Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-4/2025 14.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X1, Vəkil: X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Baş leytenant Şəxs iştirakları ilə xx xxxxxx 1992-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, N nömrəli hərbi hissəsinin 1-ci tədris taborunun, 1-ci tədris bölüyünün 1-ci taqımının komandiri vəzifəsində xidmət edən, baş leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 14 yanvar 2025-ci il tarixli, 3-3-250/2-001223/2025 №li məktubu ilə baş leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 14 yanvar 2025-ci il tarixli, 3 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 14 yanvar 2025-ci il tarixli, 03 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci tədris taborunun, 1-ci tədris bölüyünün 1ci taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən Şəxs N dekabr 2023-cü il tarixdə, saat 08:30-da xidmət yerinə gəlməli olduğu halda üzrlü səbəblər olmadan 06 dekabr 2024-cü il saat 18:30-dək xidmət yerinə gəlməmiş, onun üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmamışdır. Faktla bağlı N №-li hərbi hissə tərəfindən araşdırma aparılaraq, Şəxs qeyd edilən əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində müvafiq qərar qəbul edilməsi üçün toplanmış material Naxçıvan Hərbi Prokurorluğuna göndərilmişdir. Baş leytenant Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 14 yanvar 2025-ci il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs baş leytenant Şəxs izahatında 01 dekabr 2024-cü il tarixdə atası və anası ilə telefonda video görüntü vasitəsi ilə danışdıqdan sonra onların səhhətindəki problemlər olmasından və buna görə onların köməyinə çata bilmədiyinə görə özünü narahat hiss etdiyini, xx.xx.2024-cü ildə, saat 08:30-da xidmət yerinə getməli olduğu halda həmin gün xidmət yerinə getmədiyini, bundan başqa xidmət yerinin dəyişdirilməsi ilə bağlı yuxarı komandanlığa etdiyi müraciətin cavabsız qalmasına əsəbləşərək komandanlıq səviyyəsində diqqət çəkmək üçün xidmət yerinə getmədiyini, xidmət yerinə getmədiyi vaxtlarda leytenant Şahid2, mayor Hüseyn Qəhrəmanovun ona telefonla zəng etdiyini, ondan nə üçün xidməti yerinə gəlməməsinin səbəbini soruşarkən onlara müraciəti ilə bağlı heç bir tədbir görülmədiyi üçün məcbur qalıb komandanlığın diqqətini çəkmək üçün belə bir hərəkət etdiyini bildirdiyini, daha sonra 09 dekabr 2024-cü il tarixdə, saat 08:30-da xidməti yerinə getdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş mayor Şahid1 izahatında xx.xx.2024-cü il tarixdə, saat 08:30-da baş leytenant Şəxs xidmət yerinə gəlmədi üçün onunla telefonda danışdığını, baş leytenant Şəxs xidməti yerinə gələ bilməyəcəyini, səhhətində problem olduğunu bildirdiyini, xx.xx.2024-cü il tarixədək xidməti yerinə gəlmədiyini, baş leytenant Şəxs onunla əlaqə saxlayanlara səhhətində problem olduğunu dediyini, xx.xx.2024-cü il tarixdə, saat 08:00-da baş leytenant Şəxs xidməti yerinə qayıtdığından bu barədə aidiyyəti üzrə məruzə etdiyini, Şəxs ona ata, anasının və qardaşının səhhətində olan problemlərlə bağlı Yevlax rayonunda yaxın hərbi hissələrin birində xidmətini davam etdirmək istədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş leytenant Şahid2 izahatında xx.xx.2024cü il tarixdə, saat 08:30-da baş leytenant Şəxs xidməti yerinə gəlmədiyindən onunla mobil telefon vasitəsi ilə əlaqə saxladığını, ondan nə üçün xidməti yerinə gəlmədiyini soruşduğunu, cavab olaraq baş leytenant Şəxs ona şəxsi və səhhətində yaranmış problemlə bağlı xidmət yerinə gələ bilməyəciyini dediyini, bundan sonra bu barədə aidiyyəti üzrə məruzə edildiyini, həmin gün xidməti vaxt bitdikdən sonra onunla söhbət etdiyini, baş leytenant Şəxs ailəsindən narahat qaldığını, onlara kömək edə bilmədiyini, bununla bağlı narahatlıq keçirdiyini, ailəsinə maddi və mənəvi dəstək ola bilmədiyi üçün xidmət yerinin dəyişdirilməsini yuxarı komandanlıqdan xahiş etdiyini dediyini, baş leytenant Şəxs xidməti yerinə vaxtında gəlməsini desə də, onun xidmət yerinə gəlmədiyini göstərmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə baş leytenant Şəxs mənfi xarakterizə olunmuşdur. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissənin N nömrəli və N nömrəli əmrdən çıxarışlarına əsasən baş leytenant Şəxs N dekabr 2024-cü il saat 08:30-dan 09 dekabr 2024cü il saat 08:30-dək xidməti yerində olmamışdır. İş materialına əlavə edilmiş arayışdan aydın olur ki, baş leytenant Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində iştirak etmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Lokal xarakterli antiterror əməliyyatlarında iştirak etmişdir. Həmçinin həmin arayışda baş leytenant Şəxs xx.xx.2019-cu il tarixdə “Silahlı Qüvvələrin 100 illiyi” yubiley medalı ilə, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsində qeyd edilir ki, hərbi qulluqçular üçün həftədə 41 saatdan çox olmayan xidmət vaxtı müəyyən edilmişdir. 2024-cü ilin təqvimində dekabr ayının 7-i həftənin şənbə günü, 8-i isə bazar günü olmaqla qeyri-iş günləri olduğundan baş leytenant Şəxs üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməməsi 5 (beş) iş günü müddətində olmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, baş leytenant Şəxs N nömrəli hərbi hissədə xidmət edərkən N dekabr 2024-cü il tarixdə, saat 08:30-dan 06 dekabr 2024-cü il tarixdə saat 18:30-dək xidmət yerinə üzrlü səbəblər olmadan vaxtında gəlməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal olmadığından nəzərdə tutulan inzibati xətanı törətmişdir. Baş leytenant Şəxs inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə- iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən baş leytenant Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən baş leytenant Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən baş leytenant Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş İnzibati Xətalar Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Elgün Əliyevin 09 dekabr 2024-cü il tarixli məktubuna əsasən 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların Bakı şəhəri, Sumqayıt şəhəri və Gəncə şəhəri ərazisində yerləşən hauptvaxtların adlarının göstərilməsi məqsədəuyğun hesab edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, baş leytenant Şəxs oğlunun Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Baş leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası baş leytenant Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.
3. Qərarın icrası Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtına həvalə edilsin.
4. Baş leytenant Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinin hauptvaxtına təhvil verilməsi, onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov