Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-43/2025 29.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Axundova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə 30 avqust 2005-ci il tarixdə Quba rayonunun 2-ci Nügədi kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ümumi orta təhsilli, məhkum olunmayan, Quba rayonunun 2-ci Nügədi kəndində qeydiyyatda olan ( FİN xxxxxxx) Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissənin mühafizə taborunun 2-ci bölüyünün 1-ci taqımının 2-ci manqasında atıcı vəzifəsində, əsgər rütbəsində xidmət edən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, edən əsgər Şəxs ( FİN xxxxxxx) Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissənin mühafizə taborunun 2-ci bölüyünün 1-ci taqımının 2-ci manqasında atıcı vəzifəsində, əsgər rütbəsində xidmət edərkən, 15 aprel 2025-ci il tarixdə, səhər saat 06:20 radələrində taborun yataqxanasında onunla eyni bölükdə xidmət edən, aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs zarafatla onun papağının günlüyünə əli ilə vurmuş, bu səbəbdən aralarında yaranmış mübahisə nəticəsində Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birlərinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq əsgər M.Zərərçəkmiş şəxs sağ ayağına təpiklə və sol göz nahiyəsinə kəllə zərbəsi vurub ona sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan “qançırla müşayiət olunan sol gözaltı nahiyənin sıyrığı” xəsarətini yetirib zor tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, əsgər Şəxs izahatında göstərdi ki, 15 aprel 2025-ci il tarixdə, saat 06:20 radələrində əsgər yoldaşı Zərərçəkmiş şəxs əsgər yataqxanasında onun yanına gəlmiş, sonra zarafat etmək məqsədi ilə onun papağının günlük hissəsindən yuxarıdan aşağı əli ilə bir dəfə vurmuşdur. Zərərçəkmiş şəxs onunla zarafat etməməsini, buna görə narahat olduğunu desə də, Zərərçəkmiş şəxs buna məhəl qoymayıb onunla yenidən zarafat etmişdir. Zərərçəkmiş şəxs etdiyi zarafata əsəbiləşib onun sağ ayağına təpiklə bir dəfə vurmuş, Zərərçəkmiş şəxs da cavab olaraq onun sol ayağından təpiklə vurmuşdur. Zərərçəkmiş şəxs onu təpiklə vurmasına əsəbiləşib onun sifət nahiyəsinə yumruqla zərbə vurmaq istəmiş, lakin Zərərçəkmiş şəxs həmin zərbədən yayınmış, sonra Zərərçəkmiş şəxs sol göz nahiyəsinə kəllə ilə bir zərbə vurub ona xəsarət yetirmişdir. Onu vurduğuna görə Zərərçəkmiş şəxs ona qarşı nalayiq sözlər demişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəyib. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında qeyd etmişdir ki, 15 aprel 2025-ci il tarixdə, saat 06:20 radələrində zarafat etmək məqsədi ilə əsgər yoldaşı Şəxs papağının günlük hissəsindən yuxarıdan aşağı əli ilə bir dəfə vurmuşdur. Şəxs onun etdiyi zarafata əsəbiləşib sağ ayağına təpiklə bir dəfə vurmuş, onu təpiklə vurmasına cavab olaraq Şəxs sol ayağından təpiklə vurmuşdur. Bundan sonra Şəxs onun sifət nahiyəsinə yumruqla zərbə vurmaq istəsə də, həmin zərbədən yayınmış, lakin Şəxs ardınca kəllə zərbəsi ilə onun sol göz nahiyəsinə sərt şəkildə vurmuşdur. Orada olan əsgər Şahid2 onları aralaşdırmış, ona kəllə zərbəsi vurduqdan sonra əsəbiləşib Şəxs ünvanına nalayiq sözlər demişdir. Şəxs onu kəllə ilə vurması nəticəsində “sol göz orbitasının aşağı nahiyəsinin şişkinliklə müşahidə olunan sıyrılmış küt travması” diaqnozlu xəsarət almışdır. Onu bağışlayır. Ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Şahid2 da izahatında göstərilən xüsusatları təsdiq etdi. Beləliklə, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs, şahid əsgər Şahid2 izahatı, məhkəmə tibb ekspert rəyləri və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. Materiala əlavə edilən arayışda N nömrəli hərbi hissənin əsgərləri Zərərçəkmiş şəxs ilə əsgər Şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N nömrəli hərbi hissə komandirinin müvafiq əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Şəxs mühafizə taborunun 2-ci mühafizə bölüyünün 1-ci mühafizə taqımının 2-ci mühafizə manqasının atıcısı vəzifəsində, əsgər Zərərçəkmiş şəxs isə mühafizə taborunun 2-ci mühafizə bölüyünün 2-ci mühafizə taqımının 2-ci mühafizə manqasının atıcısı vəzifəsində xidmət edirlər. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs və Zərərçəkmiş şəxs müsbət xarakterizə edildiyi göstərilmişdir. Əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsindən keçirilmiş, xx.xx.2025-ci il tarixli 178 nömrəli ekspert müayinə aktında onun bədən səthində qançırla müşayiət olunan sol gözaltı nahiyənin sıyrığı xəsarətinin olduğu, xəsarətin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, göstərilən tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. Əsgər Şəxs məhkəmə-tibbi müayinəsindən keçirilmiş, xx.xx.2025-ci il tarixli 179 nömrəli ekspert müayinə aktında onun bədən səthində xx.xx.2025-ci il tarixdə törənməyə uyğun gələn hər hansı xəsarət və xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabain qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədəuyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin.
3. İnzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.
4. Əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilsin.
5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səxavət Hüseynov