Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-44/2024 29.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X1 Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğlunun iştirakları ilə xx xxxxxx 1988-ci ildə Bakı şəhəri, Pirallahı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali hərbi təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Bakı şəhəri, Pirallahı rayonu, ev 89, mənzil 2-də daimi qeydiyyatda olmaqla, Naxçıvan şəhəri, 1 №-li hərbi şəhərcik, ev 36, mənzil 4-də yaşayan, N №-li hərbi hissənin əməliyyat bölmə rəisinin əməliyyatın planlaşdırılması üzrə baş köməkçisi vəzifəsində xidmət edən mayor Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 29 mart 2024-cü il tarixli, 3-3-250/3-003186/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirləndirilməsinə dair 29 mart 2024-cü il tarixli, 33 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 29 mart 2024-cü il tarixli, 33 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, mayor Şəxs (şəxsi vəsiqə MN № 0063942) 14 fevral 2024-cü il tarixdə, saat 10:00 radələrində, hərbi hissənin qərargahının arxasında sutkalıq naryadın heyəti ilə nəzəri dərslər keçirilərkən, həmin hərbi hissənin 3-cü reaktiv artilleriya divizionunun, 3-cü reaktiv artilleriya batareyasının, 1-ci taqımının, 3-cü döyüş maşınının heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 vəzifə borcunu bilməməsinə görə sonuncunun ünvanına nalayiq ifadə işlətməklə, bundan başqa, həmin dərs zamanı, saat 10:N radələrində, N №-li hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs2 günün nizam qaydası ilə bağlı verilmiş sualı səhv cavablandırdığına görə onun ünvanına nalayiq ifadə işlətməklə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs mayor Şəxs izahatında xx.xx.2024-cü il tarixdə, saat 10:00 radələrində hərbi hissənin qərargahının arxa tərəfində sutkalıq növbənin təlimatı zamanı əsgərlərdən vəzifə borclarını soruşduğunu, əsgər Zərərçəkmiş şəxs2 vəzifə borclarını bilmədiyini, ona sıradan çıxmasını dediyini, ona nalayiq söz demədiyini, rədd ol dediyini, əsgər Zərərçəkmiş şəxs1 vəzifə borcunu soruşarkən onun da vəzifə borcunu bilmədiyini, buna görə ona qarşı nalayiq söz işlədərək sıradan qovduğunu, Zərərçəkmiş şəxs1 ona qarşı işlədilmiş nalayiq sözə görə özünə xəsarət yetirdiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 izahatında xx.xx.2024-cü ildə, saat 10:40 radələrində sutkalıq naryadın təlimatı zamanı vəzifə borcu ilə bağlı verilmiş suala tam cavab verə bilmədiyindən mayor Şəxs ona qarşı nalayiq ifadə işlədərək onu sıradan qovduğunu, ona görə əsəbiləşdiyindən sağ əli ilə yataqxananın divarına iki yumruq vurduğunu, əsgər Zərərçəkmiş şəxs2 təhqir olunduğunu görmədiyini, təhqir olunduğuna görə mayor Şəxs bağışladığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs2 izahatında xx.xx.2024-cü ildə, saat 10:40 radələrində mayor Şəxs hərbi hissənin qərargahının arxasında sutkalıq naryadın təlimatını keçirdiyini, günün nizam qaydası ilə bağlı verilmiş suala yanlış cavab verdiyindən mayor Şəxs ona çıxıb getməsini dediyini, getmək istəmədikdə, Şəxs ona itil buradan dediyini, bu sözə görə özünü təhqir olunmuş hesab etdiyini, sonra sıradan çıxıb getdiyini, saat 11:00-12:00 radələrində mayor Şəxs əsgər Zərərçəkmiş şəxs1 vəzifə borclarını bilmədiyinə görə nalayiq söz deyib sıradan qovmasını eşitdiyini, təhqir olunduğuna görə mayor Şəxs bağışladığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid1 izahatında xx.xx.2024cü ildə, saat 10:40 radələrində mayor Şəxs tərəfindən sutkalıq naryadın təlimatının keçirildiyini, onun əsgər Zərərçəkmiş şəxs1 vəzifə borcunu soruşduğunu, Zərərçəkmiş şəxs1 cavab verə bilmədikdə, mayor Şəxs ona “sıradan çıx get” dediyini, əsgər Zərərçəkmiş şəxs1 yavaş yeridikdə, Şəxs ona getməsi ilə bağlı nalayiq söz işlətdiyini, əsgər İmamverdiyevin təhqir olunmasını görmədiyini və eşitmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş gizir Şahid2 izahatında xx.xx.2024cü ildə, saat 10:40 radələrində mayor Şəxs vəzifə borclarını bilməməsinə görə əsgər Zərərçəkmiş şəxs2 getməsi ilə bağlı nalayiq söz deməsini və ya təhqir olunmasını görmədiyini və eşitmədiyini, lakin Şəxs əsgər Zərərçəkmiş şəxs1 vəzifə borcunu soruşduğunu, o, cavab verə bilmədiyindən mayor Şəxs ona qarşı da nalayiq söz işlətdiyini göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən şahidlər gizir Şahid3, tibb xidməti leytenantı Şahid4 istintaq orqanına vermiş olduğu izahatları məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir, həmin izahatlarında mayor Şəxs tərəfindən əsgər Zərərçəkmiş şəxs1 təhqir edilməsini gördüyünü göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin verdikləri izahatları ilə yanaşı, iş üzrə izahatı elan olunmuş şahidlərin istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. İş materiallarından aydın olur ki, N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 181 №-li əmrindən çıxarışda mayor Şəxs həmin hərbi hissənin əməliyyat bölmə rəisinin əməliyyatın planlaşdırılması üzrə baş köməkçisi vəzifəsinə təyin edildiyinə görə göstərilən tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminata daxil edilməsi göstərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 4 №-li əmrindən çıxarışda əsgər Zərərçəkmiş şəxs1 həmin tarixdə N №-li hərbi hissənin 3-cü reaktiv artilleriya divızionunun, 1-ci reaktiv artilleriya batareyasının, 1-ci reaktiv artilleriya taqımının 3-cü döyüş maşınının heyət nəfəri vəzifəsinə təyin edildiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminata daxil edilməsi qeyd olunmuşdur. Mayor Şəxs adına tərtib edilmiş xidməti vərəqədən çıxarışda “xx.xx.2024-cü il tarixdə sutkalıq naryadın heyəti ilə nəzəri dərslər keçirilərkən əsgəri nalayiq ifadə ilə qovduğuna görə” həmin tarixdə hərbi hissə komandiri tərəfindən şifahi olaraq Şəxs vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq elan olunması göstərilmişdir. N №-li hərbi hissə komandirinin vermiş olduğu 04 mart 2024-cü il tarixli, A-43 nömrəli arayışda həmin 3-cü reaktiv artilleriya divızionunun, 3-cü reaktiv artilleriya batareyasının, 1-ci reaktiv artilleriya taqımının 3-cü döyüş maşınının heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 və əsgər Zərərçəkmiş şəxs2 əməliyyat bölmə rəisinin əməliyyatın planlaşdırılması üzrə baş köməkçisi mayor Şəxs tabe olduğu göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə mayor Şəxs müsbət xarakterizə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş mayor Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu mayor Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, mayor Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində belə müəyyən olunur ki, mayor Şəxs 14 fevral 2024-cü ildə saat 10 radələrində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində xidmət edən əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vəzifə borclarını soruşarkən bilmədiklərinə görə nalayiq sözlər deməklə onların şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq iş materiallarından və ibtidai istintaq zamanı tərəflərin vermiş olduğu izahatlarından məlum olur ki, mayor Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq mayor Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinə əsasən tabelik münasibətlərində olan rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması - on gündən iyirmi günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən qeyd olunan Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, mayor Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, mayor Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, mayor Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N №-li hərbi hissənin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına göndərilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: İlham İbrahimov