Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-42/2024 19.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 2005-ci ildə Yevlax rayonunda anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Nizami prospekti mənzil 33-də qeydiyyatda olmaqla, N nömrəli hərbi hissənin əsgəri, həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəməyə daxil olmuş işin materialını öyrənilərkən məlum olmuşdur ki, N nömrəli hərbi hissənin rabitə bölüyünün telefon taqımının kabel xətt manqasının xətt nəzarətçisi vəzifəsində xidmət edən əsgər Şəxs 01 mart 2024-cü il tarixdə, saat 06:50 radələrındə hərbi hissənin qərargah binasında tabelik münasibətlərində olmayan, N nömrəli hərbi hissənin 1-ci minaatan batareyasının atəş dəstək qrupunun baş kəşfiyyatçısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ona “salam kişicik" deməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdi tutulan "hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar"tələbini pozaraq, əsgər Zərərçəkmiş şəxs qərargah binasının yanına çağırıb orada onun sinəsindən əli ilə itələmiş, sonra sağ yumruğu ilə sol göz nahiyəsinə bır zərbə vuraraq ona "sol gözaltı nahiyənin qançırı' xəsarəti ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirərək zor tətbiq etmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta törədilmişdir. Bu fakt, əsgər Şəxs və zərərçəkmış şəxs Zərərçəkmiş şəxs və baş leytenant X3 izahatları və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında qeyd etmişdir ki, 01 mart 2024-cü ildə saat 06:50 radələrində patrul naryadı olarkən, səhər yeməyinə getmək üçün qərargahın inzibatı binasının qabağına getmiş, hava soyuq olduğu üçün qərargaha daxil olmuş, qərargahın giriş hissəsinə daxil olan zaman taborun gün növbətçisi olan əsgər Zərərçəkmiş şəxs orada görmüş, ona "salam kişi necəsən" deyərək müraciət etmiş, Zərərçəkmiş şəxs isə cavabında "salam kişicik" demiş, ona, yaxınlaşaraq Zərərçəkmiş şəxs mənə niyə kişıcik deyirsən?” "mənim səninlə belə zarafatım yoxdur" deyə bildirmiş, daha sonra narazılığını bildirmək üçün onu qərargahın sol arxa tərəfinə çağırmış, orada yenidən ona "mənə niyə elə deyirsən" deyərək onu itələmiş, itələdikdən sonra Zərərçəkmiş şəxs sağ əli ilə yumruqla onun sol göz nahiyəsinə bır dəfə zərbə vurmuş, Zərərçəkmiş şəxs onu vurduqdan sonra özu də sağ əli ılə yumruqla onun sol goz nahiyəsinə bır dəfə vurmuşdur. Zərərçəkmiş şəxsdən üzr istəmişdir. Zərərçəkmiş şəxsdə onu bağışlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs izahatında 01 mart 2024- cü ildə saat 06:50 radələrində bölüyün gün növbətçisi olarkən, təyin edilmiş qaydada səhər yeməyinə getmək uçun qərargahın inzibatı binasının qabağına getmiş, bir neçə dəqiqə sonra yanğın patrulu naryadı olan əsgər Şəxs da qərargahın inzibati binasına daxıl olmuş, ona "salam, kişi necəsən" demiş, Şəxs ona yaxınlaşaraq 'mənə niyə kişıcık deyirsən’ deyərək əli ilə onun sinəsindən 2-3 dəfə itələmiş, sonra onu "gəl çoldə söhbət edək” deyib qərargahın sol arxa tərəfinə çağırmış, orada "mənə niyə elə deyirsən” deyib əli ilə onun sinə və baş nahiyəsindən itələmiş, Şəxs bu hərəkətlərinə əsəbləşərək sağ yumruğu ilə Şəxs sol goz nahiyəsinə bir dəfə zərbə vurmuş, zərbədən sonra Şəxs sağ yumruğu ilə onun sol göz nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Zərbənin təsirindən gözündə ağrılar əmələ gəldiyi uçün əlini gözünə tutaraq oradan kənarlaşdır. Şəxs bağışlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiiş baş leytenant X4 izahatında göstərilən xüsusatları təsdiq etdi. N nömrəli hərbi hissədən təqdim edilmiş arayışda hərbi hissənin əsgərləri Zərərçəkmiş şəxs ilə Şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Zərərçəkmiş şəxs və Şəxs müsbət xarakterizə edilmişdir. Zərərçəkmiş şəxs müayinə aktından görünür kı. əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sol gözaltı nahiyənin qançırı bərk kut əşyanın təsirindən törənməyə xarakterikdir, şəxsin məhkəmə-tibbi müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsi istisna olunmur sağlamlığına zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Şəxs müayinə aktından görünür kı, əsgər N V.Əliyevin həm məhkəmə tibbi müayinəsi zamanı, həm də 205 nömrəli hərbi hospitalda xx.xx.2024-cü il tarixdə müayinəsi zamanı xx.xx.2024-cü il tarixdə torənmoyə uyğun gələn hər hansı bır xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Bununla da, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta törədilmişdir və inzibati xəta haqqında ış üzrə icraatı rədd edən hal müəyyən edilməmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini,müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərararın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.
3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.
4. Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə həvalə edilsin.
5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səxavət Hüseynov