Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-4/2024 12.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi ədliyyə mayoru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə 23 mart 2003-cü ildə Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuş, subay, tam orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Kəngərli rayonunun Qarabağlar kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 3-cü taqımının 1-ci manqasında qumbara atan vəzifəsində xidmət edən, əsgər yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati icraat aparılan şəxs, əsgər Şəxs qeyd etmişdir ki, 2023-cü ilin avqust ayının sonlarında saat 09 radələrində yataqxanada əsgər Şahid ona “çiyin nahiyələrim ağrıyır” demiş, əsgər Şahid “gəl sənin çiyin nahiyələrini ovxalayım” demiş, əsgər Şahid razılaşmış, əsgər Şahid çiyin nahiyələrini ovxaladıqdan sonra əsgər Zərərçəkmiş şəxs “mənim varikoselim var, mənə ağırlıq qaldırmaq olmaz, gəl əsgər Şahid quluncunu qır” deyə bildirmiş, əsgər Zərərçəkmiş şəxs etməyib yataqxanadan çıxmış, buna görə əsgər Zərərçəkmiş şəxsla mübahisə etmiş və onu odun damının yanına çağırmış, orada yenə əsgər Zərərçəkmiş şəxs nə üçün nalayiq ifadə dediyini soruşmuş, əsgər Zərərçəkmiş şəxs başını onun başına dirəyərək “yaxşı edirəm” demiş, əhəmiyyət verməyib yataqxananın qarşısına getmiş, orada əsgər Zərərçəkmiş şəxs onun yaxasından tutmuş, onun da əsgər Zərərçəkmiş şəxs yaxasından tutub badalaq verərək yerə yıxmış, orada olan əsgər Şahid onları aralamış, əsgər Zərərçəkmiş şəxs “gör sənin nəyini belə-belə edəcəm” deyərək yerdən daş parçasını götürmüş, əsgər Zərərçəkmiş şəxs “etməyənin var yoxun belə-belə edim” deyərək yataqxanaya daxil olmuşdur. Beləliklə əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 2023-cü ilin avqust ayının sonlarında saat 09 radələrində yataqxanada əsgər Şahid ona “çiyin nahiyələrim ağrıyır” demiş, əsgər Şahid “gəl sənin çiyin nahiyələrini ovxalayım” dediyini, əsgər Şahid da onunla razılaşdıqdan sonra əsgər Şahid çiyin nahiyələrini ovxaladığını, sonra əsgər Zərərçəkmiş şəxs “mənim varikoselim var, mənə ağırlıq qaldırmaq olmaz, gəl əsgər Şahid quluncunu qır” dediyini, əsgər Zərərçəkmiş şəxs onun dediklərini etməyib yataqxanadan çıxdığını, buna görə də əsgər Zərərçəkmiş şəxsla mübahisə edərək onu odun damının yanına çağırdığını, orada yenə əsgər Zərərçəkmiş şəxs nə üçün nalayiq ifadə dediyini soruşduqda əsgər Zərərçəkmiş şəxs başını onun başına dirəyərək “yaxşı edirəm” deyərək ona əhəmiyyət verməyib yataqxananın qarşısına getdiyini, orada əsgər Zərərçəkmiş şəxs onun yaxasından tutduqda onun da əsgər Zərərçəkmiş şəxs yaxasından qarşılıqlı tutub badalaq verərək yerə yıxdığını, orada olan əsgər Şahid onları ayrdığını, əsgər Zərərçəkmiş şəxs “gör sənin nəyini belə-belə edəcəm” deyərək yerdən daş parçasını götürdüyünü, əsgər Zərərçəkmiş şəxs “etməyənin var yoxun belə-belə edim” deyərək yataqxanaya daxil olduğunu, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 3-cü taqımının 1-ci manqasında “Kurqan” mövqeyində heyət-nəfəri atıcı vəzifəsində xidmət etdiyini qeyd edərək bildirdi ki, 2023-cü ilin avqust ayının sonlarında saat 09 radələrində əsgər Şəxs ona əsgər Şahid quluncunu qırmasını dediyini, yorğun olduğundan ona kobud qaydada cavab qaytardığını, əsgər Şəxs onun ünvansız söyüş söyməsinə görə mübahisə etdiyini, mübahisə zamanı əsgər Şəxs yaxasından tutduğunu, əsgər Şəxs da onun yaxasından tutub badalaq verərək yerə yıxdığını, əsgər Şahid onları araladığını, əsəbi olduğundan ona qarşı nalayiq sözlər deyib deyərək yerdən daş parçası götürdüyünü, əsgər Şəxs “etməyənin var yoxun belə-belə edim” deyib yataqxanaya getdiyini Şəxs bağışladığını, ondan şikayət və tələbi olmadığını göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilən əsgər Şahid izahatında göstərilən xüsusatları təsdiq etdi. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamələrdə əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs mənfi xarakterizə olunurlar. N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışda əsgər Şəxs, əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilir. Əsgər Şəxs xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan 436 nömrəli ekspert rəyində əsgər Şəxs bədən səthində 2023-cü ilin avqust ayında törənməyə uyğun gələn hər hansı bir xəsarətin və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Əsgər Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan 438 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs bədən səthində 2023-cü ilin avqust və noyabr aylarında törənməyə uyğun gələn hər hansı bir xəsarətin və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərar dərhal icra olunsun.
3. Həbs etmənin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablansın.
4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.
5. Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin haubtvaxtına təhvil verilməsi xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin.
6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Səxavət Hüseynov