Məhkəmə qərarları › İş №3-1(092)-45/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-45/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-45/2024 01.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: MNF katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi, ədliyyə baş leytenantı SV Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 2002-ci ildə Bakı şəhəri, Yasamal rayonunda doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Zəngilan rayonunda qeydiyyatda olan, N №-li hərbi hissənin 4-cü tabor 11-ci bölük 3-cü taqım 3-cü manqasında qumbaratan vəzifəsində xidmət edən, əsgər həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəməyə daxil olmuş işin materialını öyrənilərkən məlum olmuşdur ki, əsgər Şəxs 05 mart 2024-cü il tarixdə saat N radələrində hərbi hissənin şərti olaraq “Ləkətağ” adlandırılan tabor mərkəzində onunla eyni taborda minaatan batareyası 2-ci taqım 1-ci manqada baş tuşlayıcı vəzifəsində xidmət edən, tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs odunluq adlandırılan yerə çağırmış, orada ona əsgər Kamran Bağırovun MAHHXHQ əsgər Qalib Əsgərovun barəsində zarafatla dediyi sözləri Q.Əsgərova bildirdiyi üçün baş leytenant Ceyhun Sadıqova məruzə edəcəyini və onların cəzalandırılacağını, onlar cəzalandırılsa onun da, Zərərçəkmiş şəxs cəzalandıracağını bildirmiş, bu zaman Zərərçəkmiş şəxs onu cəzalandıranın ünvanına nalayiq ifadə işlətdiyindən aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinin tələbini pozub Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək sol ayağının topuq nahiyəsindən bir təpik zərbəsi vurmuş, yaxasından yapışıb idman fəndi ilə yerə çırpmış, özü də onun üzərinə yıxılmış, ayağa qalxdıqdan sonra yenidən yaxasından yapışıb yerə yıxaraq qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub şərəf və ləyaqətini alçaldaraq zor tətbiq etmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında xx.xx.2024-cü ildə taborun ərazisində odunluqda işləyərkən əsgər Kamran Bağırovun bir gün əvvəl gecə yatarkən MAHHXHQ əsgər Qalib Əsgərovun alt paltarı barədə zarafat etdiyini, əsgər Zərərçəkmiş şəxs da bunu Q.Əsgərova dediyini, Q.Əsgərov da onun dediyi sözə görə K.Bağırova iradını bildirib bu barədə baş leytenant Ceyhun Sadıqova məruzə edəcəyini eşitdiyini, baş leytenant C.Sadıqov bu hadisədən xəbər tutsa onlara əsəbləşəcəyini fikirləşdiyindən Zərərçəkmiş şəxsla danışmaq üçün əsgər İbrahim Hüseynzadəni onu çağırması üçün yataqxanaya göndərdiyini, İ.Hüseynzadənin də gedib bir az sonra yataqxanadan qayıdaraq Zərərçəkmiş şəxs gəlməyəcəyini bildirdiyini, bundan sonra özü saat 15:50 radələrində yataqxanaya gedərək Zərərçəkmiş şəxs odunluğa çağıraraq orada Zərərçəkmiş şəxs C.Sadıqovun məsələdən xəbəri olsa onları yerə sürtəcəyini, bu halda onun da, Zərərçəkmiş şəxs yerə sürtəcəyini bildirdikdə Zərərçəkmiş şəxs onu ünvanına nalayiq ifadə işlətdiyini, bundan sonra Zərərçəkmiş şəxs tərəf gedərək onu yerə yıxmaq üçün topuğundan sağ ayağı ilə vurduğunu, lakin onun yıxılmadığını, sonra onun gödəkçəsinin yaxasından yapışaraq idman fəndi işlədərək onu yerə yıxdığını, özünün də onun üzərinə yıxıldığını, orada olan əsgərlərin onları aralaşdırdıqlarını, ayağa durduqdan sonra yenə Zərərçəkmiş şəxs tərəf gedib onun yaxasından yapışaraq idman fəndi ilə yenidən onu yerə yıxdığını, törətdiyi əməldən peşman olduğunu Zərərçəkmiş şəxs üzür istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş əsgər Zərərçəkmiş şəxs izahatında 05 mart 2024-cü il tarixdə MAHHXHQ əsgər Qalib Əsgərov əsgər Kamran Bağırovun onun alt paltarı barədə zarafat etdiyini eşitdiyini, Q.Əsgərov onunla zarafat etdikləri üçün bu barədə baş leytenant Ceyhun Sadıqova məruzə edəcəyini bildirdiyini, sonra həmin gün əsgər çayxanasında olarkən əsgər İbrahim Hüseynzadə oraya gələrək əsgər Şəxs onu odunluq adlanan yerə çağırdığını dediyini, Şəxs onunla mübahisə edəcəyini bildiyi üçün oraya getmədiyini, bir az keçdikdən sonra saat N radələrində Şəxs özü oraya gələrək onu odunluğa çağıraraq, orada ona əsgər Kamran Bağırovun MAHHXHQ əsgər Q.Əsgərovun haqqında dediyi sözləri Q.Əsgərova bildirdiyi üçün onun baş leytenant C.Sadıqova məruzə edərsə əgər C.Sadıqov da onları yerə sürtsə, onun da onu yerə sürtəcəyini deyərək onun ünvanına nalayiq ifadə işlətdiyini, bunu dedikdən sonra oradan çıxıb getmək istəyərkən Şəxs onun arxasınca gəlmək istəyərkən orada olan digər əsgərlərin onu tutub saxladıqlarını, o, yanındakı əsgərlərə sadəcə onunla söhbət etdiyini bildirdiyini, sonra Şəxs ona tərəf gələrək onun ünvanına nalayiq ifadə işlədib onun sol ayağının topuq nahiyəsindən bir təpik zərbəsi vuraraq yaxasından yapışıb idman fəndi ilə onu yerə yıxaraq özünün də onun üzərinə yıxıldığını, orada olan əsgərlərin onları aralaşdırdıqlarını, onun ayağa qalxdıqdan sonra yenidən ona tərəf gələrək onun yaxasından yapışıb fənd işlədərək onu yerə yıxdığını, əsgər Şəxs ondan üzr istədiyini, onu bağışladığını göstərdi. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış əsgər Şahid izahatında 05 mart 2024-cü ildə əsgər Kamran Bağırovun MAHHXHQ əsgər Qalib Əsgərovun alt paltarı barədə zarafat etdiyini və əsgər Zərərçəkmiş şəxs Q.Əsgərova bu barədə bildirdiyini, Q.Əsgərovun da baş leytenant Ceyhun Sadıqova məruzə edəcəyini eşitdiyini, həmin gün saat N radələrində odunluqda olarkən əsgər Şəxs Zərərçəkmiş şəxs yanına çağırdığını, C.Sadıqova məruzə etməməsi üçün Q.Əsgərovla danışması barədə bildirdiyini, söhbət zamanı Şəxs Zərərçəkmiş şəxs baş leytenant C.Sadıqov bölüyün şəxsi heyətini yerə sürtsə onu yerə sürtəcəyini bildirdiyini, Zərərçəkmiş şəxs cavabında onu sürtənin ünvanına nalayiq ifadə işlətdiyini, həmin zaman Şəxs Zərərçəkmiş şəxs tərəf gedərək nalayiq ifadə işlədib sol ayağının topuq nahiyəsindən bir təpik zərbəsi vurduğunu, yaxasından yapışıb idman fəndi ilə onu yerə yıxdığını, özü də onun üzərinə yıxıldığını, onları cəld aralaşdırdıqlarını, lakin ayağa qalxdıqdan sonra yenidən Şəxs Zərərçəkmiş şəxs tərəf gələrək yaxasından yapışıb yerə yıxdığını, yenə onları aralaşdırdıqlarını, sonra Zərərçəkmiş şəxs oradan ayrılıb yataqxanaya getdiyini göstərdi. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 612.1ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta törədilmişdir. Bu fakt, əsgər Şəxs, Zərərçəkmiş şəxs və Şahid izahatları və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. Əsgər Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən keçirilmiş, alınan 197 nömrəli müayinə aktında Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izalərinin aşkar olunmadığı göstərilmişdir. Əsgər Şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən keçirilmiş, alınan 198 nömrəli müayinə aktında Şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izalərinin aşkar olunmadığı göstərilmişdir. N №-li hərbi hissədən təqdim edilmiş N №-li arayışda hərbi hissənin əsgərləri Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə Şəxs mənfi, Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. Bununla da, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edilməmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərararın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.

4. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar