdə saat 14 radələrində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxs9 ona təhkim edilən avtomat silahını təmizləməməsi səbəbindən mövqenin yataqxanasında onun ünvanına nalayiq söz deməklə öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Bundan başqa, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs həmin vəzifədə xidmət edərkən 10 yanvar N0N5-ci ildə səhər saatlarında hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxs6 Qüdrət oğlunun yatağını səliqəyə salmadığından mövqenin yataqxanasında onun ünvanına nalayiq söz deməklə öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Bundan başqa, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs həmin vəzifədə xidmət edərkən N0N4-cü ilin dekabr ayının sonları gecə saatlarında hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxs7 döyüş növbəsinə apararkən onun gecikməsi səbəbindən mövqenin yataqxanasında onun ünvanına nalayiq söz deməklə öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Bundan əlavə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs həmin vəzifədə xidmət edərkən N0N5-ci ilin yanvar ayının əvvəllərində saat 10 radələrində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxs7 yataqxanada təmizlik işlərinə göndərərkən sonuncunun getmək istəmədiyini görüb onun ünvanına nalayiq söz deməklə öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Bununla da, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şəxs tabelik münasibətlərində olan və olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Beləliklə, MAHHXQ HQ əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci və 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs MAHHXHQ əsgər Şəxs izahatında qeyd etmişdir ki, N0N4-cü ilin dekabr ayının təxminən sonlarında rabitədə oturan əsgər Zərərçəkmiş şəxs1 mövqenin istiqamətində traktor gəlməsi barədə məlumat vermişlər, o, bu barədə məlumat verməmiş, saat 16 radələrində çöldə olarkən traktorun gəldiyini görüb Zərərçəkmiş şəxs1 nalayiq sözlə “sən filansan” deyib təhqir etmişdir. Bundan başqa N0N4-cü ilin dekabr ayının təxminən sonlarında saat NN radələrində MAHHXHQ əsgər M.Nağıyev əsgərləri döyüş növbəsindən yataqxanaya gətirmiş, əsgər Zərərçəkmiş şəxs3 silah otağında zirehli gödəkcəni təyin olunmuş yerə səliqəli qoymamış, yəni asılqana düzgün asmamış, buna görə ona nalayiq sözlər demişdir. N0N5-ci ilin yanvar ayının 1N-də saat 18 radələrində şəxsi heyətdən bir neçə nəfər yeməkxanada yemək yemişlər. Həmin gün yemək gələn vaxt əsgər Zərərçəkmiş şəxsN əli cibində onun yanında durmuş, ona irad tutub əlini cibindən çıxarmasını demişdir. Təxminən yarım saat sonra o, yeməkxanada əli cibində onun yanında dayanmışdır. Ona “sənin filan yerini dağıdaram, sən qudurubsan mənim yanımda əlini cibindən çıxarmırsan” demiş, Zərərçəkmiş şəxsN ona “normal deyin edim, niyə söyüş söyürsünüz” demişdir. Həmin vaxt əsəbiləşib, yeməkxanada Zərərçəkmiş şəxsN yaxasından tutub divara çırpmış, sonra itələyib stolların üstünə yıxmışdır. Orada olan əsgərlər Zərərçəkmiş şəxs7 onları aralaşdırmışdır. Əsgər Zərərçəkmiş şəxs4 ayaqyolunu təmizləməyi desə də,- yaxşı təmizləmədiyinə görə ona nalayiq söz deməsini unutmuşdur. N0N5-ci ilin yanvar ayının təxminən əvvəlləri, saat 18 radələrində belində ağrı olduğundan yataqxanada Zərərçəkmiş şəxs4 çarpayıda oturmuş, onu oturmağa qoymamış, bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı ona nalayiq söz demişdir. Zərərçəkmiş şəxs7 dəfələrlə növbəyə gecikmiş, N0N5-ci ilin dekabr ayının sonları gecə saatlarında onu döyüş növbəsinə aparanda yenə də gecikmiş, buna görə ona “sən gecikirsən, filan yerini dağıdacağam” demişdir. Zərərçəkmiş şəxs5 N0N5-ci ilin yanvar ayının ortalarında saat 15 radələrində ərazidə olan it nəcislərini təmizləməmiş, bu səbəbdən onun ünvanına nalayiq söz “filan ol get təmizlə” demişdir. Əsgər Zərərçəkmiş şəxs9 N0N5-ci ilin yanvar ayının təxminən 8-i tarixində, saat 14 radələrində ona təhkim edilən avtomat silahını təmizləməməsi səbəbindən onun ünvanına nalayiq sözlər demişdir. Ona təhkim olunan avtomat silahı uzun müddət silah otağında qalmış, Zərərçəkmiş şəxs9 silahına baxıb çirkli olmasını görmüş, nahardan sonra şəxsi heyəti işə böləndə ona “filan ol, get silahını təmizlə” demişdir. Zərərçəkmiş şəxs6 onun tabeliyində xidmət etmiş, onun çarpayısının üstünü səliqəyə salmamış, Zərərçəkmiş şəxs6 yanına çağırmış, ona “get yatağını səliqəyə sal” dedikdə, onun getmək istəmədiyini görmüş, təkid etdikdən sonra o, gedib çarpayını səliqəyə salmış, uca səslə “gördün ağzını filan edib səni yatağını yığmağa göndərdim” demişdir. Zərərçəkmiş şəxs7 növbədən çıxarkən ona yataqxananı süpürməsini demiş, Zərərçəkmiş şəxs7 ona istirahət vaxtının olduğunu demişdir. Buna görə “filan ol" get süpür, sonra gedib yatarsan demişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxsN izahatında göstərmişdir ki, N0N4-cü ilin dekabr ayının əvvəlləri, saat 14 radələrində MAHHXHQ əsgər Şəxs ona tapşırıq verib yeri süpürməsini demiş, həmin vaxt ona “gəl filan ol” yeri süpür deməklə nalayiq söz demişdir. Bundan başqa N0N4-cü ilin dekabr ayında dəfələrlə MAHHXHQ əsgər Şəxs ona qarşı nalayiq sözlər işlətmiş, lakin onun nalayiq sözləri konkret olaraq nə vaxt deməsini unutmuşdur. N0N5-ci ilin yanvar ayının 1N-də saat 18 radələrində yeməkxanada əlini cibinə qoymuş, bu vaxt MAHHXHQ əsgər Şəxs ona “filan yerini dağıdaram, sən kimsən ki, əlini mənim yanımda cibinə qoyursan?” demiş, Şəxs “niyə söyüşlə deyirsən, mülayim desəniz, başa düşəcəyəm” demiş, Şəxs onun kitelinin yaxasından tutub onu divara çırpmış, sonra da itələyib onu stolların üstünə yıxmışdır. X6 Zərərçəkmiş şəxs7 onları ayırmışdır. Bundan başqa N0N4-cü ilin dekabr ayının təxminən ortalarında, saat 13 radələrində Şəxs əsgər Zərərçəkmiş şəxs4 gedib ayaqyolunu təmizləməsini demişdir. Zərərçəkmiş şəxs4 ayaqyolunu yaxşı təmizləməmiş, bu səbəbdən Şəxs ona “yaxşı təmizləməyibsən, mənə dəxili yoxdur, get dilinlə yala təmizlə, filan ol təmizlə” demişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxs1 izahatında qeyd etmişdir ki, N0N4-cü ilin noyabr ayının N6-da bölük komandiri kapitan Asim Hüseynli məzuniyyətə getmiş, o, N0N4-cü ilin dekabr ayının 31-dək məzuniyyətdə olmuşdur. Onun olmamağından istifadə edən MAHHXHQ əsgər Şəxs mövqedə xidmət edən əsgərlərə qarşı nalayiq ifadələr işlətmiş, özünü böyük kimi aparmış, guya postun ümumi rəhbəri kimi davranmışdır. N0N4-cü ilin dekabr ayının təxminən sonları, saat 16 radələrində rabitədə olmuş, “Ağdam” mövqeyindən rabitə ilə məlumat verib traktorun mövqeyə tərəf gəldiyini demişlər. Bu barədə MAHHXHQ əsgər Şəxs məlumat verməməsi səbəbində ona “filansan” deyib onu nalayiq sözlərlə təhqir etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxs7 izahatında qeyd etmişdir ki, MAHHXHQ əsgər Şəxs tabeliyində xidmət edir. N0N4-cü ilin dekabr ayının sonları gecə saatlarında MAHHXHQ əsgər Şəxs onu döyüş növbəsinə aparan vaxt “filan ol, bir az tez qalx, yubansan sənin filan yerini dağıdacayam” deyib onu nalayiq sözlərlə təhqir etmişdir. Bundan başqa N0N5-ci ilin yanvar ayının əvvəllərində, saat 10 radələrində MAHHXHQ əsgər Şəxs ona “filan ol get kazarmanı süpür” demiş, ona etirazını bildirib istirahət saatının olduğunu dedikdə, “get filan ol süpür, təmizlik, tamamlanmayınca heç kəs yata bilməz” demişdir. N0N4-cü ilin noyabr ayının sonlarında bölük komandiri məzuniyyətə getmiş, onun orada olmamasından istifadə edən MAHHXHQ əsgər Şəxs bir neçə dəfə özünün tabeliyində olan manqanın əsgərlərinin istirahət saatını kəsib təmizlik işlərinə cəlb etmiş, etiraz edəndə isə onlara nalayiq ifadələr deyib həmin şəxsləri təhqir etmişdir. N0N5-ci ilin yanvar ayının 1Ndə saat 18 radələrində yeməkxanada yemək yeyərkən əsgər yoldaşı Zərərçəkmiş şəxsN əli cibində qaz sobasının yanında durmuş, bu vaxt MAHHXQ əsgər Şəxs ona “sənin arxanı dağıdacam” demiş. Zərərçəkmiş şəxsN ondan niyə elə dediyini soruşmuş, Şəxs “əlini cibindən çıxart, sən kimsən ki, mənim yanımda əlini cibinə qoyursan” cavabı vermişdir. Zərərçəkmiş şəxsN “bunu söyüşsüz desəniz, əlimi cibimdən çıxardaram” demiş, həmin sözə MAHHXHQ əsgər Şəxs əsəbiləşib əsgər Zərərçəkmiş şəxsN yaxasından tutub onu divara çırpmış, sonra da itələyib onu stolların üstünə yıxmışdır. Onları aralaşdırmış, sonra döyüş növbəsinə getmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxs3 izahatında göstərmişdir ki, N0N4-cü ilin dekabr ayının təxminən sonlarında saat NN radələrində növbəni dəyişib yataqxanaya gəlmiş, zirehli gödəkcəni açıb asılqana asmışdır. Gödəkcəni oradan səliqəsiz asdığına görə MAHHXHQ əsgər Şəxs ona nalayiq ifadə işlədib “bunu filan ol səliqəli-düz as” demişdir. Həmin günün sabahısı, yəni N0N4-ci ilin dekabr ayının sonlarında saat 10 radələrində MAHHXHQ Şəxs yataqxananın döşəməsini süpürmüş, Şəxs gəlib onun süpürdüyü yerə baxmış və ona təmiz süpürmədiyini demişdir. Ona əsgərlərin botinkasından palçıq töküldüyünü demişdir. Şəxs əsəbiləşib “get belə-belə ol, təmizlə" demişdir. Şəxs dəfələrlə həm öz tabeliyində olanlara, həm də digər əsgərlərə qarşı nalayiq sözlər işlətmiş, hadisələrin üzərindən uzun müddət keçdiyinə görə dəqiq tarixini bilməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxs4 izahatında göstərmişdir ki, N0N4-cü ilin dekabr ayının təxminən ortalarında saat 13 radələrində MAHHXHQ əsgər Şəxs göstərişi ilə ayaqyolunu təmizləmiş, sonra Şəxs gedib ayaqyoluna baxıb ona “yaxşı təmizləməyibsən, mənə dəxili yoxdur, gəl dilinlə yala təmizlə, filan ol təmizlə” demişdir. N0N4-cü ilin dekabr ayının təxminən əvvəllərində saat 14 radələrində MAHHXHQ əsgər Şəxs əsgər Zərərçəkmiş şəxsN yataqxanada döşəməni süpürməsini tapşırmış, həmin vaxt ona “gəl filan ol yeri süpür” demişdir. N0N4-cü ilin dekabr ayında MAHHXHQ əsgər Şəxs saat NN radələrində əsgər Zərərçəkmiş şəxs3la növbədən düşəndə əsgər Zərərçəkmiş şəxs3 “ay filan bronjileti düzənməli as da” demişdir. N0N5-ci ilin yanvar ayının 1N-də saat 18 radələrində şəxsi heyət yataqxananın yeməkxanasında yemək yeyərkən o, çöldə siqaret çəkmişdir. Siqareti pəncərənin önündə çəkdiyinə görə içəridə baş verən hadisələri görmüşdür. Yeməkxanada Zərərçəkmiş şəxsN əlini cibinə qoyduğundan MAHHXHQ əsgər Şəxs onun üstünə gedib kitelinin yaxasından tutub onu divara çırpmış, sonra da itələyib onu stolların üstünə yıxmışdır. X6 Zərərçəkmiş şəxs7 onları ayırmışdır. Bundan sonra MAHHXHQ əsgər Şəxs Zərərçəkmiş şəxsN nə isə deyib növbəni dəyişməyə getmiş, təxminən 5-10 dəqiqə sonra yeməkxanaya qayıtmış, Zərərçəkmiş şəxsNla söhbət etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxsN ağlamışdır. Bundan sonra Şəxs çölə çıxmışdır. Bundan başqa, N0N5-ci ilin yanvar ayının təxminən əvvəlləri, saat 18 radələrində belində ağrı olduğundan çarpayıda oturub bir az dincəlmək istəmişdir. Həmin vaxt Şəxs də öz çarpayısında uzanmışdır. Yataqxanada Zərərçəkmiş şəxs3 bunu görmüşdür. Şəxs “əsgər çarpayıda oturma” demişdir. O, Şəxs “özün botinka ilə uzanıbsan, amma bizi qoymursan” demişdir. Şəxs ona “nədir, məni şikayət edəcəksən?” demiş, ona cavabında “bəli şikayət edəcəyəm, amma indi vaxtı deyil” cavabı vermiş, sonra çölə çıxıb siqaret çəkmişdir. Həmin vaxt Şəxs onun yanına gəlmiş, kimə şikayət edəcəyini soruşmuşdur. Ona atasına şikayət edəcəyini dedikdə Şəxs “al şikayət et, sən də filan yeyirsən, şikayət etdiyin adamda” deyib onu təhqir etmişdir. Ertəsi gün MAHHXHQ əsgər M.Nağızadənin telefonunu alıb atasına zəng vurub ona postda olan əhval-ruhiyyənin aşağı olduğunu, MAHHXHQ əsgər Şəxs hamıya nalayiq sözlər dediyini bildirmiş, atası Sabit Axundov da N nömrəli hərbi hissədən yuxarı komandirlərdən kiməsə demiş, bundan sonra araşdırma aparılmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxs5 izahatında qeyd etmişdir ki, N0N4-cü ilin dekabr ayının təxminən ortalarında saat 13 radələrində MAHHXHQ əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs4 ayaqyolunu təmizləməsinə göstəriş vermiş, Zərərçəkmiş şəxs4 ayaqyolunu təmizləmişdir. Həmin vaxt MAHHXHQ əsgər Şəxs yataqxananın önündə durub telefonla danışmış, Zərərçəkmiş şəxs4 ayaqyolunu təmizlədiyini məruzə etmişdir. Ona məruzə edəndən sonra Şəxs gedib ayaqyoluna baxıb qışqırıb “yaxşı təmizləməyibsən, mənə dəxili yoxdur, gəl dilinlə yala təmizlə, filan ol təmizlə” demişdir. Zərərçəkmiş şəxs4 da ona “bölük komandiri deyib ki, postda ayaqyolu normal təmizləndisə, artıq təmizliyə ehtiyac yoxdur” cavabı vermişdir. Bundan başqa, N0N5-ci ilin yanvar ayının ortalarında saat 15 radələrində MAHHXHQ əsgər Şəxs ona göstəriş verib gedib ərazidə olan itlərin nəcisini təmizləməsini demiş, onu həmin işi görməyə göndərəndə “filan ol” get ərazini təmizlə demişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxs6 Qüdrət oğlu izahatında göstərmişdir ki, 10 yanvar N0N5-ci ildə səhər vaxtı yatağını səliqəli yığmamış, buna görə manqa komandiri MAHHXHQ əsgər Şəxs onu yenidən yatağını səliqəyə salmasını demiş, o, gedib yatağını səliqəyə salarkən MAHHXHQ əsgər Şəxs onun ünvanına “ağzını belə-belə edib yenidən yatağını yığdırdım” demişdir. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyən zərər çəkmiş şəxslər, əsgər Zərərçəkmiş şəxs8 və N №-li hərbi hissənin sabiq hərbi qulluqçusu, Zərərçəkmiş şəxs9 təhqiqat orqanına vermiş olduğu izahatları inzibati xəta haqqında işə baxarkən elan olunaraq tədqiq edilmişdir. İş materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının N3 yanvar N0N5-ci il tarixli müayinə aktında və xx.xx.N0N5-ci il tarixli 63 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxsN bədən səthində hər hansı xəsarət və xəsarət izlərinin aşkar edilmədiyi qeyd edilmişdir. İş materialına əlavə edilmiş Hərbi hissədən təqdim edilən arayışda MAHHXHQ əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxsN Vaqif oğlunun və onunla eyni manqada xidmət edən digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandirinin N noyabr N0N4-cü il tarixli əmri ilə MAHHXHQ əsgər Şəxs 1-ci taborun 1-ci bölüyünün, N-ci taqımının 3-cü manqasının komandiri vəzifəsinə təyin edilmişdir. İş materialına əlavə edilmiş həmçinin N nömrəli hərbi hissə komandirinin N noyabr N0N4-cü il tarixli 3N3 nömrəli əmri ilə əsgər Zərərçəkmiş şəxsN 1-ci taborun 1-ci bölüyünün 1-ci taqımının 3-cü manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsində təyin edilmişdir. İş materialına əlavə edilmiş Hərbi hissə komandirinin həmin əmri ilə əsgərlər X4 1-ci taborun 1-ci bölüyünün 1-ci taqımının 3-cü manqasının atıcısı, Zərərçəkmiş şəxs3 1-ci taborun 1-ci bölüyünün 1-ci taqımının 3-cü manqasının heyət nəfəri atıcısı, Zərərçəkmiş şəxs8 1-ci taborun 1-ci bölüyünün N-ci taqımının 3-cü manqasını baş atıcısı vəzifəsinə, Zərərçəkmiş şəxs7 1-ci taborun 1-ci bölüyünün N-ci taqımının 3-cü manqasının heyət nəfəriatıcı vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs9 1-ci taborun 3-cü bölüyünün, N-ci taqımının 1-cü manqasının qumbaraatanı vəzifəsinə təyin edilmişlər. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N4-cü il tarixli əmri ilə əsgər Zərərçəkmiş şəxs4 1-ci taborun 1-ci bölüyünün, N-ci taqımının N-ci manqasını baş qumbaraatanı vəzifəsinə, 03 yanvar N0N5-ci il tarixli əmri ilə Zərərçəkmiş şəxs6 Qüdrət oğlu 1-ci taborun 1-ci bölüyünün, N-ci taqımının 3-cü manqasını tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. İş materialına əlavə edilmiş hərbi hissə komandanlığından təqdim edilən xidməti xasiyyətnamələrdə əsgərlər Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 Qüdrət oğlu müsbət, MAHHXHQ əsgər Şəxs isə mənfi xarakterizə edilmişdir. İş materialına əlavə edilmiş hərbi hissədən təqdim edilən arayışda 1-ci taborun 1-ci bölüyünün, N-ci taqımının 3-cü manqasının komandiri MAHHXHQ əsgər Şəxs ilə həmin bölüyün 1- ci taqımının 3-cü manqasının atıcı qumabaratan köməkçisi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxsN Vaqif oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş arayışda Şəxslə əsgərlər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs6 Qüdrət oğlu arasında tabelik münasibətlərinin olduğu göstərilmişdir. İş materialına əlavə edilmiş N05 nömrəli hərbi hissədən təqdim edilən xx.xx.N0N5-ci il tarixli arayışda MAHHXHQ əsgər Şəxs hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir. İş materialına əlavə edilmiş X1 Sisteminin məhkumluq barədə məlumatlar bölməsindən edilmiş çıxarışda Şəxs məhkumluğunun olmadığı göstərilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №-li hərbi hissədə xidmət edən MAHHXHQ əsgər Şəxs onunla tabelik münasibətlərində olan və olmayan N №-li hərbi hissədə xidmət edən əsgərlər Zərərçəkmiş şəxsN Vaqif oğluna, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs6 Qüdrət oğluna qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci və 61N.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. MAHHXHQ əsgər Şəxs inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci və 61N.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinə əsasən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması- on gündən iyirmi günədək müddətə inzibati həbs, 61N.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.N-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N-ci maddəsinə əsasən MAHHXHQ əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslərlə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən MAHHXHQ əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən MAHHXHQ əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci və 61N.1-ci maddələrinin sanksiyasında müəyyən olunmuş qaydada deyil, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.N-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş İnzibati Xətalar Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin NN fevral N0N3-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Elgün Əliyevin 19 dekabr N0N4-cü il tarixli məktubuna əsasən 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610- 618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların 1-ci (Bakı şəhəri), N-ci (Sumqayıt şəhəri) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarının adlarının göstərilməsi məqsədəuyğun hesab edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, MAHHXHQ əsgər Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 1N8-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. MAHHXHQ əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci və 61N.1-ci maddələri ilə təqsirli bilinib, barəsində İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 30 (otuz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. N. Qərarın icrası MAHHXHQ əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. Qərarın icrası Bakı şəhəri 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına həvalə edilsin.

4. MAHHXHQ əsgər Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına təhvil verilməsi, onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar