Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-41/2025 29.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Tibb xidməti baş leytenant Şəxs oğlunun iştirakları ilə 29.01,1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Culfa şəhəri, M.Hüseynzadə küçəsi, ev 28, mənzil 14-də kirayədə yaşayan, N nömrəli hərbi hissəsinin 3-cü taborun tibb məntəqəsinin rəisi vəzifəsində xidmət edən, tibb xidməti baş leytenantı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 29 aprel 2025-ci il tarixli, 3-3-250/2-015674/2025 №-li məktubu ilə tibb xidməti baş leytenantı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 29 aprel 2025-ci il tarixli, 32 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 29 aprel 2025-ci il tarixli, 32 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborun tibb məntəqəsinin rəisi vəzifəsində, tibb xidməti baş leytenantı Şəxs (şəxsi vəsiqə MN N° 0057423) N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsində xidmət edərkən 15 aprel 2025-ci il tarixdə saat 08:30-da hərbi hissəyə gəlməli olduğu halda üzrlü səbəblər olmadan gəlməmiş, 18 aprel 2025-ci il tarixdə saat 16:20-də hərbi hissəyə qayıtmış, üzrlü səbəblər olmadan hərbi hissəyə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmamışdır. Faktla bağlı N №-li hərbi hissə tərəfindən araşdırma aparılaraq, tibb xidməti baş leytenantı Şəxs qeyd edilən əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində müvafiq qərar qəbul edilməsi üçün toplanmış material Naxçıvan Hərbi Prokurorluğuna göndərilmişdir. Tibb xidməti baş leytenantı Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 29 aprel 2025-ci il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tibb xidməti baş leytenant Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 08:30-da xidmət yerinə gəlməli olduğu halda onda olan psixi-xroniki yorğunluq səbəbindən yatıb yuxuya qaldığı üçün xidmət yerinə getməmiş, hərbi hissədən ona müxtəlif şəxslər zəng edib xidmət yerinə gəlməməsinin səbəbini soruşduqda onlara yorğun olduğu üçün xidmət yerinə gələ bilmədiyini bildirmiş, xx.xx.2025-ci il tarixdə özünü yaxşı hiss etdiyindən saat 16:20 radələrində xidmət yerinə gəlmişdir. Hərbi hissəyə daxil olub taborun qərargahının arxa tərəfində mayor Mircəlal Saqova yaxınlaşıb gəlməyi barədə məruzə etmişdir. Əvvəllər də xx.xx.2025-ci il tarixdə saat 08:30-dan xx.xx.2025-ci il tarixdə saat 08:00-dək xidmət yerinə gəlməmişdir. Ona kimsə tərəfindən xidmət etməsində maneçilik törədilməmiş, xidmət etməkdə çətinlik çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş mayor Şahid1 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 08:30-da tibb xidməti baş leytenantı Şəxs xidmət yerinə gəlmədiyini görüb bu haqda tabor komandiri Şahid2 məruzə etmiş, onun tapşığı ilə Şəxs zəng etdikdə sonuncu ona yorğun olduğunu xidmət yerinə gələ bilməyəcəyini bildirmiş, həmin gün Şəxs gün ərzində ximdət yerinə gəlməmiş, 16 və 17 aprel tarixlərində də, Şəxs bütün gün xidmət yerinə gəlməmiş, həmin günlərdə də Şəxs zəng etdikdə sonuncu ona xidmət yerinə gəlməyəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 08:30-da Şəxs xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, həmin gün ona zəng etdikdə Şəxs xidmət yerinə gəlməyəcəyini bildirsə də, saat 16:20-də yataqxananın qarşısında olan zaman Şəxs hərbi hissədə olduğunu görmüş, Şəxs xidmət yerinə qayıtması barədə tabor komandirinə məruzə etmiş və daha sonra ona da təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş gizir Şahid3 izahatında Şəxs xx.xx.2025ci il tarixdə saat 08:30-da xidmət yerinə gəlməli olduğu halda üzürlü səbəblər olmadan gəlmədiyini və yalnız xx.xx.2025-cl il tarixdə saat 16:20-də xidmət yerinə qayıtdığını bildirmişdir. İş üzrə Şahid2 məhkəmə iclasında iştirak etməmiş onun izahatı elan olunaraq tədqiq edildi. İş materialına əlavə edilmiş mayor Mircəlal Qasımovun xx.xx.2025-ci il tarixli raportundan və eyni tarixli 106 nömrəli əmrdən çıxarışdan görünür ki, tibb xidməti baş leytenantı Şəxs xx.xx.2025-ci il tarixdə saat 08:30-da xidmət yerinə gəlməli olduğu halda gəlməmişdir. İş materialına əlavə edilmiş mayor M.Qasımov tərəfindən 2025-ci ilin aprel ayının 16, 17 və 18-də yazılmış raportlardan görünür ki, tibb xidməti baş leytenantı Şəxs həmin günlərdə də xidmət yerinə gəlməli olduğu halda gəlməmişdir. İş materialına əlavə edilmiş mayor Mircəlal Sadiqov və mayor Cavid Səfərov və ədliyyə baş leytenantı İsa Həmidli tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, tibb xidməti baş leytenantı Şəxs xidmət yerinə çıxmadığı üçün həmin şəxslər xx.xx.2025-ci il tarixdə saat 13:40 radələrində sonuncunun yaşadığı Culfa şəhəri, Mehdi Hüseynzadə küçəsi, bina 28, mənzil 14-də getmişlər, mənzildə olan Şəxs psixi yorğunluq səbəbindən xitmət yerinə gəlmədiyini, xidmət etməkdə çətinlik çəkdiyini bildirmişdir. İş materialına əlavə edilmiş mayor Mircəlal Qasımovun xx.xx.2025-ci il tarixli raportundan və eyni tarixli 109 nömrəli əmrdən çıxarışdan görünür ki, tibb xidməti baş leytenantı Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:20-də xidmət yerinə gəlmişdir. İş materialına əlavə edilmiş arayışdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 08:30-dan xx.xx.2025-ci il tarixdə saat 08:00-dək xidmət yerinə gəlmədiyindən onun barəsində xidməti araşdırma aparılaraq xx.xx.2025-ci il tarixdə o, maddi və intizam məsuliyyətinə cəlb olunmuş, əvvəllər cinayət və inzibati məsuliyyətə cəlb olunmamışdır. İş materialına əlavə edilmiş arayışdan görünür ki, N nömrəli hərbi hissədə xidmət edən zabit, gizir və MAHHX HQ-ları üçün xidmət vaxtı saat 08:30-dan saat 18:30-dəkdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə tibb xidməti baş leytenantı Şəxs mənfi xarakterizə olunmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, tibb xidməti baş leytenantı Şəxs N nömrəli hərbi hissədə xidmət edərkən xx.xx.2025-ci il tarixdə saat 08:30-da xidmət yerinə gəlməli olduğu halda üzürlü səbəblər olmadan gəlmədiyini və yalnız xx.xx.2025-cl il tarixdə saat 16:20-də xidmət yerinə üzrlü səbəblər olmadan vaxtında gəlməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal olmadığından nəzərdə tutulan inzibati xətanı törətmişdir. Tibb xidməti baş leytenantı Şəxs inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə- iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən tibb xidməti baş leytenantı Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən tibb xidməti baş leytenantı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən tibb xidməti baş leytenantı Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş İnzibati Xətalar Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Elgün Əliyevin 09 dekabr 2024-cü il tarixli məktubuna əsasən 10 (7)-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610- 618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların Bakı şəhəri, Sumqayıt şəhəri və Gəncə şəhəri ərazisində yerləşən hauptvaxtların adlarının göstərilməsi məqsədəuyğun hesab edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, tibb xidməti baş leytenantı Şəxs oğlunun Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Tibb xidməti baş leytenantı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası tibb xidməti baş leytenantı Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.
3. Qərarın icrası Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtına həvalə edilsin.
4. Tibb xidməti baş leytenantı Şəxs oğlunun Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinin hauptvaxtına təhvil verilməsi, onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov