Məhkəmə qərarları › İş №3-1(092)-40/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-40/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-40/2024 18.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: MNF qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorluğunun prokuroru, ədliyyə mayoru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili XN iştirakları ilə xx xxxx N993-cü ildə Şahbuz rayonunun Arınc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şahbuz rayonunun Arınc kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissədə xidmət edən, gizir Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6NN.-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün N-ci tağımının N-ci manqasının komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən öz tabeliyində olan, kəşfiyyat bölüyündə xidmət etmiş sabiq hərbi qulluqçu əsgər Zərərçəkmiş şəxs 2023-cü ilin iyul ayının əvvəllərində, saat N radələrində idman meydançasında idman edərkən yorulduğu üçün dayanması səbəbindən onun ünvanına nalayiq ifadə işlədərək rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs gizir Şəxs izahatında 2023-cü ilin iyun ayının əvvəllərində, saat N radələrində hərbi hissənin idman meydançasında əsgərlərdən normativ götürmüş, həmin vaxt onunla eyni tağımda xidmət edən əsgər Zərərçəkmiş şəxs idman hərəkətlərini yerinə yetirməmiş, buna görə əsəbiləşib ona “şərəfsiz” deyərək nalayiq ifadə işlətmiş, başqa nalayiq ifadə işlətmədiyini,ondan üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 2023-cü ilin iyun ayının təxminən əvvəllərində saat N radələrində gizir Hüseyzadə Samuray idman meydançasında idman edərkən yorulduğu üçün dayandığından ona “şərəfsiz niyə etmirsən” dediyini,onu bağışladığını göstərdi. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayının təxminən əvvəllərində, saat N radələrində hərbi hissənin idman meydançasında qaçarkən əsgər Zərərçəkmiş şəxs dayanmış, buna görə gizir Şəxs əsgər Zərərçəkmiş şəxs şərəfsiz demişdir. Beləliklə gizir Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6NN-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışlara və toplanmış materilallara əsasən müəyyən olunmuşdur ki, gizir Şəxs ilə əsgər Zərərçəkmiş şəxs aralarında tabelik münasibətləri olmaqla Şəxs Zərərçəkmiş şəxs rəisi olmuşdur. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə gizir Şəxs mənfi, əsgər Zərərçəkmiş şəxs isə müsbət xarakterizə edilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan gizir Şəxs, əsgər Zərərçəkmiş şəxs, Şahid izahatları və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, gizir Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6NN-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6NN-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6NN-ci maddəsinə əsasən tabelik münasibətlərində olan hərbi qulluqçunun şərəf və ləyaqətini alçaltma - on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N2-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin N6.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2N-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-cü maddəsinə əsasən gizir Şəxs səmimi peşmançılığını və ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6NN-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N56.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 6N0-6N8-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, NN4-NN5, NN7, N28-N30-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6NN-ci maddəsi ilə təqsirli bilinib, barəsində N0 (on ) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.

4. Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N saylı hərbi hissənin komandirinə həvalə edilsin.

5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan N0 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar