Məhkəmə qərarları › İş №3-1(092)-43/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-43/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-43/2024 19.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X2, Vəkil: X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxx 2002-cı ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, N №-li hərbi hissənin 1-cı minaatan batareyasının atəş İ dəstək qrupunun baş kəşfiyyatçısı vəzifəsində xidmət edən əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs (SX NP İ0756120) 01 mart 2024-cu ıl tarixdə, saat 06:50 radələrındə hərbi hissənin qərargahının inzibatı binasının yanında tabelik münasibətlərində olmayan N №-li hərbi hissənin rabitə bölüyünün telefon taqımının kabel xətt manqasının xətt nəzarətçisi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs “salam kışicik" deməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində, qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan 'hərbi qulluqçular bır-birinə münasibətdə həmişə əzakətli və təmkinli olmalıdırlar” tələbini pozub sağ yumruğu ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir zərbə vuraraq zor tətbiq etmişdir. Beləliklə, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində əzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 01 mart 2024-cu ildə saat 06:50 radələrındə boluyun gün növbətçisi olarkən, təyin edilmiş qaydada digər növbətçilərlə birgə səhər yeməyinə getmək üçün qərargahın inzibatı binasının qabağına getmiş hava soyuq olduğu uçun qərargaha daxıl olaraq digər növbətçiləri gözləmiş, bır neçə dəqiqə sonra yanğın patrulu naryadı olan əsgər Zərərçəkmiş şəxs qərargahın inzibatı binasına daxıl olmuş, ona “salam, kışı necəsən” demiş, ona cavabında "salam kışıcik" demiş, Zərərçəkmiş şəxs ona yaxınlaşaraq "mənə niyə kışicık deyirsən" deyərək əli ilə sinəsindən 2-3 dəfə itələmiş, sonra onu 'gəl çöldə söhbət edək” deyib qərargahın sol arxa tərəfinə çağırmış, orada “mənə niyə elə deyirsən" deyib əli ilə onun sinə və baş nahiyəsindən itələmiş, Zərərçəkmiş şəxs bu hərəkətlərinə əsəbləşərək sağ yumruğu ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir dəfə zərbə vurmuş, zərbədən sonra Zərərçəkmiş şəxs sag yumruğu ilə onun sol goz nahiyəsinə bır dəfə zərbə vurmuşdur. Zərbənin təsirindən gözündə ağrılar əmələ gəldiyi uçun əlini gozunə tutaraq oradan kənarlaşmış, 3-cu taborun ayaqyolusuna gedərək güzgüdə sol göz nahiyəsinə baxaraq göz nahiyəsində qızartı əmələ gəlməsini görmüş, çıxıb qərargaha gedərək hərbi hissə növbətçisinə yıxıldığını və nətıcədə sol göz nahiyəsinin yerə dəydiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında qeyd etmişdir ki, 01 mart 2024-cü ildə saat 06:50 radələrındə yanğın patrulu naryadı olarkən, təyin edilmiş qaydada digər növbətçilərlə birlikdə səhər yeməyinə getmək üçün qərargahın inzibatı binasının qabağına getmiş, hava soyuq olduğu üçun qərargaha daxıl olmuş, qərargahın giriş hissəsinə daxil olan zaman taborun gün növbətçisi olan əsgər Şəxs gormuş. ona "salam kişi necəsən' deyərək müraciət etmiş, Şəxs cavabında "salam kışıcık" demiş, yaxınlaşaraq Şəxs "mənə niyə kişıcik deyirsən?" "mənim səninlə belə zarafatım yoxdur” deyə bildirmiş, daha sonra narazılığını bildirmək uçun onu qərargahın sol arxa tərəfinə çağırmış, orada yenidən ona "mənə niyə elə deyirsən" deyərək itələmiş, itələdikdən sonra Şəxs sağ əli ilə yumruqla onun sol göz nahiyəsinə bir dəfə zərbə vurmuş, Şəxs onu vurduqdan sonra özu də sağ əli ilə yumruqla Şəxs sol göz nahiyəsinə bır dəfə zərbə vurmuş, daha sonra Şəxs oradan çıxıb getmişdir. Bir qədər sonra Şəxs gözündə qızartı olduğuna görə hərbi hissə növbətçisi baş leytenant Samır Musayevə 3-cü taborun ərazisində olan ayaqyoluna gedən zaman huşunu itirərək yıxıldığını bildirmiş, hərbi hissə növbətçisi bu barədə komandanlığa məruzə etmiş, araşdırma müddətində onun Şəxs vurması nəticəsində xəsarət yetirildiyi göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş baş leytenant X4 izahatında qeyd etmişdir 01 mart 2024-cü ıl tarixdə hərbi hissə növbətçisinin otağında olan zaman naryadda olan əsgərlər qərargaha gəlmiş, hava soyuq olduğundan naryadda olan əsgərlərr qərargahın içərisinə daxıl olaraq digər naryadda olan əsgərləri gözləmiş, təxminən 10-15 dəqiqə sonra isə Əhədov gəlib müraciət edərək 3-cü taborun ayaqyolusuna gedib əllərini yuyub qayıdan zaman huşunu itirməsi nəticəsində üz-üstə yıxılaraq sol göz nahiyəsinin yerə dəyərək xəsarət aldığını bildirmiş, o oz növbəsində buna inanmamış, bir müddət sonra hərbi hissə komandiri gəlmiş, ona Şəxs xəsarət almasını məruzə edərək təqdim etmiş, hərbi hissə komandiri əsgər Şəxs dediklərinə inanmayaraq hadisənin daha da obyektik araşdırılması uçun aidiyyəti şəxslərə tapşırıq vermiş, daha sonra əsgər Şəxs yalan danışıb yıxılması nəticəsində deyil məhz yanğın patrulu təyin edilmiş əsgər Zərərçəkmiş şəxslə dalaşaraq xəsarət almasını eşitdiyini göstərmişdir. İş materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən alınan rəyində Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasının rəyində, əsgər Zərərçəkmiş şəxs həm məhkəmə tibbi müayinəsi zamanı, həm də 205 №-li hərbi hospitalda xx.xx.2024-cü il tarixdə müayinəsi zamanı xx.xx.2024-cü ıl tarixdə törənməyə uyğun gələn hər hansı bır xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. İş materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Şəxs almış olduğu xəsarət-sol gözaltı nahiyənin qançırı - bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, şəxsin məhkəmə-tibbi müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsi istisna olunmur, sağlamlığına zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən təqdim edilmiş arayışda hərbi hissənin əsgərləri Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs və Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın

3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.

5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar