Məhkəmə qərarları › İş №3-1(092)-44/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-44/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-44/2025 29.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X2, Vəkil: X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə 31 avqust 2005-ci il tarixdə, Şərur rayonunun Qışlaqabbas kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ümumi orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Şərur rayonunun Qışlaqabbas kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin mühafizə taborunun 2-ci bölüyünün 2-ci taqımının 2-ci manqasında atıcı vəzifəsində xidmət edən əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs (FİN xxxxxxx) Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissənin mühafizə taborunun 2-ci bölüyünün 2-ci taqımının 2-ci manqasında atıcı vəzifəsində, əsgər rütbəsində xidmət edərkən 15 aprel 2025-ci il tarixdə, səhər saat 06:20 radələrində taborun yataqxanasında onunla eyni bölükdə xidmət edən, aralarında tabelik münasibətləri olmayar əsgər Zərərçəkmiş şəxs ilə zarafat etmək məqsədi ilə papağının günlüyünə əli ilə bir dəfə vurmuş bu səbəbdən aralarında yaranmış mübahisə nəticəsində əsgər Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birlərinə münasibətdə həmişə nəzakətli və təmkini olmalıdırlar” tələbini pozaraq əsgər Zərərçəkmiş şəxs sol ayağına təpik zərbəsi vurub ona zor tətbiq etməklə və onun ünvanına nalayiq söz deyib şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Beləliklə, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs, şahid əsgər Şahid2 izahatları, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyən şahid, MAHHXHQ əsgər Şahid1 təhqiqat orqanına vermiş olduğu və elan olunaraq tədqiq edilmiş izahatı, həmçinin digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs izahatında 15 aprel 2025-ci il tarixdə, saat 06:20 radələrində zarafat etmək məqsədi ilə əsgər yoldaşı Zərərçəkmiş şəxs papağının günlük hissəsindən yuxarıdan aşağı əli ilə bir dəfə vurduğunu, Zərərçəkmiş şəxs onun etdiyi zarafata əsəbiləşib sağ ayağına təpiklə bir dəfə vurduğunu, onu təpiklə vurmasına cavab olaraq Zərərçəkmiş şəxs sol ayağından təpiklə vurduğunu, bundan sonra Zərərçəkmiş şəxs onun sifət nahiyəsinə yumruqla zərbə vurmaq istəsə də, həmin zərbədən yayındığını, lakin Zərərçəkmiş şəxs ardınca kəllə zərbəsi ilə onun sol göz nahiyəsinə sərt şəkildə vurduğunu, yataqxanada olan əsgər Şahid2 onları aralaşdırdığını, ona kəllə zərbəsi vurduqdan sonra əsəbiləşib Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər dediyini, Zərərçəkmiş şəxs onu kəllə ilə vurması nəticəsində “sol göz orbitasının aşağı nahiyəsinin şişkinliklə müşahidə olunan sıyrılmış küt travması” diaqnozlu xəsarət aldığını göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 15 aprel 2025-ci il tarixdə, saat 06:20 radələrində əsgər yoldaşı Şəxs əsgər yataqxanasında onun yanına gəldiyini, sonra zarafat etmək məqsədi ilə onun papağının günlük hissəsindən yuxarıdan aşağı əli ilə bir dəfə vurduğunu, Şəxs onunla zarafat etməməsini, buna görə narahat olduğunu desə də, Şəxs buna məhəl qoymayıb onunla yenidən zarafat etdiyini, Şəxs etdiyi zarafata əsəbiləşib onun sağ ayağına təpiklə bir dəfə vurduğunu, Şəxs da cavab olaraq onun sol ayağından təpiklə vurduğunu, Şəxs onu təpiklə vurmasına əsəbiləşib onun sifət nahiyəsinə yumruqla zərbə vurmaq istədiyini, lakin Şəxs həmin zərbədən yayındığını, sonra Şəxs sol göz nahiyəsinə kəllə ilə bir zərbə vurub ona xəsarət yetirdiyini, onu vurduğuna görə Şəxs ona qarşı nalayiq sözlər dediyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid2 Zülfiqar oğlu izahatında 15 aprel 2025-ci ildə saat 06:25 radələrində yataqxanaya qayıdan zaman əsgərlər Zərərçəkmiş şəxs ilə əsgər Şəxs mübahisə etdiyini gördüyünü, mübahisənin böyüməməsi üçün əsgər Şəxs qolundan tutub əsgər Ü.Əfəndiyevdən kənarlaşdırdığını və sonra onlarla birlikdə səhər baxışına getdiyini göstərmişdir. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyən şahid, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şahid1 təhqiqat orqanına vermiş olduğu izahatı inzibati xəta haqqında işə baxarkən elan olunaraq tədqiq edildi. İş materialına əlavə edilmiş arayışda N nömrəli hərbi hissənin əsgəri Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin müvafiq əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs mühafizə taborunun 2-ci mühafizə bölüyünün 1-ci mühafizə taqımının 2-ci mühafizə manqasının atıcısı vəzifəsində, əsgər Şəxs isə mühafizə taborunun 2-ci mühafizə bölüyünün 2-ci mühafizə taqımının 2-ci mühafizə manqasının atıcısı vəzifəsində xidmət edirlər. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Zərərçəkmiş şəxs və Şəxs müsbət xarakterizə edildiyi göstərilmişdir. İş materialına əlavə edilmiş əsgər Şəxs məhkəmə-tibbi müayinəsindən keçirilmiş, xx.xx.2025-ci il tarixli 178 nömrəli ekspert müayinə aktında onun bədən səthində qançırla müşayiət olunan sol gözaltı nahiyənin sıyrığı xəsarətinin olduğu, xəsarətin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, göstərilən tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsindən keçirilmiş, xx.xx.2025-ci il tarixli 179 nömrəli ekspert müayinə aktında onun bədən səthində xx.xx.2025-ci il tarixdə törənməyə uyğun gələn hər hansı xəsarət və xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Məhkəmədə əsgər Şəxs xx.xx.2023-cü il tarixdə SHXÇDX-nin Şərur rayon bölməsindən hərbi xidmətə çağırıldığı və hal-hazırda onun xidmət müddətinin xx.xx.2025ci il tarixdə başa çatdığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. 10-cu, haliyədə 7-ci Hərbi Polis bölməsinin rəisinin 23 noyabr 2024-cü il tarixli 488 №-li məktubunda hauptvaxtın fəaliyyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə əsasən inzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, hauptvaxta qəbulu, saxlanması, mühafizəsi və həbsdən azad edilməsi tələblərinə uyğun olmadığından hauptvaxtın fəaliyyətinin dayandırıldığı göstərilmişdir. Belə ki, bu səbəbdən də inzibati xəta törətmiş şəxs əsgər Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində cəzalandırılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əsgər Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, əsgər Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.

2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin.

3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar